BAKI, 6 fev — Sputnik. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 7-də Füzuli rayonu ərazisində Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.
Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Gennadi Petrika və Piter Şvedberq, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə şəxsi nümayəndənin səhra köməkçiləri Xristo Xristov, Jiri Aberle və Saymon Tiller keçirəcəklər.
Azərbaycan Müdafiə Nazirliyi Zəngilan rayonunun Qaradərə kəndindən videogörüntülərini yayıb.
Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.
“Diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb”.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev " Twitter"də bildirib.
"Prezident İlham Əliyevin göstərişi əsasında diplomatik korpusları Azərbaycanın azad edilmiş Füzuli, Qubadlı və Laçın rayonlarına səfərə aparırıq. Səfirlərə, beynəlxalq təşkilat rəhbərlərinə və hərbi attaşelərə bu səfərdə bizə qoşulduqlarına görə minnətdarıq", Hikmət Hacıyev qeyd edib.
BAKI, 6 mart — Sputnik. Nyu-Yorkun Tayms meydanında keçmiş ABŞ prezidenti Donald Tramp tərəfdarlarının açdığı bayraq toqquşmalara səbəb olub. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, çox sayda nümayişçi qarşıdurmaya müdaxilə edən təhlükəsizlik qüvvələri əməkdaşları tərəfindən saxlanılıb.
Nümayişçilərin “Tramp 2024-də Amerikanı xilas et” yazılmış bayrağı açmaq istəməsi Black Lives Matter (Qara həyatlar dəyərlidir) hərəkatının üzvlərinin etirazına səbəb olub. ABŞ polisi Tramp tərəfdarlarına bayrağı sona qədər açmağa imkan verməyib.