Snayper

Mövqelərimiz snayper tüfənglərindən atəşə tutuldu

12
Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb

BAKI, 22 fev — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan, snayper tüfənglərindən və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 42 dəfə pozub.

Sputnik Azərbaycan-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Kəmərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Qaraqaşlı, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

12
Teqlər:
Atəşkəsin pozulması, Ermənistan Silahlı Qüvvələri, Ermənistan Respublikası, Berd rayonu, Ağdam rayonu, Xocavənd rayonu, Cəbrayıl rayonu, Goranboy rayonu, Füzuli rayonu
Əlaqədar
Atəşkəs rejimi 31 dəfə pozulub
Ermənistan atəşkəsi pozmaqda davam edir
Atəşkəs pozulması halları artır
Xankəndi şəhərinə mənzərə, arxiv şəkli

"Xankəndi necə Stepanakert oldu" - VİDEOÇARX

9
(Yenilənib 23:56 23.11.2020)
Beynəlxalq internet məkanında, sosial şəbəkələrdə 10 dildə yayımlanacaq videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib.

BAKI, 23 noyabr — Sputnik. Dövlət Tərcümə Mərkəzi qədim Xankəndinin tarixindən, Rusiya və İran arasında bağlanmış 1828-ci il tarixli Türkmənçay müqaviləsinə əsasən, Dağlıq Qarabağa köçürülmüş ermənilərin uzun illər boyu Azərbaycanın bu əzəli torpaqlarında apardığı erməniləşdirmə siyasətindən bəhs edən "Xankəndi necə Stepanakert oldu" adlı sənədli videoçarx hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, beynəlxalq internet məkanında, sosial şəbəkələrdə ingilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrayna, ispan və alman dilində yayımlanacaq videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib.

9
Teqlər:
kütləvi informasiya vasitələri, ingilis, ərəb, fars, Dağlıq Qarabağ, Azərbaycan, sosial şəbəkələr, Xankəndi

Prezident İlham Əliyevin Ağdam səfəri FOTOlarda

20
(Yenilənib 23:04 23.11.2020)
Azərbaycanın dövlət başçısı ilk dəfə olaraq noyabrın 20-də işğaldan azad olunmuş Ağdam şəhərində olub.

Xəbər verildiyi kimi, noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.

Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

Ağdam rayonu Ermənistan silahlı qüvvələri tərəfindən noyabrın 20-də üçtərəfli bəyanatın şərtlərinə əsasən azad edilib.

Rayon 1993-cü il iyulun 23-də işğal edilmişdi. 

20
  • © Official website of President of Azerbaijan Republic

    Prezident İlham Əliyev işğaldan azad edilmiş Ağdam şəhərində dövlət bayrağını qaldırır

  • © Official website of President of Azerbaijan Republic

    Prezident İlham Əliyev işğaldan azad edilmiş Ağdam şəhərində dövlət bayrağını qaldırır

  • © Official website of President of Azerbaijan Republic

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində

  • © Official website of President of Azerbaijan Republic

    Prezident İlham Əliyev işğaldan azad edilmiş Ağdam şəhərində

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərindəki Cümə məscidində

    Birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərindəki Cümə məscidində

  • © Official website of President of Azerbaijan Republic

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərindəki Cümə məscidində

  • © Official website of President of Azerbaijan Republic

    Prezident İlham Əliyev işğaldan azad edilmiş Ağdam şəhərindəki Cümə məscidində

  • © Official website of President of Azerbaijan Republic

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərindəki Cümə məscidində

  • © Official website of President of Azerbaijan Republic

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərindəki Cümə məscidində

  • © Official website of President of Azerbaijan Republic

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində

  • © Official website of President of Azerbaijan Republic

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində

Kafe restoranlarda karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq

0
(Yenilənib 23:47 23.11.2020)
İctimai iaşə müəssisələrində COVİD-19-la əlaqədar karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq.

BAKI, 24 noyabr - Sputnik. “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarına edilən dəyişikliyə əsasən hər bir ictimai iaşə müəssisəsi tərəfindən karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs müəyyənləşməlidir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib. 

Dəyişikliyə əsasən, karantin tələbləri üzrə əlaqələndirici (məsul) şəxs funksiyaları ictimai iaşə müəssisəsinin işçilərindən birinə həvalə edilir. Bu təyinat müəssisədaxili rəsmiləşdirilməlidir.

Həmin məsul şəxs epidemiya əleyhinə mövcüd tələblərin müəssisədə tətbiqinin təşkili, bu tələblərin yerinə yetirilməsinə yerində nəzarəti həyata keçirməklə bərabər nəzarətedici dövlət qurumları ilə qarşılıqlı fəaliyyətdə əlaqələndirici olacaq, müəssisənin işçilərini təlimatlandıracaq, dezinfeksiya tədbirlərini təşkil edəcək, bu tədbirlərin müəssisədaxili qeydiyyat formaları və cədvəllərini tərtib edəcək, icrasına müəssisə daxilində nəzarət edəcək.

Məsul şəxs koronavirusla (COVID-19-la) mübarizə ilə bağlı xəbərdaredici məlumatların qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə çatdırılmasını təmin etməlidir. Eyni zamanda məsul şəxs bütün təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq qeydiyyatının aparılması üçün gündəlik müntəzəm nəzarət formalarını, habelə keyfiyyətə nəzarət cədvəllərini tərtib etməli və onların icrasına nəzarəti həyata keçirməlidir.

0