QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Erməni tərəfi cəbhəyanı kəndlərdə yanğın törətdi

© Sputnik / Igor Ageyenko / Mediabanka keçidTarlada yanğın, arxiv şəkli
Tarlada yanğın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Alov Füzuli rayonunun cəbhə xəttində yerləşən Qazaxlar və Cəbrayılın Cocuq Mərcanlı kəndindən də aydın müşahidə olunur

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 16 iyun — Sputnik. Ermənistan silahlı birləşmələri işğal altındakı ərazilərdə yanğınlar törədir. Qarşı tərəf bu gün Cəbrayıl rayonunun işğal altındakı Mehtili, Çıraxlı kəndlərindəki boş ərazilərə od vurub.

Cəbhəyanı kəndlərin sakinlərinin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, yanğın günorta saatlarından başlayıb. Alov Füzuli rayonunun cəbhə xəttində yerləşən Qazaxlar və Cəbrayılın Cocuq Mərcanlı kəndindən də aydın müşahidə olunur.

Xəbər lenti
0