QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan ordusunun qərargahına zərbələr endirildi

© Photo : mod.gov.azMüdafiə naziri müdafiənin ön xəttində yerləşən bölmələrdə olub
Müdafiə naziri müdafiənin ön xəttində yerləşən bölmələrdə olub - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan silahlı qüvvələrinin dayaq məntəqələrinin qərargahına cavab zərbəsi endirilib

BAKI, 2 mart — Sputnik. Martın 1-i axşam saatlarında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız tərəfindən atəşlə cavab zərbəsi endirilib. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Qeydə alınan videogörüntüdə qərargah qarşısındakı hərbi nəqliyyat vasitələrinin və şəxsi heyətin məhv edilməsinin aydın görünməsinə baxmayaraq erməni tərəfi onlarla itkisinin sayını inadla gizlətməyə çalışır. Bütün cəbhə boyu əməliyyat şəraitinə qoşunlarımız tam nəzarət edir.

Xəbər lenti
0