Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin Cəbrayılın işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfəri təşkil edilib

Səfirlər Cocuq Mərcanlıda oldular

262
Səfər çərçivəsində diplomatlar Cocuq Mərcanlının yeganə sakinləri olan Həziyevlər ailəsinə də baş çəkiblər

Ramil İbrahimov, Sputnik Azərbaycan

Bu gün xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin nümayəndələrinin Cəbrayılın işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfəri təşkil edilib. Səfər Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə həyata keçirilib. 

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, 60 ölkənin nümayəndələrinə 23 il əvvəl işğal edilmiş kəndin dağıdılması barədə məlumat verilib. Xarici diplomatlar ANAMA-nın hərbi sursatla çirklənmiş Cocuq Mərcanlı kəndi ərazisində həyata keçirdiyi təmizləmə əməliyyatları ilə tanış olublar. İlkin mərhələdə 10 ha ərazidə həyata keçirilən təmizləmə əməliyyatlarının 60%-i artıq başa çatıb. ANAMA tərəfindən təmizləndiyinə təminat verilən yerlərdə artıq ilkin inşaat işləri aparılır. 50 yerlik məktəb binasının təməlinin hazırlaması üçün qazıntı işlərinə başlanıb.

  • Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin Cəbrayılın işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfəri təşkil edilib
    Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin Cəbrayılın işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfəri təşkil edilib
    © Sputnik / Ramil Ibrahimov

1 / 4
© Sputnik / Ramil Ibrahimov
Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin Cəbrayılın işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfəri təşkil edilib

Səfər çərçivəsində xarici qonaqlar Cocuq Mərcanlının yeganə sakinləri olan Həziyevlər ailəsinə də baş çəkiblər. Qonaqlara ərazinin tamamilə hərbi sursatlardan təmizlənməsi prossesinin yaxın iki ay ərzində başa çatacağı bildirilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, ilkin mərhələdə kənddə 50, sonra daha 150 evin inşasına başlanacaq. Komitə sədri bunu böyük qayıdışın başlanğıcı kimi qiymətləndirib. 

262
Teqlər:
təmizləmə əməliyyatları, Həziyevlər ailəsi, ANAMA, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Əli Həsənov, Cəbrayıl rayonu, Cocuq Mərcanlı, Azərbaycan
Mövzu:
Böyük qayıdışın başlanğıcı (7)
Əlaqədar
Rusiyadakı azərbaycanlı iş adamı Cocuq Mərcanlıya 3 milyon manat ayırdı
Möhtəşəm dönüşün başlanğıc nöqtəsi — Cocuq Mərcanlı
Hikmət Hacıyev: “Cocuq Mərcanlı tamamilə Azərbaycan ordusunun nəzarətindədir”

Füzuli rayonunun ən füsunkar kəndlərindən birinin videosu yayıldı

1453
(Yenilənib 11:56 09.03.2021)
Şişqayanın ətəyində yerləşən Gorazıllı kəndi Füzuli rayonunun ən gözəl kəndlərindən biridir. Kənd 1993-cü il iyulun 2-də işğal edilmişdi.

Füzuli rayonunun Gorazıllı kəndindən videogörüntülər yayılıb. Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir.

Bu kəndin tarixi XVIII-XIX əsrlərə gedib çıxır. Füzuli rayonunun Gorazıllı kəndi 1993-cü il iyulun 2-də işğal edilib. Kənd işğal edilən gün 21 nəfər dinc sakin girov götürülüb. Onlardan bir neçəsi girovluqda vəfat edib.

9 oktyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmən işğalından azad edilib.

Şişqayanın ətəyində yerləşən Gorazıllı kəndi Füzuli rayonunun ən gözəl kəndlərindən biridir.

Kənd əhalisi əsasən üzümçülüklə məşğul olub. SSRİ dönəmində burada "Qafqaz" üzümçülük sovxozu fəaliyyət göstərib.

1453
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli

Millət vəkili: “Ermənistana qarşı təzminat davası dağıntılar ilə məhdudlaşmayacaq”

19
(Yenilənib 20:14 05.03.2021)
Milli Məclisin deputatı Əli Hüseynli deyir ki, tarix və mədəniyyət abidələrinin mühafizəsi, bununla da insanların mədəni hüquqlarının təmini tək o ölkələrin daxili qanunvericiliyi ilə deyil, həmçinin beynəlxalq hüquq normaları ilə tənzimlənir
Əli Hüseynli: “Erməni vandallığı 10 noyabr Bəyanatın qəbul olunmasından sonra da davam edib”

“Azərbaycan dövləti işğal dövründə vurulmuş ziyana görə təzminat almaqda israrlıdır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli bildirib.

“Erməni varvarları zəbt etdikləri Qarabağ torpaqlarını viran qoyub, bütün infrastrukturu məhv edib, evləri, binaları talayaraq yerlə-yeksan edib, xalqımızın tarixi, mədəni və mənəvi irsinə ağır zərbə vurublar. Bu vandallıq hətta 10 noyabr üçtərəfli Bəyanatın qəbul olunmasından sonra da davam edib. Həmin ərazilərdə iqtisadi aktivliyin dayanması ciddi ziyan kimi hesablanmalıdır. Bu baxımdan, Ermənistanın işğal altındakı ərazilərimizə vurduğu ziyan, sadəcə, onun birbaşa etdiyi dağıntılar ilə məhdudlaşmayacaq. Digər tərəfdən, tarix və mədəniyyət abidələrinin mühafizəsi, bununla da insanların mədəni hüquqlarının təmini tək o ölkələrin daxili qanunvericiliyi ilə deyil, həmçinin beynəlxalq hüquq normaları ilə tənzimlənir”, – deyə o bildirib.

Əli Hüseynlinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

19

cür qənaət edirsiniz?

0
0