Стрельба из гранатомета, фото из архива

Müdafiə Nazirliyi əsir götürüldüyü deyilən Azərbaycan hərbçisi barədə məlumat yayıb

1093
(Yenilənib 10:21 02.02.2017)
Tərtər rayonunun Talış kəndi istiqamətində baş verən döyüş nəticəsində Azərbaycan hərbçisi Elnur Hüseynzadənin əsir düşdüyü iddia olunur

BAKI, 2 fev — Sputnik. Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində, Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş baş verib. Bu barədə Sputnik Ermənistan məlumat verir.

Məlumata əsasən, döyüş nəticəsində Azərbaycan ordusunun hərbçisi qarşı tərəfə əsir düşüb. Əsir düşən 1995-ci il təvəllüdlü, Bərdə rayonunda anadan olmuş Elnur Hüseynzadədir. 

Erməni tərəfi həmçinin döyüş nəticəsində daha bir Azərbaycan əsgərinin yaralandığını da iddia edir.

Daha öncə Müdafiə Nazirliyi düşmən təxribatı nəticəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçumuz, çavuş İsayev Rauf Məhəmməd oğlunun yaralandığı barədə məlumat vermişdi.

Öz növbəsində Azərbaycan Müdafiə Nazirliyi erməni mətbuatının yaydığı xəbərə aydınlıq gətirib. Qurumun mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin fevralın 1-də cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin yaydığı məlumat yalandır.

Cəbhə xəttində heç bir aktiv döyüş toqquşması baş verməyib.

Erməni tərəfinin yaydığı xəbərdə adı çəkilən Elnur Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil.

1093
Teqlər:
çavuş, əsir, hərbçi, döyüş, Müdafiə Nazirliyi, İsayev Rauf, Elnur Hüseynzadə, Tərtər rayonu, Talış kəndi, Ermənistan, Azərbaycan