Azərbaycan ordusunun əsgəri qoşunların təmas xəttində. Arxiv şəkli

Erməni silahlı bölmələri mövqelərimizi atəşə tutub

14
(Yenilənib 11:16 08.04.2017)
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

BAKI, 8 apr — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub. Sputnik Azərbaycan Müdafiə Nazirliyinin (MN) rəsmi saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə və İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qaymaqlı, Bala Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Çiləbürt, Ağdam rayonunun Qaraqaşlı, Yusifcanlı, Mərzili, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

14
Teqlər:
atəş, atəşkəs, Ermənistan, cəbhə, silahlı qüvvələr
Əlaqədar
Düşmən müxtəlif istiqamətlərdə atəşkəsi pozub
Erməni silahlı qüvvələri kəndimizi atəşə tutublar
Qapanlı sakinləri artıq artilleriya atəşinə alışıblar
Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub
“Aprel atəşkəsi” kitabının təqdimatı keçirildi
Atəş xətti: azərbaycanlılar güllə yağışı altında necə yaşayırlar

Azərbaycan Rusiya pirotexnikləri 5 hektardan artıq ərazini minadan təmizləyib - VİDEO

15
Bu müddət ərzində 210 ədəd mina və 2 ədəd partlamamış sursat aşkar olunaraq müvafiq qaydada zərərsizləşdirilib.

BAKI, 19 yanvar - Sputnik. Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən ibarət qrupu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirir.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, birgə fəaliyyət nəticəsində yanvar ayının 19-dək ümumilikdə 5 hektardan artıq sahədə axtarış işləri aparılıb.

Bu müddət ərzində 210 ədəd mina və 2 ədəd partlamamış sursat aşkar olunaraq müvafiq qaydada zərərsizləşdirilib. Minalardan 174 ədədi piyada əleyhinə, 36 ədədi isə tank əleyhinə olan minalardır.

15

Kəlbəcər rayonunun Çopurlu kəndindən videogörüntülər

8
Üçtərəfli bəyanatın şərtlərinə əsasən Kəlbəcər rayonu 2020-ci il noyabrın 25-də Azərbaycana qaytarılıb.

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Çopurlu kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

8

İlham Əliyev: "Milli iradəmizin zəfər çaldığı gün - 20 Yanvar"

17
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib.

BAKI, 20 yanvar - Sputnik. Prezident İlham Əliyevin "Facebook" səhifəsində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar paylaşım edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, paylaşımda deyilir: "Milli iradəmizin zəfər çaldığı gün - 20 Yanvar".

17