Pulemyotdan atəş, arxiv şəkli

Azərbaycan hərbçisi qərargaha toplaşan erməni zabitlərini məhv edib

17126
(Yenilənib 14:26 04.04.2017)
Erməni qərargahını darmadağın edən zabitimiz: "Ana, mənim uşaqlarla işim olmaz. Mən erməni qərargahını məhv etmişəm, hamısı zabitlərdir".

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 4 apr — Sputnik. Deyirlər, şəhidlik ölümün ən yüksək pilləsidir. Səndən sonra bu dünyada adın qalır, əməllərin xatırlanır. Eyni zamanda, valideynlərinin, həyat yoldaşının, balalarının ürəyində dağ olursan…

Ötən ilin aprel döyüşləri Azərbaycan tarixinin şanlı səhifəsinə çevrildi. O şərəfli tarixi yazanlardan biri də şəhid kapitan İnqilab Quliyevdir. Bacısı Lamiyə Quliyevanın dediyinə görə, İnqilab 1983-cü il aprelin 13-də Tərtər rayonunda dünyaya göz açıb, uşaqlığı da Tərtərdə keçib.

Lamiyə Quliyeva
© Photo : L.Quliyevanın arxivi
Lamiyə Quliyeva

O, 3 bacının tək qardaşı olub: "Biz əslən Kəlbəcər rayonundanıq. Amma anamız tərtərlidir. Bizim uşaqlığımız Tərtərdə keçib. İnqilab da Tərtəri çox sevirdi. Atam əvvəllər Kəlbəcərdə məktəb direktoru, anam kitabxanaçı idi. Biz həmin vaxt Kəlbəcərdə təhsil alırdıq. Mən 4-cü, İnqilab birinci sinifdə oxuyanda — 1990-cı ildə Beyləqana köçdük. Yay tətilində məktəb bağlanan kimi İnqilab Tərtərə gedər, 3 ay orda qalardı".

Şəhid kapitan İnqilab Quliyev
© Photo : www.ganjanews.az
Şəhid kapitan İnqilab Quliyevin dəfni. 5 aprel 2016-cı il

İnqilab öz arzusu ilə hərbçi olub. Bacısının danışdığına görə, qardaşı 8-ci sinifdə oxuyanda məktəbə hərbi komissarlıqdan nümayəndələr gəlir. Onlar Cəmşid Naxçıvanski adına hərbi liseyə qeydiyyat üçün oğlan uşaqlarını siyahıya alırmışlar. İnqilab da valideynlərinin xəbəri olmadan adını həmin siyahıya yazdırır.

İnqilab Quliyevin övladı şəhidə medalın təqdim olunması mərasimində. Gəncə, 13 may 2016-cı il
© Photo : salamnews.org
İnqilab Quliyevin övladı şəhidə medalın təqdim olunması mərasimində. Gəncə, 13 may 2016-cı il

"Dərsdən sonra evə gəldi. Dedi ki, "ay ana, məktəbdə elə bir şey eləmişəm ki, bilsən, məni öldürəcəksən". Anam dedi, "ay bala, sən bu günə kimi mənim başımı aşağı edən heç nə etməmisən, nə iş görmüsən ki, belə qorxursan?" Anam İnqilabın qərarını öyrənəndə belə reaksiya verdi: "Burada qorxulu nə var ki? Mənim 7 oğlum olsa, 7-si də Vətənə qurbandır, yolun açıq olsun". İnqilab bu xeyir-duadan çox sevinmişdi" — deyir L. Quliyeva.

İnqilab Cəmşid Naxçıvanski adına hərbi liseyə imtahan verir və qəbul olunur. Lamiyə xanım deyir ki, İnqilab hər dəfə evə gələndə mütləq tərifnamə ilə gəlib. Hərbi liseyi bitirdikdən sonra Hərbi Akademiyaya daxil olur. Hərbi Akademiyada da nümunəvi tələbə kimi ad çıxarır. Akademiyanı bitirəndə onu müəllim kimi saxlamaq istəslər də, o, razılaşmır və Qazax rayonuna təyinat alır.

Bacısı İnqilabın Qazaxa da öz seçimi əsasında təyinat aldığını qeyd edir: "Deyirdi ki, buradan ermənilər daha yaxındır. İnqilab nümunəvi zabit idi. Orduda qüsursuz xidmətlərinə görə, Milli Ordunun yaranmasının 95 illiyində medallar almışdı. İnqilabın 3 medalı var idi. O, qüsursuz hərbçi olduğuna görə, Türkiyəyə kurs keçməyə göndərilir. Ölümündən sonra isə Prezidentin fərmanı ilə "İgidliyə görə" medalı ilə təltif olundu".

4 Aprel sənədli filminin posteri
© Photo : www.ganjanews.az
"4 Aprel" sənədli filminin posteri

"Onunla sonuncu dəfə ötən ilin Novruz bayramında görüşdük. İnqilabın rütbəsi kapitan olsa da, işini yaxşı bildiyi üçün onu baş qərargah rəisi qoymuşdular. Biz də müharibənin başladığını aprelin 1-də bildik. Anam dedi ki, "mən dözə bilmirəm, gedəcəyəm Tərtərə". Onu nə qədər saxlamaq istəsək də, razılaşmadı və getdi. Anam dedi ki, "Mən balamı qorumağa gedirəm. Mən ana nəfəsi ilə balamı qoruyacağam. Balam o atəşin altında olsun, mən burda rahat oturum?" Anam getdi və İnqilab şəhid olana kimi Tərtərdə qaldı. Amma anam balasını qoruya bilmədi. Aprelin 4-ü şəhid olduğu xəbərini aldıq" — L. Quliyeva danışır.

İnqilab Quliyev 2011-ci ilin noyabr ayında ailə qurub. "Adı Lalədir gəlnimizin. Çox gözəl qızdır, məsumdur. O qızın başına bu hadisə gəlməməli idi. İki oğul övladı var İnqilabın. Böyüyü Hüseynin 4, kiçiyi Əyyamın 3 yaşı var. Biz İnqilabı evləndirə bilmirdik. 28 yaşı olanda gəlib dedi ki, "ana, evlənmək vaxtıdır, kimi istəyirsən, al". Anam bacımın sinif yoldaşı Laləni məsləhət gördü, qardaşım bəyəndi. Evləndi. Hal-hazırda Lalənin 23 yaşı var" — deyir Lamiyə.

"İnqilab Madağızda yerləşən erməni qərargahının altını-üstünə çevirmişdi. Oradan bir erməni də sağ çıxmamışdı. Həmin qərargahı vuranda anama zəng edib demişdi ki, "ana, mənim uşaq-muşaqla işim olmaz, mən əsgər öldürmürəm, erməni qərargahını məhv etmişəm, hamısı zabitlərdir"" — şəhid bacısı keçmişi xatırlayır.

Kapitan İnqilab Quliyevə həsr olunmuş 4 Aprel sənədli filmi
© Photo : www.vxsida.gov.az
Kapitan İnqilab Quliyevə həsr olunmuş "4 Aprel" sənədli filminin nümayişi. Bakı, 18 yanvar 2017-ci il

Daha sonra başqa bir hadisəni danışır: "Bir dəfə də bizim zabit və əsgər heyətimiz Talışda mühasirədə qalıbmış. Bir yol qalıbmış əsgərlərimizin çıxması üçün. Həmin yolu da erməni topçuları atəşə tuturmuş ki, əsgərlərimiz çıxa bilməsinlər. İnqilab 3 gün həmin topçularla döyüşüb. Birini vurmuşdu, ikincisini vura bilmirmiş. Anama deyirmiş ki, "ay ana, bunlar muzdlulardır, ermənilər belə döyüşmür". Üçüncü gün sevincək zəng elədi ki, "ana, ikinci topçunu da vurdum, uşaqlarımızı müharisədən çıxardım". İnqilab dəfələrlə ermənilər üçün göndərilən canlı və silah-sursat yardımını elə yoldaca məhv etmişdi".

Şəhidin övladları Hüseyn və Əyyam
© Photo : Lamiyə Quliyevanın arxivi
Şəhidin övladları Hüseyn və Əyyam

İnqilabın şəhidlik xəbərini əvvəlcə uşaqlarından gizlədirlər. Nəhayət bir böyük oğlu nənəsindən niyə atasının evə gəlmədiyini soruşur. Onların arasında belə bir dialoq yaşanır:

— Atan gəlməyəcək, şəhid olub.
— Nənə, "şəhid olmaq" nə deməkdir?
— Balam, atanı ermənilər vurub, o, artıq qəhrəmandır…

17126
Teqlər:
Lamiyə Quliyeva, şəhidlik, aprel döyüşləri, bacı, Vətən, İnqilab Quliyev, lisey, Tərtər, şəhid, ana, Azərbaycan, erməni
Əlaqədar
Azərbaycan Ordusunun hərbçisi şəhid olub
Sonuncu şəhidimiz torpağa tapşırıldı
Özü şəhidlik zirvəsində, üç övladı vətənə əmanət
“Mən şəhidlik arzusu ilə yaşamışam”
Şəhid Zülfü Qədimov dəfn edildi
Azərbaycan Silahlı Qüvvələri şəhid verdi
Müdafiə Nazirliyi adları açıqladı: beş şəhidimiz var
Şəhid hərbçimiz dəfn edilib
Fransa Senatının binası, arxiv şəkli

Fransa Senatının Qarabağla bağlı qətnaməsinə Rusiya Dövlət Dumasından reaksiya verildi

10
(Yenilənib 19:47 26.11.2020)
"Natsionalnaya oborona" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko xatırladıb ki, Fransa əvvəl də balansa riayət etmirdi və açıq şəkildə Ermənistanın maraqlarına lobbiçilik edirdi:

BAKI, 26 noyabr — Sputnik. Fransa Senatı, Fransa hökumətini Azərbaycan ərazisindəki saxta "Dağlıq Qarabağ Respublikası" (DQR) rejiminin "müstəqilliyini" tanımağa çağıraraq, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair səylərini pozmağa çalışdı. Sputnik Azərbaycan "Vestnik Kafkaza"-ya istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin rəhbəri Leonid Kalaşnikov bildirib.

"Mən Rusiyanın müharibəni sona çatdırması və münaqişə tərəflərini normal nizamlanma yoluna gətirməsinə görə Fransa, həmçinin ABŞ-dan inciklikdən başqa bir şey gözləmirdim. İşlərin sülhə doğru getdiyini, tərəflərin razılığa gəldiyini görən Paris bu prosesi pozmaq, hər hansı bir gərginlik yaratmaq cəhdlərini bərpa etdi", - deyə Kalaşnikov qeyd edib.

O qeyd edib ki, hazırkı mərhələdə bu cür addımlar tamamilə qeyri-konstruktivdir: "Hazırda bu cür müdaxilələr, xüsusi ilə Minsk Qrupunun həmsədrinin müdaxiləsi sadəcə yolverilməzdir. Bu qətnamə Cənubi Qafqazda heç kimə xeyir verməyəcək".

"Natsionalnaya oborona" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko xatırladıb ki, Fransa əvvəl də balansa riayət etmirdi və açıq şəkildə Ermənistanın maraqlarına lobbiçilik edirdi:

"İndi isə bu, bir daha təsdiqləndi, artıq Senatda deputat çoxluğu ilə. Hüquqi cəhətdən bu qətnamənin heç bir çəkisi yoxdur, siyasi cəhətdən isə o, Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında öz təsirini bərpa etmək üçün son cəhdi idi. Lakin əməldə bu, Parisin vasitəçilik missiyasından imtinasıdır".

Ekspert vurğulayıb ki, bu qətnamə heç bir halda Rusiya və Türkiyənin Cənubi Qafqazda mövqelərinə təsir etməyəcək: "Ümumiyyətlə, bu, sadəcə Parisin maraqlarına zərbə vuracaq olan axmaq hərəkətdir. Fransanın tərəfdaş və ya rəqib olmasından asılı olmayaraq, Azərbaycanın müvafiq nəticələr çıxaracağı aydındır".

Qeyd edək ki, Fransa Senatı qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.

Sənədin lehinə 305 senator səs verib. Bir nəfər isə əleyhinə olub. Sənəd tövsiyə xarakteri daşıyır.

Fransa Xarici İşlər Nazirliyi artıq Senatın qərarına münasibət bildirib: Parisin "Dağlıq Qarabağın müstəqilliyi"ni birtərəfli tanıması nə Ermənistana, nə Qarabağ xalqına, nə də Fransanın özünə fayda vermir.

Fransanın Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lemuanın sözlərinə görə, bu addım Fransa hökumətinin, rəsmi Parisin başqa partnyorlarının siyasətini əks etdirməyəcək.

Xarici İşlər Nazirliyinin dövlət katibi qeyd edib ki, beynəlxalq ictimaiyyət, o cümlədən Ermənistan qondarma Dağlıq Qarabağın müstəqilliyini tanımayıb.

Diplomatın sözlərinə əsasən, bu addım Fransa hökumətinin siyasətini əks etdirmir: "Dağlıq Qarabağ münaqişənin həlli tək tərəfli deyil, iki tərəf arasındakı dialoqdan asılıdır. Bu gün tərəflər həmsədrlərin dialoqu davam etdirmək üçün dəstəyinə ehtiyac duyurlar".

10
Teqlər:
Kalaşnikov, Leonid Kalaşnikov, Rusiya Dövlət Duması, Qarabağ, Fransa Senatının qətnaməsi, Fransa Senatının qərarı, Senat, Fransa
Dağlıq Qarabağ, arxiv şəkli

Ölkəmizin "Yaşıl apteki"ndə indi vəziyyət necədir - TƏBİB statistikanı açıqladı

10
(Yenilənib 17:37 26.11.2020)
İşğaldan əvvəl rayonda 1 mərkəzi xəstəxana, 1 uşaq xəstəxanası, 7 kənd xəstəxanası, 75 tibbi məntəqə, 23 ambulatoriya mərkəzi fəaliyyət göstərib.

BAKI, 26 noyabr — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Kəlbəcər rayonunun səhiyyə statistikasını açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, işğaldan əvvəl rayonda 1 mərkəzi xəstəxana, 1 uşaq xəstəxanası, 7 kənd xəstəxanası, 75 tibbi məntəqə, 23 ambulatoriya mərkəzi fəaliyyət göstərib. Həmçinin, burada 9 aptek vətəndaşlara xidmət göstərib.

"Ümumiyyətlə, Kəlbəcər rayonu "yaşıl aptek" adlandırılırdı. Təkcə rayonun İstisu qəsəbəsində mövcud olan Ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu sanatoriyalarında hər il 50 min nəfər müalicə olunur və istirahət edirdi", - deyə məlumatda qeyd olunub.

10
Teqlər:
aptek, xəstəxana, statistika, səhiyyə, TƏBİB, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Kəlbəcər rayonu, Kəlbəcər
Ermənistan parlamenti

Ermənistan parlamentində dava düşdü, qadın kişi deputatlar bir-birinə qarışdı - VİDEO

0
(Yenilənib 20:04 26.11.2020)
"Çiçəklənən Ermənistan" Partiyasının deputatı Naira Zohrabyan: "Paşinyan Azərbaycanda cizgi filmlərinin qəhrəmanına çevrilib".

BAKI, 26 noyabr - Sputnik. Ermənistan parlamentinin bugünkü iclasında dava düşüb.

Sputnik Ermənistan-ın məlumatına görə, hadisə “Mənim addımım” fraksiyasının deputatı Amazasp Danielyanın çıxışı zamanı olub.

Danielyan “Çiçəklənən Ermənistan” Partiyasının deputatı Mikael Melkumyanın “nəvələrimizə müharibədə məğlub olduğumuzu necə başa salaq?” sualına kobud cavab verib.

Son nöqtə "Çiçəklənən Ermənistan"ın deputatı Naira Zohrabyana ünvanlanan irad olub. Zohrabyan Paşinyanın Azərbaycanda cizgi filmlərinin qəhrəmanı olduğunu söylədikdə, Danielyan ona irad tutub: "Siz də Azərbaycanda superulduzsunuz."

Bundan sonra zalda gərginlik yaranıb, deputatlar bir-birinin üstünə gedib. Zala mühafizəçilərin çağırılması ilə gərginlik aradan qalxıb.

 

0
Teqlər:
Azərbaycan, Ermənistanın baş naziri Nikol Paşinyan, baş nazir Nikol Paşinyan, Nikol Paşinyan, Ermənistan