Стрельба из миномета, фото из архива

Dağlıq Qarabağda Ermənistan ordusunun əsgəri ölüb

29
(Yenilənib 00:36 02.03.2017)
Hadisə cəbhənin Xocavənd istiqamətində baş verib

BAKI, 1 mart — Sputnik. Dağlıq Qarabağda düşmənin növbəti təxribatının qarşısı alınarkən 1 erməni əsgəri öldürülüb.

Sputnik Ermənistan-ın verdiyi məlumata görə, ölən şəxs 1980-ci təvəllüdlü Nver Babacanyandır.

Onun qəlpə yarasından öldüyü bildirilir.

Hadisə cəbhənin Xocavənd istiqamətində baş verib.

29
Şuşa şəhəri, arxiv şəkli

Şuşada yeni məktəb tikiləcək

16
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

 

BAKI, 8 may — Sputnik. Prezident İlham Əliyev Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 3,0 (üç) milyon manat vəsait ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

16

Şuşa ilə bağlı daha bir yeni video yayıldı

15
(Yenilənib 18:36 08.05.2021)
Müdafiə Nazirliyi "Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı" adlı sənədli film hazırlayaraq təqdim edib.

Müdafiə Nazirliyi tərəfindən "Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı" adlı sənədli film hazırlanıb.

Sputnik Azərbaycan filmi əsərini təqdim edir.

Qeyd edək ki, Şuşa 1992-ci il mayın 8-də Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunub. 8 noyabr 2020-ci ildə isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

15
Taxıl biçini, arxiv şəkli

Taxıl biçini başlayacaq - Kombaynlara GPS qoşulur

0
(Yenilənib 23:29 08.05.2021)
May ayının sonundan etibarən Azərbaycanda taxıl biçininə başlanılacaq. Hazırda biçinə cəlb ediləcək kombaynlar üzərində sazlama işləri aparılır.

BAKI, 8 may — Sputnik. May ayının sonundan etibarən Azərbaycanda taxıl biçininə başlanılacaq. Bununla əlaqədar "Aqroservis" ASC tərəfindən biçinə hazırlıq işlərinin əsas mərhələsinə start verilib.

Sputnik Azərbaycan xəbər verir ki, hazırda biçinə cəlb ediləcək kombaynlar üzərində sazlama işləri aparılır. Bütün rayonlar üzrə mövcud kombaynlara texniki baxış keçirilir, nasaz vəziyyətdə olan texnikalarda təmir işləri həyata keçirilir.

Həmçinin, biçin zamanı düzgün dislokasiya planının qurulması üçün kombaynlar GPS nəzarət sistemi ilə təchiz edilir. Bu innovativ nəzarət sistemi biçin zamanı düzgün dislokasiya yaradılması, operativliyin təmin edilməsi, prosesə nəzarət edilməsi və şəffaf idarəetmə mexanizminin qurulmasına imkan yaradır.

Qeyd edək ki, taxıl biçininə hazırlıqların ilkin mərhələsində cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi məqsədilə kombaynları idarə edəcək mexanizatorlara ödənişsiz təlimlər keçirilib. Müxtəlif markalı kombaynlar üzrə ümumlikdə 263 mexanizator təlimlərdə iştirak edib. Təlimlərdə yüksək nəticə əldə edən mexanizatorlar sertifikat ilə təmin ediliblər.

0