Cəbhə bölgəsi

Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub

21
Tərtər rayonunun işğal altında olan Göyarx, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

BAKI, 5 apr — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 123 dəfə pozub. Sputnik Azərbaycan Müdafiə Nazirliyinin (MN) rəsmi saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan, İcevan rayonunun Vazaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Bala Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

21
Teqlər:
istiqamət, atəş, atəşkəs, Ermənistan, cəbhə, silahlı qüvvələr
Əlaqədar
“Aprel atəşkəsi” kitabının təqdimatı keçirildi
Atəş xətti: azərbaycanlılar güllə yağışı altında necə yaşayırlar
Düşmən sutka ərzində atəşkəs rejimini 110 dəfə pozub
Erməni silahlı bölmələri atəşkəsi 127 dəfə pozub
Atəşkəs pozulmaqda davam edir
Düşmən atəşkəsi intensiv şəkildə pozur

Suqovuşana həyat qayıdır - FOTO

6
(Yenilənib 20:18 30.11.2020)
Əks-hücum əməliyyatı nəticəsində oktyabrın 3-də azad olunan Suqovuşana artıq yol çəkilir. Bunun üçün ərazi minalardan təmizlənir. Kənddən son kadrları Sputnik Azərbaycan-ın fotolentində izləyin

Otuz ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında qalan Suqovuşan kəndi Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Burada Tərtərçayı və ətrafdakı rayonları su ilə təmin edən Suqovuşan su anbarı yerləşir. İşğal altında olduğu illər ərzində Suqovuşandan gələn suyun qabağı kəsildiyindən Tərtər, Goranboy, Bərdə və Yevlax rayonları su qıtlığından əziyyət çəkirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə aparan avtomobil yollarının bərpasına başlanılıb. Uzunluğu 29 km təşkil edən yolu tikintisinin təmin olunması üçün Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyi (ANAMA) ərazini partlamamış sursat və minalardan təmizləməyə başlayıb. İşlər əllə, mexaniki maşınlarla, eləcə də minaaxtaran itlərin köməyilə aparılır.

 

ANAMA əməkdaşları bu ərazidə indiyədək 76 tank əleyhinə, 118 piyada əleyhinə mina, 6 tank əleyhinə minanın partladıcısı və 6 partlamamış hərbi sursat aşkarlayıblar.

 

6
  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

Teqlər:
fotolent, ANAMA, yol, Azərbaycan, Qarabağ, Tərtər, Suqovuşan
Mina, arxiv şəkli

Türk istehkamçılar Qarabağda minatəmizləmə əməliyyatına başladılar

15
(Yenilənib 19:57 30.11.2020)
İstehkamçı qruplar əraziləri minalardan təmizləməklə yanaşı, Azərbaycan Ordusunun əsgərlərinə təlimlər də keçəcəklər.

BAKI, 30 noyabr - Sputnik. Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının istehkamçıları Azərbaycanın erməni işğalından azad edilən bölgələrində minaaxtarma əməliyyatına başlayıblar.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

​Məlumata görə, istehkamçı qruplar əraziləri minalardan təmizləməklə yanaşı, Azərbaycan Ordusunun əsgərlərinə təlimlər də keçəcəklər.

15
Teqlər:
təlim, təmizlik, mina, Türkiyә, Azərbaycan, işğaldan azad edilmiş ərazilər, Qarabağ
Bülənt Ərsoy, arxiv şəkli

Bülent Ersoyun "yaxşılığını" başına çırpdılar

0
(Yenilənib 20:24 30.11.2020)
Bülent Ersoyun açıqlamasından qısa müddət sonra vəqfdən cavab gəlib. "Çağdaş Yaşamı Dəstəkləmə Vəqfi" B.Ersoya rədd cavabını verib

BAKI, 30 noyabr — Sputnik. Türk musiqisinin divası adlandırılan Bülent Ersoy ötən həftə hər biri 40 min TL dəyərində olan iki ədəd bəyaz tülkü dərisindən olan kürk alıb.

Sputnik Azərbaycan xəbər verir ki, üzərində tülkünün başı olan kürklər sosial mediada tənqid obyektinə çevrilib. Heyvanların qətl edilərək, dərisindən kürk, papaq, ayaqqabı, çanta hazırlanmasına etiraz edən heyvansevərlər Bülent Ersoyu sərt tənqid ediblər.

Vəziyyəti belə görən B.Ersoy: "Kürklərimi "Çağdaş Yaşamı Dəstəkləmə Vəqfi"nə bağışlayacam" deyərək, açıqlama edib.

Bülent Ersoyun açıqlamasından qısa müddət sonra vəqfdən cavab gəlib. "Çağdaş Yaşamı Dəstəkləmə Vəqfi" B.Ersoya rədd cavabını verib.

Vəqfin açıqlamasında deyilir: "Çağdaş Yaşamı Dəstəkləmə Dərnəyi Atatürk fikir və düşüncələrini müasir təhsil yoluyla çağdaş toplumlar səviyyəsinə çatdırmağı hədəfləyən örnək cəmiyyət birliyidir. Dərnəyimiz özündə təbiət, çevrə və canlı haqlarına sayğı ilə yanaşmağı birləşdirir. Bu səbəbdən heyvanların qətl edilməsi ilə hazırlanan məhsulların və ya həmin məhsullardan əldə edilən gəlirin Vəqfimizə bağışlanması qanun və dəyərlərimizə ziddir".

0
Teqlər:
dəri, kürk, Bülənt Ərsoy