Müdafiə Nazirliyi

Erməni hərbçilərinin təxribatının qarşısı belə alındı

457
(Yenilənib 10:22 22.02.2017)
Hazırda bütün cəbhə boyu əməliyyat şəraitinə bölmələrimiz tərəfindən tam nəzarət edilir

BAKI, 21 fev — Sputnik. Fevralın 21-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək üçün mövqelərimizə basqın etməyə cəhd göstərib.

Sputnik Azərbaycan-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, düşməni daim izləyən bölmələrimiz tərəfindən onun fəaliyyəti əvvəlcədən aşkar edilərək qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib və hazırda bütün cəbhə boyu əməliyyat şəraitinə bölmələrimiz tərəfindən tam nəzarət edilir.

457
Teqlər:
Atəşkəsin pozulması, Ermənistan Silahlı Qüvvələri, Azərbaycan Silahlı Qüvvələri, Dağlıq Qarabağ, Ermənistan
Əlaqədar
Düşmən yenidən təxribata əl atıb
Düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Erməni təxribatı baş tutmadı və ədalət öz yerini tapdı

Əliyev Ərdoğan Müttəfiqlik haqqında Bəyannaməni imzaladılar

10
(Yenilənib 14:31 16.06.2021)
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəfə Azərbaycanın Şuşa şəhərində görüşüblər. Dövlətlərarası sənədlərin imzalanmasını və daha ətraflı Sputnik Azərbaycanda izləyə bilərsiniz.

 

İki lider arasında danışıqlar Şuşada baş tutub və "Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi" imzalanıb. Ərdoğan Azərbaycan şəhərində Türkiyənin baş konsulluğunu açmağı planlaşdırır.

"Qardaşım Əliyevin uzaqgörən liderliyi və Müzəffər Ali Baş Komandanlığı ilə azadlığına qovuşan Qarabağın yenidən dirçəldilməsi işlərini yaxından izləyirik", - Ərdoğan qeyd edib.

"Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır.

Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir", - Prezident Əliyev bildirib.

 

10
Mövzu:
Ərdoğanın Azərbaycana, Şuşaya səfəri
Füzuli hava limanının tikintisi

Füzuli aeroportunda ilk sınaq uçuşunun keçiriləcəyi tarix açıqlanıb

1218
İşğaldan azad edilmiş ərazilərdə tikiləcək hava limanlarından biri olan Füzuli aeroportunda işlər sürətlə sona yaxınlaşır.

BAKI, 16 iyun — Sputnik. Füzuli rayonunda səfərdə olan media nümayəndələri Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

"Report"un məlumatına əsasən, AZAL-ın nümayəndəsi Valeh Əmiraslanov jurnalistlərə açıqlamasında bildirib ki, Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşun sentyabrın 5-də keçirilməsi planlaşdırılır:

"Yanvar ayının 14-də başlayan işlər çərçivəsində geniş fizolajlı hava gəmilərinin qəbul olunması üçün uzunluğu 3 km, eni 60 m olan uçuş enmə zolağının torpaq yatağı tamamlanıb. Hazırda əsas layın asfalt beton örtüyünün salınması işləri davam etdirilir. Sahəsi 60 min kvadrat metr olan 8 hava gəmisini saxlaya biləcək peronun tikintisinin torpaq yatağı tamamlanmaq üzrədir. Terminal binasında dəmir beton konstruksiya işləri 100 faiz tamamlanıb. Dəmir beton konstruksiyanın quraşdırılma prosesi gedir. Italiya istehsalı olan dam örtükləri a rtıq Azərbaycana gətirilib, Türkiyədən sifariş olunan fasad elementləri gətirilmək üzrədir".

O bildirib ki, hava hərəkətinin təmin edilməsi üçün qüllənin tikintisinin dəmir beton konstruksiyasının işlərinin 1 həftə ərzində yekunlaşdırlması planlaşdırılır:

"İstifadə olunan avadanlıqların hamısı avropa istehsalıdır və testdən keçirilərək Bakıya gətirilib. Bu sahədə beton özüllərin quraşdırılması isə bu ayın sonuna planlaşdırılır. Uçuş enmə zolağında tikinti işləri sentyabrın 5-nə kimi tamamlanacaq".

Füzuli beynəlxalq hava limanı

2020-ci il noyabrın 26-da Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ICAO-nun Füzulidəki hava limanı da daxil olmaqla 6 hava limanının beynəlxalq yer indeksləri kataloquna daxil edilməsi barədə Dövlət Mülki Aviasiya Agentliyinin müraciətini təmin etdiyini bildirib.

2021-ci ilin yanvarında Azərbaycan Prezidenti Füzulidə beynəlxalq hava limanının tikintisi barədə sərəncam verib. Gələcək hava limanının təməlqoyma mərasimi həmən ilin yanvar ayının 14-də baş tutub.

Köhnə aeroportun yerində tikilən Füzuli beynəlxalq hava limanında uçuş-enmə zolağının inşası ilə bu sahədə böyük təcrübəsi olan "AzVirt" MMC məşğul olur. Hava limanının tikintisi yanvar ayında başlayıb. Plana əsasən ilin sonuna kimi uçuş-enmə zolağı, eləcə də peron istifadəyə veriləcək. Yeni hava limanının uçuş-enmə zolağının uzunluğu 3 000 metr olacaq.

1218
Enerji məsələləri üzrə ekspert, fəlsəfə doktoru Emin Axundzadə

Ekspert Azərbaycan qaz ixracatındakı artımın səbəblərini açıqlayır

0
(Yenilənib 16:51 16.06.2021)
Energetika üzrə ekspert, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru Emin Axundzadə deyir ki, bütün bunlar hasilatın artımı ilə yanaşı ixracın artmasına da səbəb ola bilər
Emin Axundzadə: “Hasilatın ildən-ilə artdığını müşahidə edirik”

Bu ilin yanvar-may aylarında Azərbaycan 1 335 749,12 min ABŞ dolları dəyərində 9 174 562,13 min kubmetr təbii qaz ixrac edib. Bu ilin ilk beş ayı ərzində Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 28,6%, həcmi isə 68% artıb.

Energetika üzrə ekspert, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru Emin Axundzadə Sputnik Azərbaycan-a deyir ki, qaz ixracında artımın səbəbi 2020-ci ilin sonunda TAP boru kəmərinin istismara verilməsi və bu çərçivədə Azərbaycan qazının Avropa bazarına nəqlinə başlanmasıdır: “Digər tərəfdən Şahdəniz-2 layihəsi vasitəsilə 2018-ci ilin iyunundan kommersiya məqsədli təbii qazın nəqlinə başlandı. Hazırda bu layihə çərçivəsində hasilatın ildən-ilə artdığını müşahidə edirik. Digər tərəfdən 2020-ci ilin mayından Ümid yatağında iki quyunun qazılmasına başlandı. Bununla həmin yataqda hasilatın 50 faiz artacağı gözlənilir. Bütün bunlar hasilatın artması ilə yanaşı ixracın artması ilə də nəticələnə bilər”.

Emin Axundzadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0