Əsgəran qalası, arxiv şəkli

Ermənistana xəbərdarlıq: "Cəbhə xəttində vəziyyəti gərginləşdirməyə son qoy!"

412
(Yenilənib 16:31 04.03.2017)
"Vyana və Sankt-Peterburq görüşlərindən sonra tez-tez səsləndirilən "danışıqlar üçün münbit atmosferin yaradılmalı" olduğuna dair mövqe, əslində 1994-cü ildə tətbiq edilmiş rejimə ziddir"

BAKI, 4 mart — Sputnik. "Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyi tərəfindən qarşıdurma xəttində 24-25 fevral tarixlərində Ermənistan tərəfindən törədilmiş təxribat barəsində məlumat verilərək, bunun Ermənistanın hərbi-siyasi rəhbərliyinin davamlı olaraq revanşist bəyanatlar verərək, aprel hadisələri nəticəsində itirilmiş mövqeləri geri almaq barəsində Ermənistan cəmiyyətində gözləntilər formalaşdırmağa yönəlmiş bəyanatlarının praktiki nümunəsi olduğu vurğulanıb. Bu xüsusda, Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə hərbi təlimlər keçirilməsi, hərbi mövqelərin və infrastrukturun möhkəmləndirilməsi səyləri, silah və hərbi texnikanın həmin ərazilərə qanunsuz ötürülməsi faktları ATƏT iştirakçı dövlətlərinin diqqətinə çatdırılıb".

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər ATƏT-in Daimi Şurasının iclasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr üzrə mətbuat xidmətinin məlumatında öz əksini tapır. Bildirilir ki, cari ilin 02 mart tarixində ATƏT-in Daimi Şurasının iclasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müzakirələr aparılıb: "Daimi Nümayəndəlik, Ermənistan tərəfinin hər fürsətdə atəşkəs rejimi ətrafında spekulyasiya etmək, atəşkəsi dar mənada təhrif edilmiş şəkildə təqdim etmək cəhdlərinə cavab olaraq bildirib ki, 1994-cü ilin atəşkəs rejimi BMT TŞ-nin müvafiq qətnamələri və Bişkek Protokoluna əsaslanır. Bu sənədlərdə münaqişə zonasında atəşin dayandırılması birmənalı şəkildə bütün hərbi fəaliyyətin dayandırılması, işğalçı qüvvələrin geri çəkilməsi, beynəlxalq sülhməramlı qüvvələrin yerildilməsi, kommunikasiyaların bərpası, məcburi köçkünlərin geri qayıtması və münaqişənin yekun həlli üçün danışıqların sürətləndirilməsi kimi məqsədlərlə əlaqələndirilib".

"Beləliklə, atəşkəsdən danışılan zaman təkcə mövqelər arasında müxtəlif silahlardan atəşin açılması nəzərdə tutulmamalı, məsələyə qeyd edilən məqsədlər kontekstində kompleks yanaşılmalıdır. Atəşkəsin pozulmasına təkcə tərəflərin bir-birinə atəş açması deyil, həmçinin, işğalın vəziyyətinin möhkəmlənməsinə xidmət edən fəaliyyət, işğal edilmiş ərazilərdə hərbi mövcudluğun möhkəmləndirilməsi, silah və texnikanın qanunsuz ötürülməsi, hərbi təlimlərin keçirilməsi, məcburi köçkünlərin qayıdışına maneə olunması kimi ayrılmaz elementlərin nə dərəcədə əməl edilməsi də aid edilməlidir. Daimi Nümayəndəlik qeyd edilən istiqamətlər üzrə atəşkəs rejiminin Ermənistan tərəfindən davamlı şəkildə pozulmasının beynəlxalq ictimaiyyət, xüsusilə münaqişənin həlli üzrə vasitəçilik missiyasını üzərinə götürmüş dövlətlər tərəfindən birmənalı şəkildə pislənilməsinin və bu kimi pozuntuların nəticələrinin aradan qaldırlmasının zəruri olduğunu diqqətə çatdırıb. Xüsusilə vurğulanıb ki, atəşkəs rejimi münaqişənin həlli üçün danışıqların sürətləndirilməsini nəzərdə tuturdu. Halbuki, Ermənistan bundan davamlı şəkildə imtina edir. Qeyd edilənlər kontekstində, Vyana və Sankt-Peterburq görüşlərindən sonra tez-tez səsləndirilən "danışıqlar üçün münbit atmosferin yaradılmalı" olduğuna dair mövqe, əslində 1994-cü ildə tətbiq edilmiş rejimə ziddir" — deyə məlumatda vurğulanır.

Qeyd olunur ki, substantiv danışıqlar olmadan, eləcə də atəşkəsi möhkəmləndirmək məqsədi ilə irəli sürülən tədbirlər münaqişənin nizama salınması prosesi ilə sinxronlaşdırılmadan və prosesin aidiyyəti mərhələləri ilə əlaqələndirilmədən atəşkəs rejimi davamlı ola bilməz: "Bu rejim substantiv danışıqlar olmadan atəşkəs rejiminin effektiv şəkildə qorunub saxlanmasının qeyri-mümkünlüyünü ehtiva edir və qarşıdurma xəttindəki son vəziyyət də bu əlaqənin əyani göstəricisidir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan tərəfi həmsədrlərin danışıqların yenidən başlanması üçün çeviklik göstərilməsi ilə bağlı çağırışını, eləcə də BMT Baş Katibinin Ermənistan-Azərbaycan münaqişəsi üzrə təxirə salınmadan substantiv danışıqlara başlamaq barəsində müraciətini alqışlayır. İclasda Aİ, o cümlədən Makedoniya, Albaniya, Monteneqro, Serbiya, Bosniya və Herseqovina, İslandiya, Norveç, Gürcüstan, San-Marino adından səsləndirilmiş bəyanatda işğal edilmiş ərazilərimizdə Ermənistan tərəfindən keçirilmiş qanunsuz "referenduma" münasibət bildirilib, adı çəkilən ölkələrin "referendumun" keçirildiyi hüquqi və konstitusion çərçivəni tanımadığı bəyan edilib. Qeyd edilib ki, "referedum" Dağlıq Qarabağ regionun statusuna və münaqişənin nizama salınması üzrə danışıqlara heç bir təsir edə bilməz".

Mətbuat xidməti xatırladır ki, Türkiyə tərəfi qarşıdurma xəttində baş vermiş təxribatlardan narahatlığını ifadə edib, 25 ildən artıq bir müddət ərzində Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 1/5-nin işğal altında saxlandığını vurğulayıb: "Bildirilib ki, Türkiyə, Minsk Qrupunun üzvü kimi münaqişənin tezliklə nizama salınması üçün Qrupun səylərinin artırılmasını vacib hesab edir. Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməmiş qalması səbəbindən Ermənistan regional əməkdaşlıq layihələrindən kənarda qalır. Münaqişəyə son qoyulması regionda yeni əməkdaşlıq imkanlarına, bütün regionun, o cümlədən Ermənistanın inkişafı üçün yeni perspektivlərin açılmasına şərait yaradacaq. Ermənistan tərəfinin qarşıdurma xəttindəki təxribatları təhrif etmək, eləcə də işğal edilmiş ərazilərdə keçirilmiş "referenduma" hüquqi don geyindirmək cəhdlərinə cavab olaraq, Azərbaycan Daimi Nümayəndəliyi bir daha vurğulayıb ki, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti Azərbaycanla həmrəylik nümayiş etdirir və güc yolu ilə ərazi ilhaq etməklə barışmadığını bəyan edir. Son 25 il ərzində Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə qarşı əsassız iddialarını reallaşdırmaq üçün bir millimetr belə irəliləyə bilməyib. Regiondakı vəziyyətdən də aydın göründüyü kimi, bundan sonra da Azərbaycan Ermənistanın münaqişə ilə bağlı xülyalarının reallaşmasına imkan verməyəcək".

"Ermənistanın hazırkı rəhbərliyinin siyasəti nəticəsində bütün regional əməkdaşlıq platformalarından təcrid olunmuş Ermənistan öz siyasətini yenidən nəzərdən keçirməli, hazırkı vəziyyətin həqiqətən erməni xalqının maraqlarına uyğun olub-olmadığı barəsində ciddi düşünməlidir" — deyə vurğulanan bəyanatın sonunda Daimi Nümayəndəlik ATƏT iştirakçı dövlətlərini, Minsk Qrupunu və onun həmsədrlərini Ermənistanın qarşıdurma xəttində vəziyyəti gərginləşdirən təxribatçı əməllərə son qoyaraq, münaqişənin davamlı həlli istiqamətində substantiv danışıqlara cəlb edilməsi üçün bu ölkə üzərində siyasi diplomatik təzyiqin göstərməyə çağırıb.

412
Teqlər:
ATƏT yanında Daimi Nümayəndəlik, qarşıdurma, Dağlıq Qarabağ münaqişəsi, atəş, atəşkəs, Ermənistan, Azərbaycan, təxribat, cəbhə, silah
Əlaqədar
MN: Cəbhəboyu zonadakı vəziyyətlə bağlı qərəzli yazıların dərc edilməsi müşahidə edilir
MN: Ermənistan cəbhədə monitorinq keçirən ATƏT missiyasını şantaj edir
Cəbhəyanı kəndin sakini: "Heç yerə getməyəcəyik, hamı öz ev-eşiyindədir"
XİN: "Cəbhədə vəziyyətin gərginləşməsinin səbəbkarı Ermənistandır"
Cəbhə xəttində yeni təlim mərkəzi açıldı
Cəbhə xəttindəki kəndimiz atəşə tutulub
Cəbhədə atışma səngimir
Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs pozulub
Роберт Кочарян

Robert Köçəryan: Ermənistan hökuməti müharibənin qaçılmaz olması üçün əlindən gələni etdi

11
(Yenilənib 06:41 05.12.2020)
Köçəryanın sözlərinə görə, bütün uğursuzluqların səbəbkarı baş nazir Nikol Paşinyandır. Çünki o, bütün danışıqlar prosesinə sıfırdan başlamağa üstünlük verib.

BAKI, 5 dekabr - Sputnik. “Müharibənin qarşısını almaq olardı, ancaq Ermənistan hökuməti müharibənin qaçılmaz olması üçün hər şeyi etdi”.

APA xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan “5-ci kanal” telekanalına verdiyi müsahibəsində deyib.

“Əminəm ki, Ermənistan hakimiyyəti müharibənin qaçılmaz olması üçün hər şeyi etdi. Hər şey edildi. Yeni bir şey söyləməyəcəyəm, çünki bu bir ay ərzində mətbuatı izlədim. Demək olar ki, hər şey deyildi, sadəcə, deyilənləri vahid bir təsəvvür yaratmaq üçün ümumiləşdirə bilərsiniz. Niyə danışıqlar prosesi dalana dirəndi. Qəsdən edildi. Qarşılıqlı müstəsna bəyanatlar elə bir vəziyyət yaratdı ki, hətta həmsədrlər də erməni tərəfinin nə istədiyini anlamadılar”, - Köçəryan belə deyib.

Onun sözlərinə görə, bütün bu uğursuzluqların səbəbkarı baş nazir Nikol Paşinyandır. Çünki o, bütün danışıqlar prosesinə sıfırdan başlamağa üstünlük verib.

“Tavuşda sərhəd münaqişəsi təxribatı. Bizim tərəfimizdən törədilmiş təxribat. Bəli. Şimalda. Baş Qərargah rəisi deyəndə ki, 12 iyunda Ermənistanın müharibəyə hazır olmadığı barədə məruzə göndərib və bundan bir ay sonra belə bir təxribata cəhd etmək, bu insidentin mahiyyətini şişirtmək – 70 nəfəri ordenlərlə təltif edərək, Azərbaycanı və Türkiyəni məğlub etdiyimizi demək – bunlar müharibəyə yönəlmiş təxribat deyildisə, bəs nə idi? Əgər bilirsənsə hazır deyilsən, niyə bu addımı atırsan? Çünki düşündün ki, Türkiyə və Azərbaycan bunu sadəcə həzm edəcək?” - deyə sabiq prezident sözlərinə davam edib.

R.Köçəryan bildirib ki, Azərbaycana qarşı təxribatlarda boş sözlərə meyl etmək lazım deyildi:

“Bunu da bir hökumət üzvü etdi və əminliklə deyə bilərik ki, baş nazirin qurumu tərəfindən edildi.

Yeri gəlmişkən, bu cür davranmaq yalnız o halda mümkün idi ki, sən bir üstünlüyə maliksən və o qədər güclüsən ki, bu cür nüanslara əhəmiyyət vermirsən. Ancaq bu belə deyil: resurslar, əhali, büdcə, ümumi daxili məhsul baxımından. Bu doğru deyil. Yenə deyirəm, hökumətimiz şüurlu və ya şüursuz olaraq bu müharibənin qaçılmaz olması üçün hər şeyi etdi. Bu bir həqiqətdir”.

11
Teqlər:
baş nazir Nikol Paşinyan, erməni təxribatı, Tovuz, Ermənistan, Robert Köçəryan
DİN əməkdaşları Suqovşanda, arxiv şəkli

"Euronews" Suqovuşan kəndindən reportaj hazırlayıb

22
(Yenilənib 23:25 04.12.2020)
"Qarabağın göz yaşı və sevinci" adlanan reportajda yenidən kəndinə qayıdan Xaliq Hümbətov danışıb. O, Suqovuşanı 14 yaşında tərk etdiyini və gedərkən ermənilər tərəfindən atlarının əllərindən alındığını deyib

BAKI, 4 dekabr — Sputnik. "Euronews" bu dəfə işğaldan azad edilmiş Suqovuşan kəndindən reportaj hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Qarabağın göz yaşı və sevinci" adlanan reportajda yenidən kəndinə qayıdan Xaliq Hümbətov danışıb.

O, Suqovuşanı 14 yaşında tərk etdiyini və gedərkən ermənilər tərəfindən atlarının əllərindən alındığını deyib.

Qeyd edək ki, Azərbaycan Ordusu Suqovuşanı 3 oktyabrda işğaldan azad edib.

22

Göyçaylı xəstəni polis küçədə tutdu

0
Məmmədov evdə özünü təcrid etməli olduğu halda karantin qaydalarını pozaraq ictimaiyyət arasına çıxıb. Polis əməkdaşları tərəfindən onun olduğu yer müəyyən olunub və yaşadığı ünvana göndərilib

 

BAKI, 5 dekabr — Sputnik. Göyçay şəhər sakini Xasi Məmmədov COVID-19 virusunun daşıyıcısı olduğu üçün ev şəraitində müalicəyə cəlb olunub.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, ancaq o, evdə özünü təcrid etməli olduğu halda karantin qaydalarını pozaraq ictimaiyyət arasına çıxıb. Polis əməkdaşları tərəfindən onun olduğu yer müəyyən olunub və yaşadığı ünvana göndərilib.

X.Məmmədov barəsində Göyçay RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

0
Teqlər:
polis, karantin, qayda pozuntusu, xəstə, Koronavirus, Göyçay
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar