QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Düşməni pərən-pərən salan iki hərbçimiz qol-boyun şəhid olub

© Sputnik / Leyla AbdullayevaŞəhid olan Babək Vəfadar oğlu Abidovun məzarı
Şəhid olan Babək Vəfadar oğlu Abidovun məzarı - Sputnik Azərbaycan
Abunə olmaq
"Həmin döyüşdə erməni əsgərlərinin çoxu qaçmışdı, bir erməni əsgəri qaçmadığına görə, Sarkisyan ona milli qəhrəman adı vermişdi"

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 10 apr — Sputnik. Keçən ilin aprelində erməni təxribatının qarşısını alarkən şəhid olan Babək Vəfadar oğlu Abidovun il mərasimi dünən, onun doğulub boya-başa çatdığı Şabran rayonunun Zeyvə kəndində qeyd olunub. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə Şabran Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Novruz Novruzov, aparatın məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Qarabağ müharibəsi veteranları, şəhidin döyüş yoldaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin idarə rəisi, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

© Sputnik / Leyla AbdullayevaŞəhid Babək Abidovun ailəsi
Şəhid Babək Abidovun ailəsi - Sputnik Azərbaycan
Şəhid Babək Abidovun ailəsi

Babək Abidov 1992-ci ilin 3 may günündə Şabran rayonunun ucqar dağ kəndi olan Zeyvədə anadan olub. Şəhidin atasi Vəfadar Abidov oğlu haqqında xatirələrini Sputnik Azərbaycan-a danışıb: "O, sonbeşiyim idi. Hərbi xidmətə gedəndə çox sevinirdi. Hərbi xidmətini Göygöl rayonunda layiqincə başa vurmuşdu. Mənim ən böyük arzum ona ali təhsil vermək və onu müəllim görmək idi. Hərbi xidmətdən qayıdandan sonra Babək oxuyub müəllim işləməyə razılaşmadı. Dedi ki, mən yenidən hərbiyə qayıdıram və vətənim üçün son nəfəsimə qədər vuruşmağa hazıram".

"Bir ili bitməmiş komandirindən təşəkkürnamə gəlmişdi. Rəhbərlik təklif etdi ki, xüsusi təyinatlı dəstədə təhsilini davam etdirsin. Altı ay kurs keçəndən sonra oğlumu gizir rütbəsi ilə təltif elədilər" — deyir ata.

V. Abidovun sözlərinə görə, hətta avqust döyüşlərində belə, Babək ön cəbhədə vuruşmuşdu: "Ermənilərlə döyüşdə iş yoldaşi Nəzər adli gizir minaya düşərək yaralanıb və atışma getdiyinə görə yaralını oradan götürmək qeyri-mümkün olub. Çünki dar cığırlar qazıldığına görə hərbi texnika gedə bilmirmiş. Babək bunu görüb və öz "Niva" markalı maşınıyla atışmanın ortasına sürüb, oradan düşmən tərəfinə keçib. Yaralını maşına qoyub qayıdanda ermənilər onları atəşə tutublar. Buna baxmayaraq, Babək və yoldaşı xilas ola biliblər. Sonra Babək yoldaşını hərbi hospitala çatdırıb və onun həyatını xilas edib".

© Sputnik / Leyla AbdullayevaAbidovlar ailəsi yaşadıqları Zeyvə kəndində, içərisində Babəkin, çöl hissəsində də digər şəhidlərin şəkilləri ilə bəzədilən ev muzeyi yaradıblar
Abidovlar ailəsi yaşadıqları Zeyvə kəndində, içərisində Babəkin, çöl hissəsində də digər şəhidlərin şəkilləri ilə bəzədilən ev muzeyi yaradıblar - Sputnik Azərbaycan
Abidovlar ailəsi yaşadıqları Zeyvə kəndində, içərisində Babəkin, çöl hissəsində də digər şəhidlərin şəkilləri ilə bəzədilən ev muzeyi yaradıblar

Ötən il aprel ayının əvvəllərində cəbhədə erməni təxribatı baş verir. Həmin vaxt Babək Talış kəndi istiqamətində xidmət edirmiş. Cəbhə xəttində mövqelərimizə basqın edən erməni silahlılarını geri oturdan Babək və döyüş yoldaşları, düşməni təqib edərək, bir postu ələ keçiriblər.

Bu əsnada gizir Abidovun döyüş yoldaşı ağır yaralanır: "Babək görüb kü, xidmət yoldaşı yaralanıb və heç nəyi düşünmədən onu xilas etməyə qayıdıb. Bu zaman 12 mərmi yarası alıb və dostu ilə qol-boyun şəhid olublar".

"Həmin xətt uğrunda döyüşlərdə erməni əsgərlərinin çoxu qaçmışdı, bir erməni əsgəri qaçmadığına görə, Ermənistan prezidenti ona milli qəhrəman adı vermişdi. Mənim oğlum, əslində bütün xalqımızın oğludur, son nəsəfinə, son damla qanına qədər vuruşdu" deyən V. Abidov oğluna da "Milli qəhrəman" adı verilməsini gözləyir.

© Photo : Ailənin şəxsi arxivindənŞəhid Babək Abidov
Şəhid Babək Abidov - Sputnik Azərbaycan
Şəhid Babək Abidov

Babəkin anası Simnarə Abidova oğlu haqqında danışarkən göz yaşlarını saxlaya bilmədi. Babəksiz bu bir ilin onlar üçün nə qədər ağır keçdiyini anlatmaqda çətinlik çəkdi: "Oğlum son dəfə zəng vuranda elə bil ürəyinə dammışdı. Dedi ki, "ana, haqqını hala elə, özünüzdən muğayat olun". Biz Babəkin o sözlərindən çox təsirləndik. Üç gün narahatçılıq keçirdim. İçimdə özümdən asılı olmayaraq bir narahatçılıq, nəsə ağrı vardı. Deməli, bu, Babəkin yaralarının ağrısı imiş. Mən ona yaxın vaxtlarda nişan aparacaqdım".

"Bir gün Babək gəldi və məni, bacılarını başına yığıb söylədi ki, "sizə bir xəbərim var, artıq ürəyimdə saxlaya bilmirəm. Ağdamdan bir qızı sevirəm. Amma hələ torpaqların alınmasını gözləyirəm, sonra toy edəcəm". Babəkin sevdiyi qız da deyir ki, o, həmişə şəhidlikdən danışırmış. Deyirmiş ki, mən də o zirvəyə qalxmaq istəyirəm. Qalxdı da" — ana bildirir.

Babəkgil ailədə 4 uşaq olublar, iki bacı, iki qardaş. Abidovlar ailəsi yaşadıqları Zeyvə kəndində, içərisində Babəkin, çöl hissəsində də digər şəhidlərin şəkilləri ilə bəzədilən ev muzeyi yaradıblar. Babək Abidov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə, Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi ximətdə fərqlənməyə görə III dərəcəli medal"ı ilə təltif edilib.

Xəbər lenti
0