QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Böyük təxribatın qarşısı alındı: düşmənin 6 hərbi qulluqçusu məhv edilib

© Photo : REPORT IAАзербайджанский солдат на освобожденном от оккупации возвышенности Леле Тепе
Азербайджанский солдат на освобожденном от оккупации возвышенности Леле Тепе - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə Nazirliyi: "Düşmən Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrimizi iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutmaqda davam edir"

BAKI, 17 iyun — Sputnik. Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisindəki qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri davamlı surətdə təxribatlar törədir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) bəyanat yayıb. Bəyanatda deyilir:

Хикмет Гаджиев, глава пресс-службы МИД Азербайджана - Sputnik Azərbaycan
QARABAĞ
Azərbaycan beynəlxalq təşkilatlara müraciət edəcək - erməni təxribatı

"Düşmən Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrimizi iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutmaqda davam edir. Ermənistan silahlı bölmələrinin növbəti təxribatının qarşısını alarkən iyunun 15-də ordumuz itki verib.

Görülən qətiyyətli cavab tədbirləri nəticəsində iyunun 15-i və 16-da işğalçı qüvvələrin 6 hərbi qulluqçusu məhv edilib, yaralıları da var. Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin bu cür əməllərinin qarşısı qətiyyətlə alınacaq və verəcəyi itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək".

Xəbər lenti
0