Азербайджанский город Ханкенди, находящийся под оккупацией Армении

Silahlı Qüvvələrimizin bölmələri atəşə tutulub

8
(Yenilənib 23:47 20.03.2017)
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 143 dəfə pozub

BAKI, 20 mart — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 143 dəfə pozub.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Ermənistan Respublikasının İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Şavarşavan, Voskevan, Barekamavan, Berdavan, Dovex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Fərəhli, Quşçu Ayrım, Qaymaqlı, Kəmərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari, Ayqepar, Mosesqex, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu, Əlibəyli, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Yarımca, Göyarx, Ağdam rayonunun Qaraqaşlı, Baş Qərvənd, Mərzili, Nəmirli, Şıxlar, Şirvanlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Aşağı Veysəlli, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

8
Teqlər:
Atəşkəsin pozulması, Horadiz, Gədəbəy rayonu, Tovuz rayonu, Tərtər rayonu, Goranboy rayonu, Qazax rayonu
Əlaqədar
Atəşkəs yenə pozuldu
Atəşkəs daha 110 dəfə pozulub
Ermənistan silahlı bölmələri atəşkəsi 118 dəfə pozub
Sutka ərzində atəşkəs rejimi 119 dəfə pozulub
 Daşqın Səfiyev (sağda) və Orxan Səfiyev (solda)

Bir xatirə qaldı səndən, gözümdə yaş, saçımda dən...

26
(Yenilənib 15:35 29.11.2020)
Əslən Kəlbəcər rayonundan olan qardaşlar Kəlbəcərin azad edilməsini, Kəlbəcəri azad etməyi çox arzulayırdılar.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 29 noyabr — Sputnik. "Ürəyi Vətən sevgisi ilə döyünürdü. Sənə qurban olum, Daşqın haqqında danışsam, gərək sən oturub məni illərlə dinləyəsən..."

Belə başlayır söhbətə Laçında şəhid olan Daşqın Səfiyevin qardaşı Orxan.

Orxanla Daşqın Gəncədə, valideynləri isə Samux rayonunda yaşayırmışlar. Daşqın da elə Samuxda dəfn edilir.

Daşqın Səfiyev 1989-cu il avqustun 22-də anadan olub: "Daşqınla ağlımız kəsəndən bütün işlərimiz bir olub. Onun ən yaxını mən, mənim də ən yaxınım Daşqın idi. Gəncə şəhərində yaşayırıq. Mən hərbçi idim. Daşqın hər zaman bütün hərbçilərlə, şəhidlərlə fəxr etdiyini deyirdi. Ən böyük arzumuz Qarabağ uğrunda döyüşmək, torpağımızı düşmən işğalından azad etmək idi".

Əslən Kəlbəcər rayonundan olan qardaşlar Kəlbəcərin azad edilməsini, Kəlbəcəri azad etməyi çox arzulayırdılar.

© Photo : Courtesy of Orkhan Safiyev
Şəhid Daşqın Səfiyev

Bu səbəbdən Tovuzda döyüşlər başlayanda Daşqın könüllü olaraq döyüşmək üçün müraciət etmişdi. Tez-tez Tovuza əsgərlər üçün yardım aparan Daşqın onların sıralarında olmaq üçün çalışırdı.

"Mənə deyirdi ki, özünü qoru. Deyirdi ki, "qaqa, özünü qoru mənim üçün. Axı bizim sözümüz var - sən olmasan, mən olmaram. Hər gün ordu sıralarına qoşulmaq üçün hərbi komissarlığa gedirdi. Və sonda arzusuna çatdı, onu qəbul etdilər. Gözüm dolmuşdu onu yola salanda. Dedi, niyə gözün dolur? Şəhid qardaşı olacaqsan. Mən gedəcəm, arxanda yüzlərlə insan olacaq. Qucaqlaşdıq, görüşdük. Getdi..." - deyə Orxan danışır.

Qardaşlar ara-sıra danışır, düşmənlə savaşda qazanacaqlarına inanırdılar. Ancaq Orxanın ürəyi narahat idi. Sanki nəsə olacaqmış kimi hiss edirdi. Fikirlərini dağıtmaq istəsə də alınmırdı.

Daşqın şəhid olmamışdan iki gün öncə yenə danışırlar. Daşqın problem olmadığını, səhhətinin yaxşı olduğunu deyir: "Ayın 5-i axşam belim tutdu. Tərpənə bilmirdim. Elə düşünürdüm ki, soyuq olub. Ağlıma da gəlmədi ki, Allah hər şeyimi alıb, Daşqınımı itirmişəm".

Bir müddət sonra qara xəbərini aldım. Heç nə gözümə görünmürdü. Gedib cənazəni gətirdim. Dünyam qaralmışdı. Özü getdi cənnətə, məni cəhənnəmdə buraxdı. Arzularımız gözümüzdə qaldı. Kəlbəcər düşmən işğalından azad edildi, amma Daşqınım yoxdur".

  • Şəhid Daşqın Səfiyev və qardaşı Orxan Səfiyev
    © Photo : Courtesy of Orkhan Safiyev
  • Şəhid Daşqın Səfiyev
    © Photo : Courtesy of Orkhan Safiyev
  • Səfiyevlər ailəsi
    © Photo : Courtesy of Orkhan Safiyev
1 / 3
© Photo : Courtesy of Orkhan Safiyev
Şəhid Daşqın Səfiyev və qardaşı Orxan Səfiyev

Orxan Səfiyevin sözlərinə görə, sonradan Daşqınla birgə döyüşən əsgərlədən biri Daşqın haqqında danışanda deyirmiş ki, "sıralarımızda kəlbəcərli Daşqın vardı. Elə döyüşürdü ki, ermənilərin postunu təkbaşına təmizləmişdi. Ayağından vurulsa da, diz üstə düşsə də, dayanmayıb gedirdi ermənin üzərinə. Sonra ağır silahla vurdular onu, dünyasını dəyişdi". "Mən bu sözləri eşidəndə qürur hissi ilə yanaşı, bir ağrı da yaşayırdım. Daşqınım həyatda yoxdur, təkəm", - deyə Orxan qeyd edir.

Hər zaman Daşqınla planlar quran Orxan ondan sonra necə yaşayacağını bilmir.

Daşqının şəhid olması Orxanın da həyatını alt-üst edib... İndi o, qardaşının xatirələri ilə təsəlli tapır...

26
Teqlər:
xatirə, itki, qardaş, şəhid, Kəlbəcər, Qarabağ

Dağıdılsa da doğmadır, qəbulumuzdur: azad olunmuş Füzulidən yeni kadrlar - FOTO

20
(Yenilənib 14:36 29.11.2020)
Müzəffər Azərbaycan Ordusu Füzulini çoxillik erməni işğalından azad edib. Şəhərdə, demək olar ki, salamat bina qalmayıb

Füzuli Azərbaycan Ordusunun uğurlu əks-hücumu nəticəsində 2020-ci il oktyabrın 17-də Ermənistan hərbi qüvvələrindən təmizlənib. 27 il ərzində ermənilərin Füzulini nə hala saldığıını Sputnik Azərbaycan-ın fotolentində izləyə bilərsiniz.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonunun Azərbaycana qaytarılması nəzərdə tutulur. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

20
  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə "Araz" qəzetinin redaksiyasının dağıdılmış binası üstündə Azərbaycan bayrağı.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağıdılmış binalar.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağıdılmış binalar. Mərkəzdə - Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin binası.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə qəbiristanlıqda muğam ifaçısı Ağabala Abdullayevin sınıdırılmış büstü.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə azərbaycanlıların qəbiristanlığı.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağıdılmış binalar.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə ağacda çəkmələr.

  • © Sputnik / Aleksey Kudenko

    Füzuli bulağı.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağılmış binanın qarşısında yanmış avtomobil.

  • © Sputnik / Алексей Куденко

    Azərbaycan polisi "Araz" qəzetinin redaksiyası olan dağılmış binanın yanında.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağıdılmış binalar.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağıdılmış binalar.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağılmış bina.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə yolda Azərbaycan polisi.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağıdılmış yanğından mühafizə bölməsinin binası.

Qax rayonundakı Kürmük məbədi

Müsəlmanlarla xristianların birgə ibadət etdikləri məkan - VİDEO

0
(Yenilənib 15:24 29.11.2020)
Məbədgahı müsəlmanlarla bərabər, xristianlar da eyni gündə ziyarət edirlər. Dini etiqadlarından asılı olmayaraq, vaxtilə əcdadlarının müqəddəs saydığı bu yeri ziyarət etməklə, hər kəs öz arzularının yerinə yetirilməsini diləyir və hərə öz dilində Allaha dualar edir

BAKI, 29 noyabr — Sputnik. Kürmük məbədi Azərbaycanın Qax rayonu ərazisində vaxtilə mövcud olmuş qədim alban məbədinin (I-III əsrlərdə) qalıqları üzərində XIX əsrdə inşa edilib.

Sputnik Azərbaycan xəbər verir ki, Mədəniyyət Nazirliyi "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində Kürmük məbədi haqqında qısa videoçarx hazırlayıb.

Məlumat üçün bildirək ki, sözügedən məbədgahı müsəlmanlarla bərabər, xristianlar da eyni gündə ziyarət edirlər. Dini etiqadlarından asılı olmayaraq, vaxtilə əcdadlarının müqəddəs saydığı bu yeri ziyarət etməklə, hər kəs öz arzularının yerinə yetirilməsini diləyir və hərə öz dilində Allaha dualar edir.

Burada maraqlı cəhətlərdən biri də odur ki, "Kürmük oba" bayramında xristian zəvvarlar da İslam dininin haram buyurduğu donuz ətindən imtina edirlər.

0
Teqlər:
ibadətgah, ibadət, xristianlar, müsəlmanlar, "Kürmük oba" bayramı, Kürmük məbədi, Qax, Azərbaycan
Mövzu:
Azərbaycanın görməli yerləri, turizm obyektləri