Zaver Karapetyan

Ələ keçirilən erməni kəşfiyyatçı danışdı real görüntü

543
(Yenilənib 16:50 21.06.2017)
Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupunun ələ keçirilən üzvünün görüntüləri yayılıb

BAKI, 21 iyun — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi (MN), dünən axşam saatlarında yaxalanan Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupunun üzvünün görüntülərini və müraciətini yayıb. Sputnik Azərbaycan MN-in mətbuat xidmətinə istinadən ələ keçirilən diversant müraciətində deyir:

"Mən, Zaver Hovanis Karapetyan 16 noyabr 1974-cü ildə Noyemberyan rayonunun Dovex kəndində anadan olmuşam. Hazırda Noyemberyan rayonunun Dovex kəndində yaşayıram.

Mən kənd sakiniyəm. Pul müqabilində ödənişli döyüş növbətçiliyinə cəlb olunuram.

Əlverişsiz hava şəraitindən istifadə edərək, yəni yağışlı, dumanlı və havanın qaranlıq vaxtlarından istifadə edərək, Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqeləri istiqamətinə irəlilədik. Məqsədimiz Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi mövqeyə basqın edərək orada olan əsgərləri öldürmək olub.

rupumuzun tərkibində iki nəfər yaralı oldu və digərləri yaralıları götürərək erməni mövqeləri istiqamətinə qaçdılar. Qrupun digər üzvləri yaralı olan iki əsgəri götürərək Ermənistan mövqeləri istiqamətində hərəkət etdilər.

Mən qaça bilmədim. Və gizlənmək qərarına gəldim. Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri məni ələ keçirdilər".

543
Teqlər:
Zaver Hovanis Karapetyan, MN, kəşfiyyat-təxribat qrupu, Ermənistan silahlı qüvvələri, Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan Müdafiə Nazirliyi
Əlaqədar
Böyük təxribat: Ermənilər Mil-Muğan Hidroqovşağını partlatmağa cəhd ediblər
İlham Əliyev: "Ermənistan həmişə sizin səfəriniz ərəfəsində təxribatlar törədir"
Ermənistanın hansı şəraitdə təxribatə əl atdığı bəlli olub
Böyük təxribatın qarşısı alındı: düşmənin 6 hərbi qulluqçusu məhv edilib
Azərbaycan beynəlxalq təşkilatlara müraciət edəcək - erməni təxribatı
Cəbhədə gecə təxribatı: ordu hərəkətə keçdi