Eyfel qülləsi

Fransadan mesaj: Dağlıq Qarabağla bağlı bu status-kvo qəbuledilməzdir

195
(Yenilənib 12:14 26.02.2017)
Didye Şode: "Azərbaycan istəsə, günü sabah Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğaldan azad edə bilər"

BAKI, 25 fev — Sputnik. Azərbaycan istəsə, günü sabah Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğaldan azad edə bilər.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Parisdə, Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində keçirilən "Qafqaz dövlətləri: Fransanın geosiyasi və maraq məkanları" mövzusunda konfransda Xarici Siyasət Təhlil Mərkəzinin (CAPE) nəşr direktoru, geosiyasət üzrə ekspert Didye Şode deyib. 

Qafqaz məkanında baş verən hadisələri təhlil edən D.Şode Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə geniş yer ayırıb.


D.Şode Azərbaycanın hərbi imkanlarından söz açıb, onun hərbi büdcəsini Ermənistanın dövlət büdcəsi ilə müqayisə edib. O, həmçinin münaqişənin hazırkı vəziyyəti haqqında məlumat verərək, dünya dövlətlərinin, xüsusilə də Qərbin laqeydliyinə, Minsk qrupunun zəif fəaliyyətinə və bəzi ölkələrin ikili yanaşmasına toxunub. Ekspert real vəziyyətin Ermənistanın müstəqil olmadığını göstərdiyini bildirib.

Qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo Azərbaycan üçün qəbuledilməzdir və bu vəziyyət belə davam edə bilməz.

D.Şode 2016-cı ilin aprelində erməni təxribatı nəticəsində yaranan 4 günlük müharibənin Azərbaycanın nəyə qadir olduğunu bir daha aydın göstərdiyini vurğulayıb.

  

O əlavə edib ki, Azərbaycan hər an işğal altındakı torpaqlarını azad etməyə qadirdir.

Ekspert Dağlıq Qarabağ münaqişəsinin həlli üçün böyük dövlətlərin təzyiqinin vacib olduğunu qeyd edib.

Sonra müzakirələr aparılıb və konfransda iştirak edən tədqiqatçılar suallarla müraciət edib, öz fikirlərini bölüşüblər. Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov müzakirələrə qoşularaq Xocalı soyqırımının törədilməsinə Ermənistanın indiki prezidenti Serj Sarkisyanın əmr verdiyini söyləyib. O, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonun qəbuledilməz olduğunu vurğulayıb.

195
Teqlər:
səfir Elçin Əmirbəyov, Minsk Qrupu, Serj Sarkisyan, Dağlıq Qarabağ, Ermənistan, "Qafqaz dövlətləri: Fransanın geosiyasi və maraq məkanları" mövzusunda konfrans, Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzi, Didye Şode, Paris, Fransa
Əlaqədar
Azərbaycan Prezidenti Fransa nümayəndə heyətini qəbul edib
Azərbaycan və Fransa universitetləri əməkdaşlığa başladı
Fransa və Almaniya prezidentləri Serj Sarkisyana nə yazıblar?
Fransa Senatından bəyanat: Ermənistan Azərbaycanın 7 rayonundan çıxmalıdır
Səfir: Fransa Azərbaycanı dəstəkləyir və qondarma "DQR"i tanımır
Partlayış, arxiv şəkli

Ermənistanın səkkiz "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib-VİDEO

126
(Yenilənib 23:51 30.09.2020)
Müdafiə Nazirliyi: Bu gün axşam saatlarında keçirilən döyüş əməliyyatları nəticəsində düşmənin 8 ədəd "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib.

BAKI, 30 sentyabr — Sputnik. Azərbaycan Ordusunun bölmələrinin bu gün axşam saatlarında keçirdiyi döyüş əməliyyatları nəticəsində düşmənin 8 ədəd "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik daha öncəki məlumatında bildirmişdi ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən saat 17:30-dək düşmənin 2 ədəd "OSA-AKM" zenit-raket kompleksinin döyüş maşını, 1 ədəd BM-21 "Uraqan" yaylım atəşli reaktiv sistemi, 4 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 4 ədəd "D-20" haubitsa-topu, 16 ədəd tank, 1 ədəd piyadanın döyüş maşını və şəxsi heyətlə 2 ədəd yük maşını məhv edilib və sıradan çıxarılıb.

126
Toçka-U taktiki raket kompleksinin buraxılışı, arxiv şəkli

Ermənistan "Toçka-U" taktiki raket kompleksini tətbiq edib

119
(Yenilənib 22:09 30.09.2020)
Düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz olması səbəbindən atılan raketlərdən üçü partlamayıb.

BAKI, 30 sentyabr — Sputnik. Bir müddət əvvəl Ermənistan silahlı qüvvələri "Toçka-U" taktiki raket kompleksini tətbiq edib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

"Düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz olması səbəbindən atılan raketlərdən üçü partlamayıb", - məlumatda vurğulanıb.

119
Jalə Həsənli, arxiv şəkli

Ermənilərin "özəlləşdirdiyi" aparıcı: Damarlarımda Azərbaycan türkünün qanı axır

0
Jalə Həsənli: "Bizim torpaqlarımızı, yeməklərimizi, musiqimizi özəlləşdirmək istədikləri azmış kimi, indi də məni "özəlləşdirmək" istəyirlər".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 30 sentyabr — Sputnik. Ermənistanın informasiya müharibəsi qəribə məcrada davam edir. Sputnik Azərbaycan xəbər verir ki, ermənilərin sosial şəbəkələrdə yayılan daha bir "fake" məlumatında bir neçə gün öncə xalqımıza cəbhədən gələn sevindirici qələbə xəbərini çatdıran İTV-nin xəbər aparıcısı Jalə Həsənlinin Ermənistanın İctimai televiziyasının aparıcısı olduğu irəli sürülüb.

Fake məlumatda bildirilib ki, "erməni aparıcı" Qarabağ ətrafındakı münaqişə zamanı ölənlərin siyahısını oxuyarkən göz yaşlarına hakim ola bilməyib. Məsələ ilə bağlı İTV-nin xəbər aparıcısı Jalə Həsənli Sputnik Azərbaycan-a açıqlamasında ermənilər tərəfindən "özəlləşdirilməsini" belə ifadə edib:

"Abırsızlığın, üzsüzlüyün son həddidir bu. Bizim torpaqlarımızı, yeməklərimizi, musiqimizi özəlləşdirmək istədikləri azmış kimi, indi də məni "özəlləşdirmək" istəyirlər. Heç nəyi olmayan bədbəxt millətdir, təəccüblənmirəm. Mənim damarlarımda Azərbaycan türkünün qanı axır. Bu qanı daşımaq, azərbaycanlı olmaq bir şərəfdir!"

Bildirək ki, sosial şəbəkələrdə Jalə Həsənlinin "erməni" kimi təqdimatı yumorla qarşılanıb.

Qeyd edək ki, Azərbaycanın İctimai televiziyasının aparıcısı Jalə Həsənli işğal altındakı bir sıra strateji yüksəkliklər, kəndlərin düşməndən azad olunması xəbərini izləyicilərə çatdırarkən göz yaşlarını saxlaya bilməyib.

0