Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli

Cəbhədə gecə təxribatı: ordu hərəkətə keçdi

1688
(Yenilənib 12:18 17.05.2017)
Düşmən Ağdam istiqamətində mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutub

BAKI, 17 may — Sputnik. Mayın 16-da axşam saatlarından başlayaraq gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Ağdam istiqamətində mövqelərimizi və müdafiəmizin dərinliyində yaşayış məntəqələrimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutub. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Eyni zamanda, düşmən tərəfindən tətbiq edilən döyüş pilotsuz uçuş aparatlarının keyfiyyəti aşağı olduğundan onların istifadəsi nəticəsində heç bir zərər dəyməyib. Dərhal görülmüş cavab tədbirləri nəticəsində düşmən susdurulub, Silahlı Qüvvələrimizin döyüş texnikasına ziyan dəyməyib və şəxsi heyət arasında itki yoxdur.

Atılan mərmilər, əsasən boş əkin sahələri və yaşayış məntəqələrinə yaxın ərazilərə düşüb. Müdafiə Nazirliyi bildirir ki, əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.

1688
Teqlər:
yaşayış məntəqələri, Ağdam istiqaməti, atəş, Ermənistan, düşmən, silahlı qüvvələr
Əlaqədar
Erməni təxribatından bezən azərbaycanlı fermerin ağlagəlməz addımı
Ermənistan hərbçiləri təxribatdan əl çəkmirlər
Ermənistan növbəti aprel təxribatına əl atdı
Ermənistan apreldə yenə təxribata əl atır
Düşmən təxribatı davam edir
Düşmənin daha bir təxribat qrupu məhv edildi
Xankəndi şəhərinə mənzərə, arxiv şəkli

Şərtlə danışmağa çalışan İrəvana alimdən dörd xatırlatma: heç birini yerinə yetirmədiniz

16
(Yenilənib 20:05 21.10.2020)
V.Qafarovun sözlərinə görə, Ermənistan dövləti yaradıldıqdan sonra ermənilər öz üzərlərinə götürdükləri öhdəliklərin heç birini yerinə yetirmədilər.

BAKI, 21 oktyabr — Sputnik. "Ermənilər İrəvanın onlara verilməsi və İrəvan bölgəsində erməni dövlətinin yaradılması müqabilində üzərlərinə götürdükləri öhdəliklərin heç birini yerinə yətirməyiblər".

Bu barədə Sputnik Azərbaycan-a tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarov danışıb.

Onun sözlərinə görə, 1918-ci ildə Batumda aparılan Türkiyə, Azərbaycan və erməni danışıqları nəticəsində erməni dövlətinin Osmanlı Dövlətinin yeni sərhədləri ilə Göyçə gölü arasında yaradılması qərarlaşdırılıb:

"Mərkəzi İrəvan şəhəri olmaqla erməni dövləti cəmi 9000 kvadrat kilometrdən ibarət olmalı idi. Erməni dövlətinin yaradılmasına qərar verilən zaman ermənilər öz üzərlərinə bir sıra öhdəliklər götürdülər. Əslində bu öhdəlikləri Türkiyə Ermənistanın üzərinə qoymuşdu. Həmin öhdəliklər Azərbaycan-Ermənistan danışıqlarında müəyyən edilmişdi".

Tarixçi vurğulayır ki, bütövlükdə İrəvan bölgəsində erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi müqabilində ermənilər öz üzərlərinə 4 şərt götürüblər.

Bu şərtlərin birincisi Bakıda olan daşnak qüvvələrin çıxarılması idi. Belə ki, onlar Şaumyanla əlaqəyə girib, Bakıda müsəlman əhalinin təhlükəsizliyini təmin etməli idilər.

İkinci şərt – azərbaycanlılara qarşı olan soyqırım əməllərini, Türkiyə və Azərbaycana qarşı düşmənçiliyi dayandırmalı idilər.

Tarixçi vurğulayır ki, üçüncü şərtə əsasən, İrəvanda və yeni yaradılmış erməni dövlətinin digər ərazilərində qalan müsəlmanların ana dilində təhsil almaq, mədəniyyət, siyasi, dini və digər hüquqlarını təmin etməli idilər: "Dördüncü şərt isə Yelizavetpol quberniyasının dağlıq hissəsinə - konkret Qarabağa olan ərazi iddialarından imtina etməli idilər. Bu dörd şərt çərçivəsində İrəvan ermənilərə verildi. Və İrəvan bölgəsində Ermənistan dövləti yaradıldı. Batum müqaviləsində bu şərtlər təsbit edilmişdi".

V.Qafarovun sözlərinə görə, Ermənistan dövləti yaradıldıqdan sonra ermənilər öz üzərlərinə götürdükləri öhdəliklərin heç birini yerinə yetirmədilər.

16
Teqlər:
tarixçi, tarix, şərt, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Prezident İlham Əliyev: "Biz Böyük Qayıdışın astanasındayıq"
"Qərarlarınızı heçə sayan Ermənistanı mühakimə etməyəcəksinizsə, nəyi edəcəksiniz?!"
İlham Əliyev: İndi baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir
İlham Əliyevdən Ermənistana xəbərdarlıq: "İstənilən yol ilə biz bu torpaqları alacağıq"
Ərdoğan: ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsinin həllini uzatmağa çalışır
Azərbaycan XİN-in binası, arxiv şəkli

XİN: "Ermənistan rəhbərliyi məsuliyyətsiz bəyanatları ilə öz xalqını uçuruma sürükləyir"

16
Humanitar atəşkəs razılaşdırıldıqdan sonra atəşin dayandırılması rejimini kobud şəkildə pozan Ermənistanın əsl niyyətinin sülhə nail olmaq deyil, yeni işğala əl atmaq olduğu Baş nazirinin verdiyi bu açıqlamada aydın şəkildə görünür

BAKI, 21 oktyabr - Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan münaqişənin diplomatik həlli yoxdur deyə açıqlama ilə çıxış edərək, Ermənistanın işğalçı siyasətini davam etdirdiyini və bu ölkənin hazırkı rəhbərliyinin münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını açıq şəkildə etiraf etmiş oldu.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan Baş nazirinin münaqişənin diplomatik həllinin olmadığı ilə bağlı bəyanatına dair açıqlamasında deyilir.

Vurğulanır ki, Ermənistanın Azərbaycana qarşı yeni hücumuna cavab olaraq Azərbaycanın başladığı əks-həmlə tədbirləri və on illərdir ki, işğal altında olan ərazilərin Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsi ilə bağlı davamlı olaraq atəşkəs üçün yalvaran, iki dəfə humanitar atəşkəs razılaşdırıldıqdan sonra atəşin dayandırılması rejimini kobud şəkildə pozan Ermənistanın əsl niyyətinin sülhə nail olmaq deyil, yeni işğala əl atmaq olduğu Baş nazirinin verdiyi bu açıqlamada aydın şəkildə görünür.

Humanitar atəşkəsə riayət olunması üçün vasitəçi ölkələrin səylərini heçə sayan Ermənistan rəhbərliyinin, Moskvada xarici işlər nazirləri ilə həyata keçirilən məsləhətləşmələr, habelə Vaşınqtonda qarşıdan gələn görüşlər ərəfəsində diplomatik səylərə xələl gətirən bu bəyanatı uzun illərdir ki, işğalçı Ermənistan tərəfindən münaqişənin həll olunmaması ilə bağlı sərgilədiyi dağıdıcı mövqeyin növbəti bariz nümunəsidir.

Azərbaycan tərəfi, öz növbəsində xoş niyyət və konstruktivlik nümayiş etdirərək humanitar atəşkəsə iki dəfə razılıq verib və münaqişənin BMT TŞ-nin qətnamələri əsasında danışıqlar yolu ilə həllini dəstəklədiyini bəyan edib. Belə olduğu təqdirdə, bir tərəfdən, işğalçı və münaqişənin diplomatik həllində maraqlı olmayan Ermənistan, digər tərəfdən isə əraziləri 30 ilə yaxın müddətdə işğal altında olan və beynəlxalq hüquq normaları çərçivəsində və BMT qətnamələri əsasında münaqişənin siyasi həllini dəstəkləyən Azərbaycana münasibətdə eyni yanaşma nümayiş etdirən dövlətləri müvafiq nəticə çıxarmağa dəvət edirik.

Üzərində hər hansı təzyiq hiss etməyən və Azərbaycana qarşı təcavüz siyasəti çərçivəsində bu günədək törətdiyi çoxsaylı müxtəlif cinayət əməllərinə görə hüquqi məsuliyyətə cəlb edilməyən Ermənistan rəhbərliyi verdiyi məsuliyyətsiz bəyanatları və törətdiyi əməlləri ilə öz xalqını uçuruma sürükləyir.

Münaqişənin davamlı həllinin və bölgədə gərginliyin aradan qaldırılmasının yeganə yolu beynəlxalq hüququn aliliyi, dövlətlərin beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı və onlara hörmətin təmin edilməsi ilə mümkündür. 

16
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Paşinyan: "Hazırkı mərhələdə Qarabağ məsələsinin diplomatik yolla həlli yoxdur"
Paşinyandan etiraf: Azərbaycan bizim kapitulyasiyamızdan başqa heç nəyə razı deyil
İlham Əliyev: İndi baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir
Paşinyan indi də İranı Qarabağ münaqişəsinin həllinə çəkmək istəyir
Vəziyyətləri qəlizdir - Bütün keçmiş prezidentləri görüşürlər