QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Erməni diversiya qrupunun məhv edilməsinin görüntüləri yayılıb

© Sputnik / Murad OrujovГерб Министерства Обороны Азербайджанской Республики
Герб Министерства Обороны Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə Nazirliyi erməni diversiya qrupunun atəşlə məhv edilməsinin görüntülərini yayıb

BAKI, 8 fev — Sputnik. Müdafiə Nazirliyi erməni diversiya qrupunun atəşlə məhv edilməsinin görüntülərini yayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, videoda bölmələrimiz tərəfindən erməni diversiya qrupuna atəş açılması, dəstə üzvlərinin panika içində qaçmaları, ölən və yaralıların avtomobilə daşınması, eləcə də hərbi nəqliyyat vasitəsinin məhv edilməsi anı müşahidə olunur.

Fevralın 7-də saat 16.55-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində qoşunlarımızın müdafiənin ön xəttindəki mövqeləri iriçaplı silahlardan, minaatanlar və toplardan atəşə tutulub. Dərhal görülən təxirəsalınmaz cavab tədbirləri nəticəsində atəşlə düşmənin müxtəlif mühəndis qurğuları və atəş nöqtələri məhv edilib.

Xəbər lenti
0