Азербайджанский город Ханкенди, находящийся под оккупацией Армении

Atəşkəs rejimi yenə pozulub

15
(Yenilənib 11:45 06.05.2017)
Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin Qazax, Tovuz, Gədəbəy rayonu ərazisindəki mövqelərini atəşə tutub

BAKI, 6 may — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan (17 mərmi) da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 117 dəfə pozub.

Sputnik Azərbaycan-ın Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan ordusu Noyemberyan rayonunun Barekamavan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Kəmərli, Fərəhli, Qaymaqlı, Quşçu Ayrım kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərindən Tovuz rayonunun Ağdam, Ağbulaq, Koxanəbi, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən isə Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutub.

İşğalçılar Tərtər rayonunun işğal altında olan Çiləbürt, Yarımca, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə məruz qoyub.

15
Teqlər:
Atəşkəsin pozulması, Azərbaycan Silahlı Qüvvələri, Müdafiə Nazirliyi, Horadiz, Gədəbəy rayonu, Tərtər rayonu, Qazax rayonu
Əlaqədar
Ötən sutka ərzində atəşkəs pozulub
Atəşkəs yenə pozulub
Ermənistan atəşkəs rejimini 113 dəfə pozub
Atəşkəs pozulması intensivləşir