Aprel döyüşlərinə dağıdılmış ev, arxiv şəkli

Aprel döyüşləri vaxtı vurulan ziyanla bağlı məhkəməyə 700 ərizə göndərilib

27
Çingiz Əsgərov: "Avropa İnsan Haqları Məhkəməsi aprel döyüşləri vaxtı erməni tərəfinin vurduğu ziyanla bağlı göndərilən ərizələri icraata götürüb"

BAKI, 10 fev — Sputnik. Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə 2016-cı ilin aprel döyüşləri vaxtı erməni tərəfinin vurduğu ziyanla bağlı 700 ərizə göndərilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov bu gün Milli Məclisdə “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

PA rəsmisi bildirib ki, həmin işlər artıq icraata götürülüb.

27
Teqlər:
Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsinin müzakirəsi, Avropa İnsan Haqları Məhkəməsi, Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Milli Məclis, Çingiz Əsgərov, Azərbaycan
Əlaqədar
"Aprel döyüşləri bizim şanlı qələbəmizdir"
Aprel döyüşlərinin təkrarlanması ehtimalı getdikcə artır
Politoloq: Aprel hadisələri Ermənistanın daxili siyasətinə güclü təsir göstərib
Aprel döyüşlərində iştirak edənlərlə görüş keçirilib
Azərbaycan Xarici İşlər Nazirliyinin binası, arxiv şəkli

XİN: Ermənistana yaxşı bəllidir ki, Qarabağ xalqı adlı anlayış mövcud deyil

7
Ermənistan XİN-in görüşlə bağlı yaydığı açıqlama işğalçı ölkənin ənənəvi olaraq sərgilədiyi tamamilə əsassız mövqeyi növbəti dəfə təkrarlayır.

BAKI, 1 iyul — Sputnik. "ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 30 iyun tarixində keçirilən videokonfrans formatında görüşü ilə bağlı AR XİN-in rəsmi açıqlaması yayıldı. Qeyd etdiyimiz kimi, görüş zamanı nazir Elmar Məmmədyarov Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyəti, o cümlədən həyata keçirilən infrastruktur dəyişiklikləri məsələsini qaldırdı. Nazir, həmçinin məhz Ermənistanın təxribatçı əməllərinin ritorikanın alovlanmasına xidmət etdiyini vurğuladı".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırarkən deyib.

"Ermənistan XİN-in görüşlə bağlı yaydığı açıqlama işğalçı ölkənin ənənəvi olaraq sərgilədiyi tamamilə əsassız mövqeyi növbəti dəfə təkrarlayır. Aydındır ki, bölgədəki gərginliyin, ritorikanın, qarşıdurmanın, düşmənçiliyin kökündə Ermənistanın təcavüzkar siyasəti, Azərbaycanın beynəlxalq tanınmış ərazilərini hərbi işğal altında saxlaması və bu ərazilərdəki çoxsaylı yerli azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirməsi durur. Əhalini sülhə hazırlamaq öhdəliyindən danışan Ermənistan, bu öhdəliyinə əməl edərək işğalçı qüvvələrini Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarından çıxarmalı və məcburi köçkünlərin öz evlərinə geri dönməsinə maneə yaratmamalıdır.

O ki qaldı Ermənistan XİN-in istinad etdiyi Qarabağ "xalqı" ifadəsinə, hamıya elə Ermənistanın özünə də çox yaxşı bəllidir ki, Qarabağ xalqı deyə anlayış mövcud deyil. Qarabağda yaşayan ermənilər Azərbaycanın bu bölgəsində yaşayan iki icmadan birini təşkil edir; Qarabağın azərbaycanlı icması Ermənistanın təcavüzü nəticəsində evlərindən didərgin düşüb, məcburi köçkünə çevrilib. Münaqişənin həlli üzrə aparılan danışıqların məqsədi də elə bu insanların pozulmuş fundamental hüquq və azadlıqlarının bərpa edilməsidir, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərindən çıxarılmasının təmin edilməsidir. Bölgədə davamlı sülh, sabitlik və təhlükəsiliyin təmin olunmasının başqa yolu yoxdur", - L.Abdullayeva qeyd edib.

7
Təlim, arxiv şəkli

Ermənistan ordusu əsgərlərimizin səbrini tarıma çəkdi

20
(Yenilənib 11:45 27.06.2020)
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı silahlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 45 dəfə pozub

BAKI, 27 iyun — Sputnik. Ermənistan Respublikası Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, işğal altında olan Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

20
Günəş, arxiv şəkli

Yunanıstanda maraqlı təbiət hadisəsi baş verib

0
"Günəş iti" kimi bir fenomenal hadisəni demək olar ki, xüsusilə yaxşı havalarda dünyanın hər yerində görmək mümkündür.

BAKI, 2 iyul — Sputnik. Yunanıstanda "Günəş iti" adlanan nadir bir təbiət hadisəsi baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, hadisənin video görüntüsü "Youtube"-da paylaşılıb. Videoda Günəşin su üzərində dayandığı an təsvir olunur. Göy gövdəsi yarıya qədər buludla örtülüb. Nəticədə günəşin "ikiqat olması" xəyalı yaranır. "Günəş iti" kimi bir fenomenal hadisəni demək olar ki, xüsusilə yaxşı havalarda dünyanın hər yerində görmək mümkündür.

Xatırladaq ki, kameralar 2019-cu ilin dekabrında Amerikanın Missuri ştatındakı Sent-Luis şəhəri üzərində səmada Yer atmosferinə daxil olan meteoru çəkmişdi.

0
Teqlər:
Günəş, Yunanıstan