QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan Silahlı Qüvvələri şəhid verdi

Abunə olmaq
Düşmənlə döyüş toqquşmasında yaralanan əsgər hərbi tibb müəssisəsinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb

BAKI, 28 fev — Sputnik. Düşmən təxribatı nəticəsində yaralanan hərbi qulluqçumuz şəhid olub. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində düşmənlə döyüş toqquşmasında yaralanan əsgər Əhmədov Elvin Süleyman oğlu hərbi tibb müəssisəsinə çatdırılsa da, bütün təxirəsalınmaz tədbirlərin görülməsinə və həkimlərin səyinə baxmayaraq aldığı həyatla uzlaşmayan yara səbəbindən şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Xəbər lenti
0