Azərbaycan SQ əsgəri, arxiv şəkli

Atəşkəs yenə pozulub

19
(Yenilənib 13:16 15.04.2017)
Ermənistan Respublikası İcevan, Noyemberyan, Berd rayonlarında yerləşən mövqelərdən Qazax və Tovuz rayonlarında yerləşən mövqelərimiz atəşə tutulub

BAKI, 15 apr — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 116 dəfə pozub. Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Berdavan, Barekamavan, Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli, Kəmərli, Qaymaqlı, Quşçu Ayrım kəndlərində, Berd rayonunun Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli və Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

19
Teqlər:
Atəşkəsin pozulması, Yusifcanlı kəndi, Mərzili kəndi, Şıxlar kəndi, Berd rayonu, Xocavənd rayonu, Tovuz rayonu
Əlaqədar
Atəşkəs rejimi 115 dəfə pozulub
Düşmən atəşkəs rejimini 117 dəfə pozub
Düşmən müxtəlif istiqamətlərdə atəşkəsi pozub
Rusiya Prezidenti Vladimir Putin

Putin Qarabağda Bakı Yerevana sərf edən nizamlanma barədə

11
"Bütün bunlar çoxdan mövcud olan münaqişənin uzunmüddətli və tamformatlı ədalətli əsas üzərində əz azərbaycanlı və erməni xalqlarının maraqları nəzərə alınmaqla nizamlanmanın mümkünlüyü üçün zəmin yaradır"

BAKI, 24 noyabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, hazırda Qarabağda Bakı və Yerevanın maraqları nəzərə alınmaqla nizamlanmanın mümkünlüyü üçün zəmin yaradılır. 

"Həmçinin Rusiyanın humanitar reaksiya mərkəzi öz işinə başlayır. Mərkəz dağıntılara məruz qalmış rayonların yardımla, infrastrukturun bərpası, normal dinc həyat üçün şəraitin yaradılması ilə məşğul olacaq. Bu səylərdə müvafiq beynəlxalq təşkilatların əhəmiyyətli iştirakına ümid edirik. Düşünürük ki, bütün bunlar çoxdan mövcud olan münaqişənin uzunmüddətli və tamformatlı ədalətli əsas üzərində əz azərbaycanlı və erməni xalqlarının maraqları nəzərə alınmaqla nizamlanmanın mümkünlüyü üçün zəmin yaradır", - RF lideri bildirib.

11

Oğlumu itirsəm də, Azərbaycan bir qəhrəman qazandı şəhid anası

12
Azərbaycanlı şəhid atasının oğlunu cəbhəyə yollayarkən dediyi sözlər çin olub. Müharibə qəhrəmanlarından birinin tarixçəsini videomuzda izləyin.

Fikrət Həsənov həmişə oğlu Əzimə deyərdi ki, o, mütləq Ağdamı azad edəcək. Əzim isə böyüdü, Dillər Universitetini bitirdi, hərbi xidmətə yollandı, amma atasının sözlərini heç vaxt unutmadı. Atasına verdiyi sözü isə düz bir il sonra tutdu. Müharibə başlayan ilk gündən Əzim könülü olaraq paytaxtdakı hərbi hissədən işğal altında olan torpaqlarımızı azad etməyə yollandı.

Qəhrəmanın atası bizə danışıb ki, oğlu bir neçə dəfə mühasirəyə düşən zaman özünü və əsgər yoldaşlarını xilas etməyə müvəffəq olub. Ən son dəfə anası ilə telefonda danışan zaman isə Azərbaycanın qələbə çaldığı, ordunun irəlilədiyi xəbərini verib ona.

Atasız böyütdüyü iki oğlu Vətənə qurban getdi - video>>

Əzimin anası Şəhla Həsənova isə deyib ki, o, öz oğlunu itirsə də, Azərbaycan daha bir qəhrəman qazanıb.

12
Xəzər dənizi, arxiv şəkli

Xəzərdə zəlzələ olub

0
(Yenilənib 16:13 24.11.2020)
Xəzər dənizindəki zəlzələnin maqnitudası 3,2 bal, dərinliyi 62 km olub. Yeraltı təkanlar hiss olunmayıb

BAKI, 24 noyabr — Sputnik. Bu gün Xəzər dənizində zəlzələ olub. Sputnik Azərbaycan-ın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla saat 14:11-də Xəzər dənizində qeydə alınıb.

Zəlzələnin maqnitudası 3,2, dərinliyi 62 km olub. Zəlzələ hiss olunmayıb.

0
Teqlər:
zəlzələ, Xəzər dənizi