Стрельба из гранатомета, фото из архива

Atəşkəs rejimi yenə pozulub

12
Göygöl, Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub

BAKI, 1 iyul — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan da (12 mərmi) istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub.

Sputnik Azərbaycan-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan ordusu Noyemberyan rayonunun Voskevan kəndində, adsız yüksəkliklərdə və İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərindən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı kəndlərində; Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərindən Tovuz rayonunun Ağbulaq, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə; Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub.

İşğalçılar Tərtər rayonunun işğal altında olan Çiləbürt, Yarımca, Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Baş Qərvənd, Qaraqaşlı, Şirvanlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Horadiz və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə məruz qoyub.

12
Əlaqədar
Atəşkəs 146 dəfə pozulub
Atəşkəs yenə də pozulub
Yenə atəşkəs xəbəri var
Atəşkəs rejimi yenidən pozulub