Ermənistan tərəfinin cəbhədə törətdiyi təxribat kənd sakininin təsərrüfatında yanğına səbəb oldu

Erməni tərəfinin təxribatı kənd sakininə ciddi ziyan vurdu

1230
(Yenilənib 12:11 27.06.2017)
Ermənistan tərəfinin cəbhədə törətdiyi təxribat kənd sakininin təsərrüfatında yanğına səbəb oldu

BAKI, 26 iyun — Sputnik. Ermənistan silahlı birləşmələrinin cəbhəyanı yaşayış məntəqələrini atəşə tutması nəticəsində Ağdamın Orta Qərvənd kəndi ərazisində yanğın baş verib.

Atılan mərmilərdən biri kənd sakini Vilayət Həsənova məxsus olan yardımçı tikiliyə dəyib. Tikilidə olan 450 bağlama ot, 80 bağlama saman alışıb. Hadisə baş verən əraziyə FHN Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Alovun digər tikililərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində xəsarət alan olmasa da, təsərrüfat sahibinin sözlərinə görə, ona 3000 manata yaxın ziyan dəyib.

  • Vilayət Həsənov
    Vilayət Həsənov
    © Sputnik / Ramil Ibrahimov
  • Ermənistan tərəfinin cəbhədə törətdiyi təxribat kənd sakininin təsərrüfatında yanğına səbəb oldu
    Ermənistan tərəfinin cəbhədə törətdiyi təxribat kənd sakininin təsərrüfatında yanğına səbəb oldu
    © Sputnik / Ramil Ibrahimov
  • Ermənistan tərəfinin cəbhədə törətdiyi təxribat kənd sakininin təsərrüfatında yanğına səbəb oldu
    Ermənistan tərəfinin cəbhədə törətdiyi təxribat kənd sakininin təsərrüfatında yanğına səbəb oldu
    © Sputnik / Ramil Ibrahimov
  • Ermənistan tərəfinin cəbhədə törətdiyi təxribat kənd sakininin təsərrüfatında yanğına səbəb oldu
    Ermənistan tərəfinin cəbhədə törətdiyi təxribat kənd sakininin təsərrüfatında yanğına səbəb oldu
    © Sputnik / Ramil Ibrahimov
1 / 4
© Sputnik / Ramil Ibrahimov
Vilayət Həsənov

1230
Teqlər:
Ermənistan silahlı birləşmələri, Yanğın, FHN Yanğından Mühafizə Xidməti, Vilayət Həsənov, Orta Qərvənd kəndi, Ağdam
Əlaqədar
Atəşkəs yenə də pozulub
Yenə atəşkəs xəbəri var
Bakıda yanğın təlaşı
Məcburi köçkünlərin yataqxanasında yanğın olub
Qaradağda yanğın olub
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Ordumuz artıq Kəlbəcərdə!

73
(Yenilənib 01:14 25.11.2020)
Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

BAKI, 25 noyabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.
Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.

73
Teqlər:
Azərbaycan ordusu, Qarabağ, Kəlbəcər rayonu

Ərdoğan Qarabağa görə Putinə zəng vurdu

42
(Yenilənib 00:03 25.11.2020)
Həmçinin Türkiyə Prezidenti Ermənistan tərəfinin razılaşmada göstərilən məsuliyyətlərindən yayınmasına izn verilməməsinin vacibliyini də qeyd edib.

BAKI, 24 noyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə zəng vurub.

Sputnik Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, iki ölkənin liderləri Türkiyə ilə Rusiya arasında ticari həcmin artırılması, Dağlıq Qarabağ, Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər.

Ərdoğan Dağlıq Qarabağda Türkiyənin Rusiya ilə birlikdə quracağı Müştərək Mərkəzin qısa zamanda fəaliyyətə başlamasını gözlədiklərini vurğulayıb.

Həmçinin Türkiyə Prezidenti Ermənistan tərəfinin razılaşmada göstərilən məsuliyyətlərindən yayınmasına izn verilməməsinin vacibliyini də qeyd edib.  

Ərdoğan Minsk qrupu həmsədrlərinin sülh üçün atılan addımları tənqid etmələrini anlamadığını da dilə gətirib.   

42
Teqlər:
telefon zəngi, Vladimir Putin, Rəcəb Tayyip Ərdoğan, Azərbaycan, Rusiya, Türkiyə, Qarabağ