Şuşa

Makrondan Qarabağ açıqlaması

234
(Yenilənib 00:32 09.06.2017)
Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə sadiq qalacaqlarını açıqlayıb

BAKI, 8 iyun — Sputnik. Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə sadiq qalacaqlarını açıqlayıb.

Sputnik Azərbaycan AR Prezidentinin saytına istinadla xəbər verir ki, Makron İlham Əliyevi 28 May-Respublika Günü münasibətilə təbrik edib, bütün Azərbaycan xalqına səmimi arzularını ifadə edib.

"Ötən dövr ərzində yüksək səviyyəli çoxsaylı görüşlər, xüsusilə də cari il martın 14-də Sizin Fransaya səfəriniz Fransa ilə Azərbaycan arasındakı əlaqələrin keyfiyyətini və dinamikliyini nümayiş etdirdi. Sizin münasibətlərimizlə bağlı şəxsi mövqeyiniz mənə məlumdur və arzu edirəm ki, biz gələcəkdə bu münasibətlərin bütün sahələrdə böyük inkişaf potensialından birlikdə bəhrələnə bilək" — deyə Makron bildirib.

Fransa prezidenti qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə ədalətli və davamlı həllinin tapılmasında onun ölkəsi Minsk qrupunun həmsədri kimi öz öhdəliyinə sadiq qalacaq.

234
Şuşa, arxiv şəkli

Şuşada möhtəşəm layihələrə start verildi

3
(Yenilənib 13:49 20.01.2021)
Nazir: "Biz də öz növbəmizdə bu quruculuq işlərinə töhfə verərək dünya ictimaiyyətinə mədəniyyətimizin beşiyi olan Şuşa və Qarabağ ərazisini tanıtmalı, təbliğ etməliyik".

BAKI, 20 yanvar — Sputnik. Mədəniyyət Nazirliyi Prezident İlham Əliyevin Şuşada bu il "Xarı bülbül" festivalı və Vaqif poeziya günlərinin keçirilməsi tapşırığı ilə bağlı işlərə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti ilə görüşündə deyib.

A.Kərimov nümayəndə heyətlərinin Ağdam və Füzuli rayonlarının işğaldan azad olunan ərazilərinə səfərlərini yüksək dəyərləndirdiyini deyib.

Bildirib ki, Azərbaycanı dəstəkləyən, ona dost olan insanların bu ərazilərə səfəri, xoş niyyəti bizim üçün böyük əhəmiyyət kəsb edir:

"44 günlük Vətən müharibəsi Azərbaycanın Zəfəri ilə başa çatdı və 30 ildən sonra torpaqlarımıza qovuşduq. Müharibə zamanı mən türkdilli dövlətlərin Azərbaycana dəstəyini xüsusi vurğulamaq istəyirəm. Həm cəmiyyət tərəfindən, həm də siyasi aləmdə biz bu böyük dəstəyi hiss etdik. Yəqin məlumatlısınız ki, ICESCO-nun nümayəndə heyəti də bir neçə gün əvvəl Azərbaycana səfərində işğaldan azad olunan ərazilərimizə baş çəkmişdi. Bu ərazilərdə biz yeni layihələr reallaşdırmağı düşünürük və bu proseslərdə türkdilli dövlətlərlə də birgə əməkdaşlıq məsələləri daha sıx şəkildə təşkil olunmalıdır. Bilirsiniz ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bu il Şuşada "Xarı bülbül" festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı tapşırıq verib və biz artıq bununla bağlı işlərə başlamışıq. Elə ərazilər var ki, minalardan təmizlənməlidir, artıq Füzulidən Şuşaya yol çəkilir, yeni infrastruktur hazırlanır. Biz də öz növbəmizdə bu quruculuq işlərinə töhfə verərək dünya ictimaiyyətinə mədəniyyətimizin beşiyi olan Şuşa və Qarabağ ərazisini tanıtmalı, təbliğ etməliyik".

Nazir daha sonra "Nizami İli" ilə bağlı keçiriləcək tədbirlər haqqında fikirlərini bölüşüb. Bildirib ki, dahi Nizami Gəncəvinin yubileyi Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrdə də qeyd ediləcək: "İnanıram ki, türkdilli dövlətlərin nümayəndələri "Nizami İli" ilə əlaqədar təşkil edilən tədbir və festivallarda yaxından iştirak edərək öz töhfələrini verəcəklər".

Qeyd edək ki, görüşdə TDƏŞ-in Baş katibi Bağdad Amreyev, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TDƏŞ Baş katibinin müavini Qismət Gözəlov, təşkilatın layihə direktorları Fərrux Cumayev, Bobur Taqayev, Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı iştirak edib.

3
Şuşada məscid, arxiv şəkli

Şuşada tarixi abidələrlə bağlı monitorinq keçirilib

8
(Yenilənib 13:14 20.01.2021)
Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin binası və burada sərgilənən onlarla eksponat məhv edilib.

BAKI, 20 yanvar — Sputnik. Şuşa şəhərinin işğal edilməsi nəticəsində erməni vandalizminə məruz qalan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin binası və burada sərgilənən onlarla eksponat məhv edilib. Bu barədə Sputnik Azərbaycan-a "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu"ndan bildirilib.

Xəbərə görə, institutun direktoru Telman Kərimli, institutun mütəxəssisləri və digər aidiyyəti qurumlar tərəfindən şəhərdə yerləşən tarix və mədəniyyət abidələrinin vəziyyətinin öyrənilməsi məqsədilə monitorinq keçirilib. Məlum olub ki, Şuşa şəhərində yerləşən bir çox tarix-mədəniyyət abidələri, o cümlədən Vaqifin məqbərəsi öz ilkin görkəmini itirib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin göstərişi ilə Şuşa şəhərində bütün tarixi abidələr əsl simasına qaytarılacaq, "Vaqif Poeziya Günləri" bərpa ediləcək.

8
Teqlər:
tarixi abidələr, tarixi abidələr, tarixi abidə, abidələr, Şuşa şəhəri, Şuşa