Qapanlı, arxiv şəkli

"Sülh platforması"na yeni qoşulan var

13
(Yenilənib 15:35 19.04.2017)
Belarus Dövlət Universitetinin Siyasi Elmlər şöbəsinin dosenti, "Ermənistan Azərbaycan Sülh Platforması"na qoşulub

BAKI, 19 aprel — Sputnik. Belarus Dövlət Universitetinin Siyasi Elmlər şöbəsinin dosenti, fəlsəfə elmlər doktoru Sergey Simanovski "Ermənistan-Azərbaycan Sülh Platforması"na qoşulması barədə bəyanat verib:

Bəyanatda deyilir:

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini vacib hesab edirəm. Azərbaycan və Ermənistan Respublikalarının ərazi bütövlüyü və suverenliyinə, və hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi ifadə edirəm. 

Həmçinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının çox vacib olduğunu vurğulayıram. Münaqişənin sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun fəaliyyətinin vacibliyini qeyd etmək istəyirəm.

Ermənilər və Azərbaycanlılar, əsrlər boyu sülh içində yaşayıblar və buna çoxlu sübut gətirmək olar. Böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, münaqişənin həll olunmaması nəticəsində iki xalqın bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb. Müharibəyə son qoymağın vaxtı çatıb. İnsanların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini tam dəstəkləyirəm. Biz hamımız Sülh və təhlükəsizlik şəraitində yaşamalıyıq və mən inanıram ki, bu Sülh Cənubi Qafqaz Regionunda da bərqərar olacaq.

Yuxarıda qeyd olunan səbəblərə görə, mən bu təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulmağımı bəyan edirəm".

13
Teqlər:
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Belarus Dövlət Universiteti, Ermənistan-Azərbaycan Sülh Platforması, BMT Təhlükəsizlik Şurası, ATƏT-in Minsk qrupu, Sergey Simanovski, Belarus, Dağlıq Qarabağ, Ermənistan, Azərbaycan
Əlaqədar
Moldovalı politoloq "Ermənistan Azərbaycan Sülh Platforması"na qoşulub
GATA sədri "Ermənistan Azərbaycan Sülh Platforması"na qoşulub
Sülh Platforması qoşunların təmas xəttində gedən döyüşlərlə bağlı bəyanat yayıb
Pulemyot, arxiv şəkli

Cəbhədə gərgin vəziyyət, MN açıqlama verdi

10
(Yenilənib 09:49 03.07.2020)
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı silahlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 52 dəfə pozub

BAKI, 3 iyul — Sputnik. Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Acarlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

10
Azərbaycan Xarici İşlər Nazirliyinin binası, arxiv şəkli

XİN: Ermənistana yaxşı bəllidir ki, Qarabağ xalqı adlı anlayış mövcud deyil

7
Ermənistan XİN-in görüşlə bağlı yaydığı açıqlama işğalçı ölkənin ənənəvi olaraq sərgilədiyi tamamilə əsassız mövqeyi növbəti dəfə təkrarlayır.

BAKI, 1 iyul — Sputnik. "ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 30 iyun tarixində keçirilən videokonfrans formatında görüşü ilə bağlı AR XİN-in rəsmi açıqlaması yayıldı. Qeyd etdiyimiz kimi, görüş zamanı nazir Elmar Məmmədyarov Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyəti, o cümlədən həyata keçirilən infrastruktur dəyişiklikləri məsələsini qaldırdı. Nazir, həmçinin məhz Ermənistanın təxribatçı əməllərinin ritorikanın alovlanmasına xidmət etdiyini vurğuladı".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırarkən deyib.

"Ermənistan XİN-in görüşlə bağlı yaydığı açıqlama işğalçı ölkənin ənənəvi olaraq sərgilədiyi tamamilə əsassız mövqeyi növbəti dəfə təkrarlayır. Aydındır ki, bölgədəki gərginliyin, ritorikanın, qarşıdurmanın, düşmənçiliyin kökündə Ermənistanın təcavüzkar siyasəti, Azərbaycanın beynəlxalq tanınmış ərazilərini hərbi işğal altında saxlaması və bu ərazilərdəki çoxsaylı yerli azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirməsi durur. Əhalini sülhə hazırlamaq öhdəliyindən danışan Ermənistan, bu öhdəliyinə əməl edərək işğalçı qüvvələrini Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarından çıxarmalı və məcburi köçkünlərin öz evlərinə geri dönməsinə maneə yaratmamalıdır.

O ki qaldı Ermənistan XİN-in istinad etdiyi Qarabağ "xalqı" ifadəsinə, hamıya elə Ermənistanın özünə də çox yaxşı bəllidir ki, Qarabağ xalqı deyə anlayış mövcud deyil. Qarabağda yaşayan ermənilər Azərbaycanın bu bölgəsində yaşayan iki icmadan birini təşkil edir; Qarabağın azərbaycanlı icması Ermənistanın təcavüzü nəticəsində evlərindən didərgin düşüb, məcburi köçkünə çevrilib. Münaqişənin həlli üzrə aparılan danışıqların məqsədi də elə bu insanların pozulmuş fundamental hüquq və azadlıqlarının bərpa edilməsidir, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərindən çıxarılmasının təmin edilməsidir. Bölgədə davamlı sülh, sabitlik və təhlükəsiliyin təmin olunmasının başqa yolu yoxdur", - L.Abdullayeva qeyd edib.

7
Bakıda alternativ qaz xətləri yaradılır

Bakıda alternativ qaz xətləri yaradılır

0
Son 17 il ərzində adları çəkilən qəsəbələrdə aparılan tikinti işləri, yol çəkilişləri zamanı "Aşağı Şağan" qaz xəttinin çox hissəsi torpaq altına düşdüyündən korroziyaya uğrayıb.

BAKI, 4 iyul — Sputnik. Bakı şəhərində bir sıra ərazilərdə mövcud qaz xətlərinə alternativ xətlərin çəkilməsinə diqqət ayrılıb.

"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, bu cür üsuldan istifadə etməklə müəyyən ərazilərdə hər hansı texniki problemlər aradan qaldırılarkən qaz təchizatının dayandırılmasını minimuma endirməyə çalışacaq.

Dairəvi sistem kimi çalışacaq bu xətlər qəza hadisələrinin təsirindən yaranan təchizatdakı dayandırmaların əhatə dairəsini azaldacaq. Hazırda Xəzər rayonu ərazisində 219 mm diametrində olan 5800 metr uzunluqda "Aşağı Şağan" qaz xəttinin 2500 metrlik hissəsi əsaslı təmir olunur. 2003-cü ildə istifadəyə verilən bu xətlə qaz alan Buzovna, Şağan, Şüvəlan və Mərdəkan qəsəbələrinin təqribən 19 min abonenti tez-tez təchizatdakı problemlərdən narahatlıqlarını ifadə edirdilər. Bu xəttin böyük bir hissəsi torpaq altında qalıb, dirəklərdən düşmüş vəziyyətdədir.

© Photo : AzeriGas Production Union
Bakıda alternativ qaz xətləri yaradılır

Son 17 il ərzində adları çəkilən qəsəbələrdə aparılan tikinti işləri, yol çəkilişləri zamanı "Aşağı Şağan" qaz xəttinin çox hissəsi torpaq altına düşdüyündən korroziyaya uğrayıb. Onu da qeyd edək ki, haqqında danışılan qaz xətti Sabunçu rayonunda hər hansı səbəbdən qaz verilişində fasilə yaranarsa, alternativ xətt kimi istifadə ediləcək. Belə ki, fasilələr zamanı bu rayonda Bilgəh, Pirşağı və Kürdəxanı qəsəbələrinin təqribən 15 min abonentinin ehtiyaclarını "Aşağı Şağan" qaz xətti ilə ödəmək mümkün olacaq.

0