Milli Məclis

Azərbaycan parlamentində Fransaya sərt etiraz

142
Azay Quliyev: "Azərbaycanın diplomatik qurumları Fransaya etiraz notası verməlidir"

BAKI, 14 fev — Sputnik. Fransa prezidenti Fransua Ollandın erməni diaspor nümayəndələri ilə görüşündə dediyi "Xalqlar öz müqəddəratını həll etməlidir" ifadəsi ermənilərin işğalçılıq siyasətinə xidmət edir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisin plenar iclasında millət vəkili Azay Quliyev deyib.

O bildirib ki, Fransa hər zaman Ermənistanı dəstəkləyib: "Ermənistanla ən sıx əlaqə quran dövlət Fransadır. Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edənlər arasında çoxluq təşkil edənlər də Fransa vətəndaşlarıdır".

Millət vəkili təklif edib ki, Azərbaycanın diplomatik qurumları Fransaya etiraz notası versin. Parlament sədri Oqtay Əsədov isə cavab olaraq deyib ki, əslində Fransua Ollandın çıxışının mətni tam yayımlanmayıb.

"Fransa prezidentinin çıxışı tam yazılmayıb. Onun dedikləri erməni mətbuatından götürülüb, təhriflər var. Amma razıyam ki, Fransa prezidenti ərazi bütövlüyü məsələsinə toxunmayıb, orada Madrid prinsipinin adı çəkilsə də, ərazi bütövlüyü məsələsindən danışılmayıb" — spiker vurğulayıb.

142
Teqlər:
diaspor, Azay Quliyev, Oqtay Əsədov, Fransua Olland, Milli Məclis, Fransa, millət vəkili, Azərbaycan, prezident
Əlaqədar
Sabah Milli Məclis toplanacaq
Milli Məclisin yaz sessiyasında bu qanun layihələrinə baxılacaq
Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilir
"Yaxın gələcəkdə Milli Məclis buraxılmayacaq"
Milli Məclisə təkrar seçkilərin nəticələri təsdiqləndi
Milli Məclisin növbədənkənar plenar iclası keçirilir
Milli Məclisin yeni deputatının adı açıqlandı