Traktorun qırılmış ön şüşəsi

Ermənistan növbəti aprel təxribatına əl atdı

1941
(Yenilənib 18:28 05.04.2017)
Ağdam sakini: "3-4 gündür vəziyyət çox təhlükəlidir. Pambığın səpin vaxtı olduğu halda, tarlaya çıxıb işləyə bilmirik"

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 5 apr — Sputnik. Ermənistan silahlı birləşmələri ötən gün cəbhənin Ağdam istiqamətində yaşayış məntəqələrini atəşə tutub. Təmas xəttinin təqribən 300 metrliyində yerləşən rayonun Orta Qərvənd kəndi də atəşə məruz qalıb.

Orta Qərvənd kənd sakini Habil Qədirov
© Sputnik / Ramil Ibrahimov
Orta Qərvənd kənd sakini Habil Qədirov

Atəşkəsin pozulması nəticəsində kənd sakini Habil Qədirova məxsus traktora ziyan dəyib. Onun Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, təxminən saat 07:00 radələrində başlayan atışma 15 dəqiqəyə qədər davam edib.

Habil Qədirova məxsus traktor
© Sputnik / Ramil Ibrahimov
Habil Qədirova məxsus traktor

Traktorun ön şüşəsindəki güllə izini Qədirov səhər saat 9:00-da, sahəyə işləməyə gedərkən görüb: "Traktora minmək istəyəndə gördüm, şüşə qırıqları var yerdə. Güllə texnikanın qabaq şüşəsinə dəyib, onu parçalamışdı".

"Əvvəllər də bir-iki dəfə atıblar traktora. Amma son 3-4 gündür lap təhlükəli olub. Pambığın səpin vaxtıdır, yuxarıda yaxın olan sahələrə çıxıb işləyə bilmirik. Ancaq aşağı, nisbətən uzaq olan yerlərdə işləmək olur" — deyib Habil Qədirov bildirir.

O, əlavə edib ki, 3 gün əvvəl tarlada səpin aparan başqa bir traktor da gülləbarana məruz qalıb. Xoşbəxtlikdən həmin texnikaya ziyan dəyməyib. Kəndin atəşə tutulmasına baxmayaraq, sakinlər arasında xəsarət alan yoxdur.

1941
Teqlər:
Habil Qədirov, Orta Qərvənd kəndi, traktor, təmas xətti, Ağdam, atəş, Ermənistan, cəbhə
Əlaqədar
Ermənistan apreldə yenə təxribata əl atır
Düşmən təxribatı davam edir
Düşmənin daha bir təxribat qrupu məhv edildi
Ermənistan Xocalı soyqırımı ərəfəsində qəsdən təxribatlar törədir
Azərbaycana qarşı təxribat törətmiş erməni idmançı cəzalandırıldı
Erməni hərbçilərinin təxribatının qarşısı belə alındı
Düşmən yenidən təxribata əl atıb