Cəbhə bölgəsi

"Ermənistanın verdiyi itkilər arasında xaricdən gətirilən muzdlular çoxluq təşkil edir"

253
(Yenilənib 13:19 01.03.2017)
Azərbaycan Müdafiə Nazirliyi: "Düşmənin manevr edən zirehli texnikası müvafiq bölmələrimiz tərəfindən vaxtında aşkar edilərək dərhal məhv edilib"

BAKI, 1 mart — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi (MN) Xocavənd istiqamətində qoşunlarımız tərəfindən Ermənistan silahlı qüvvələrinə qarşı SPIKE tipli tank əleyhinə idarə olunan raketin tətbiq edilməsi barədə erməni mətbuatının yaydığı məlumata cavab verib. MN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən daxil olan açıqlamada deyilir:

"Qoşunlarımız sərəncamında olan müasir silahlardan istənilən ən bütün cəbhə boyu istifadə etmək hüququna malikdir və düşmənin fəaliyyətinin qarşısını almaq imkanındadır. Fevralın 28-də Ermənistan silahlı qüvvələrinin bölmələri öz mövqelərini möhkəmləndirmək məqsədilə zirehli texnikanı ön xəttə çıxarmağa cəhd göstərib. Düşmənin manevr edən zirehli texnikası müvafiq bölmələrimiz tərəfindən vaxtında aşkar edilərək dərhal məhv edilib. Son günlər düşmənin verdiyi onlarla itkilər arasında xaricdən gətirilən erməni əsilli muzdlular çoxluq təşkil etdiyindən qarşı tərəf bu rəqəmləri məqsədyönlü şəkildə gizlədir".

253
Teqlər:
muzdlu, MN, Müdafiə Nazirliyi, Ermənistan, Azərbaycan
Əlaqədar
Erməni hərbçiləri minaatanları işə salıblar
NATO baş katibi Azərbaycan və Ermənistana müraciət edib
Müdafiə Nazirliyi Ermənistanın daha bir yalanını ifşa etdi
Ermənistan Xocalı soyqırımı ərəfəsində qəsdən təxribatlar törədir
Türkiyə XİN Ermənistanın Azərbaycana qarşı ağır silahlarla hücumunu qınayıb
Nazir müavini: “Müharibə başlasa, məsuliyyət Ermənistanın üzərinə düşəcək”
Vüqar Muradov

Əsgərlərin ölümü indiyəcən gözümün önündən getmir: Muradov qələbəmizi fərqli yaşayır

338
(Yenilənib 00:18 30.11.2020)
Vüqar Muradov etiraf edib ki, ön cəbhədə olarkən öz peşəsi barədə tamamilə unudub və əsgərlərə kömək etmək üçün əlindən gələni edib – yemək bişirib, bərbərlik edib, hətta sürücü kimi də çalışıb

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 30 noyabr - Sputnik. İndiyədək əsgərlərin ölüm səhnəsi gözümün önündən getmir, ona görə də Qələbəyə ürəkdən sevinmək alınmır. Bunu Sputnik Azərbaycan-a  müsahibəsində tanınmış müğənni, “yeni ulduz” müsabiqəsinin qalibi Vüqar Muradov deyib. Vüqar Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı başlayanda könüllü olaraq cəbhəyə yollanmışdı.

Muradov danışır ki, könüllü yazılmazdan öncə öz rayonunun hərbi komissarlığından bildiriş gözləsə də o sənəd heç cür gəlməyib. Ona görə də İkinci Qarabağ müharibəsi başlayandan bir neçə gün sonra müğənni özü hərbi komissarlığa gedib.

Посмотреть эту публикацию в Instagram

Публикация от VÜQAR MURADOV BARİTON (@vuqar_muradov_bariton)

“Cəbhəyə getmək istəyənlərin sayı çox idi. Oturub məni çağıracaqlarını gözləyə bilməzdim. Hərbi komissarlığın əməkdaşlarından xahiş elədim ki, adımı siyahıda birinci yazsınlar ki, məni cəbhəyə tez göndərsinlər. Onlar bunu etmək istəmirdilər. Amma mən dedim ki, əgər göndərməsələr, özüm gedəcəm, məni də heç kim saxlaya bilməyəcək. Sağ olsunlar ki, xahişimi yerə salmadılar”, - Muradov qeyd edir.

Müğənni etiraf edir ki, hərbi hissədəki əsgərlər onu görəndə xeyli təəccübləniblər. Onlar hesab ediblər ki, Muradov onlara mahnı oxuyaraq əhval-ruhiyyələrini yüksəltməyə gəlib.

Посмотреть эту публикацию в Instagram

Публикация от VÜQAR MURADOV BARİTON (@vuqar_muradov_bariton)

“Müharibə şou yeri deyil. Mən oraya oxumağa yox, döyüşməyə getmişdim. Orada öz sənətimi tamamilə unutdum, lazım olan hər şeyi eləməyə, köməklik göstərməyə çalışırdım. Həm sürücü oldum, həm əsgərlərə kabab çəkdim, həm ayrı yeməklər bişirdim, əsgərlərin başını qırxdım, saçını kəsdim, maşınlarını təmir elədim. Nə iş görməyin mənimçün fərqi yox idi. Bizim hər birimiz bir-birimizə kömək etməyə, bir-birimizin yolunda canından keçməyə hazır idik, halbuki heç tanış da deyildik”, - Muradov danışır.

Müğənni hər şeylə təmin olunmalarına rəğmən, cəbhəyə yemək və geyim göndərən Azərbaycan xalqına xüsusi münnətdarlığını bildirir.

İkinci Qarabağ müharibəsində qələbə qazanmağımıza baxmayaraq, Muradov deyir ki, ürəkdən sevinə bilmir. Birlikdə döyüşdüyü, çörək kəsdiyi əsgərlərin ölüm səhnələrini heç cür unuda bilmir.

“Gözlərimi yuman kimi sanki cəbhəyə qayıdıram. Yuxuda da özümü ön cəbhədə görürəm. Bunların hamısını yaşamaq çox çətindir. Müharibədə həmişə çətindir. Oradan tamamilə başqa adam kimi qayıtmışam. Allaha şükür, biz qalib gəldik, şəhidlərimizin ölümü hədər olmadı. Uzun illər işğal altında qalan torpaqlarımızı gördüm. O anlarda heç birimiz göz yaşlarımızı saxlaya bilmədik”, - müğənni danışır.

O etiraf edir ki, bir çox ölkələrdə olub, hər dəfə Qarabağ münaqişəsi barədə az da olsa məlumatı olan əcnəbilərlə söhbətində hiss edib ki, onlar azərbaycanlıları uduzmuş  xalq hesab ediblər. İndi isə Azərbaycan qalib dövlət olub.  

Muradov ümid edir ki, birlikdə döyüşdüyü əsgərlərlə tezliklə yenidən görüşəcək. Onların çoxu hələ evlərinə qayıtmayıb.

338
Teqlər:
Vüqar Muradov, Yeni ulduz, müğənni, döyüş, müharibə, ön cəbhə, Azərbaycan, Qarabağ
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə

Paşinyan Putinə niyə “yox” demişdi: erməni nazirin versiyası

68
Bir qədər öncə Rusiya Prezidenti bildirmişdi ki, oktyabrda danışıqlar zamanı Əliyevi məcburi köçkünləri Şuşaya qaytarmaq şərtilə Dağlıq Qarabağda müharibəni dayandırmağa razı sala bilib, ancaq Paşinyan bunun əleyhinə çıxıb

BAKI, 29 noyabr - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə oktyabrda, Dağlıq Qarabağ üzrə bəyannamənin imzalanmasından əvvəlki  telefon danışığının detallarını açılayıb.

Sputnik Azərbaycan bildirir ki, Paşinyan Putinlə “baş tutmayan” sövdələşmənin özünə məxsus versiyasını Facebook-da yazıb.

O qeyd edib ki, oktyabrın 19-da Qarabağdakı separatçıların rəhbəri Araik Arutyunyan zəng edərək müharibənin dayandırılmasının vaciblyini vurğulayıb. Bundan sonra Paşinyan Putinə zəng edib. O isə öz növbəsində bunun Rusiyanın təklifləri əsasında gerçəkləşdiriməsini təklif edib.

“Yəni status məsələsini bir tərəfə qoymaq, rayonları Azərbaycana qaytarmaq, rusiyalı sülhməramlıları yerləşdirmək. Mən dedim ki, sülhməramlıları Dağlıq Qarabağın əvvəlki “sərhədləri” və Laçın dəhlizi boyunca yerləşdirmək lazımdır. O razı oldu, danışdıq ki, məsləhətləşmədən sonra mən bir də zəng edəcəm”, - Paşinyan yazıb.

Onun sözlərinə görə, sabahı gün Putin ona yenidən zəng edib və Azərbaycan Prezidenti İlham Əliyevin müharibəni dayandırmağa razı olduğunu, ancaq sülhməramlıların Dağlıq Qarabağın “sərhədləri” boyu yox, mövcud təmas xətti boyu yerləşdirilməsini tələb edib, çünki Bakı Hadrut və Talışdan geri çəkilməyəcəyini bəyan edib.

“Erməni tərəfi azərbaycanlıların Şuşaya qaytarılması məsuliyyətini də boynuna götürməliydi. Beləliklə, sülh alınmadı, çünki mən dedim ki, Hadrut məsələsində razılaşsam da, Şuşanın Azərbaycana təhvil verilməsini mümkün hesab eləmirəm”, - yazan erməni nazir qeyd edib ki, Putin bu qərara təəccüblənib.

“Mən öz fikirlərimi deyəndə Putin dedi ki, bu, məntiqlidir və bəzi detallardan xəbərsizdir”, - Paşinyan yazıb. Onun fikrincə, Yerevan Şuşanı təhvil versəymiş, Bakı yeni şərt – Qırmızı Bazar – Şuşa yolunu nəzarətə götürməyi – irəli sürəcəkmiş.

Bir qədər öncə Rusiya Prezidenti bildirmişdi ki, oktyabrda danışıqlar zamanı Əliyevi məcburi köçkünləri Şuşaya qaytarmaq şərtilə Dağlıq Qarabağda müharibəni dayandırmağa razı sala bilib, ancaq Paşinyan bunun əleyhinə çıxıb. Onun sözlərinə görə, Ermənistanın baş naziri bu şərtin onun ölkəsinə və Qarabağa təhlükə olduğunu deyib. Putin ermənilərin niyə bunda təhlükə gördüyünü anlamadığını deyib və beləliklə danışıqlar iflasa uğrayıb.

68
Teqlər:
telefon danışığı, Vladimir Putin, Nikol Paşinyan, Ermənistan, Rusiya, Azərbaycan, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Co Bayden, arxiv şəkli

Baydendən qadınlara "yaşıl işıq"

0
(Yenilənib 11:57 30.11.2020)
ABŞ tarixində ilk dəfə Ağ Evin mətbuat və ictimaiyytələ əlaqələr xidməti yalnız qadınlardan ibarət olacaq.

BAKI, 30 noyabr — Sputnik. ABŞ-ın növbəti prezidenti seçilən Co Bayden ölkə tarixində ilk dəfə Ağ Evin mətbuat xidmətinin tamamilə qadınlardan ibarət olacağını bildirib və heyət üzvlərinin adlarını açıqlayıb. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadla yaydığı xəbərə görə, Bayden öz açıqlamasında mətbuat xidmətinin üzvlərini "müxtəlif, istedadlı və təcrübəli" şəklində xarakterizə edib.

O, "Amerika xalqı ilə birbaşa və düzgün formada əlaqə qurmaq prezidentin ən vacib vəzifələrindən biridir və bu komandaya Amerika xalqı ilə Ağ Ev arasında əlaqə yaratmaq kimi məsuliyyətli iş həvalə ediləcək", - deyə qeyd edib.

ABŞ-ın yeni prezidenti Co Bayden və vitse-prezidenti Kamala Harris Cen Psakinin Ağ Evin mətbuat katibi təyin olunduğunu bildiriblər. O hazırda mətbuat və ictimaiyyətlə əlaqələr komandasını toplamaqla məşğuldur. Qeyd edək ki, Psaki Obama administrasiyası dövründə də Ağ Evdə ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri və bu sahədə başqa məsul vəzifələrdə işləyib.

Baydenin seçki kampaniyasının rəhbərinə müavinlik edən Keyt Bedinfild isə indi Ağ Evin ictimiyyətlə əlaqələr departamentinin direktoru olacaq. Komandanın qalan bütün üzvləri də qadınlardan ibarətdir.

0
Teqlər:
ABŞ prezidenti, Ağ Ev, Co Bayden