BAKI, 1 fev — Sputnik. Fevralın 1-də Ermənistan silahlı bölmələri avtomatik silahlardan və qumbaraatanlardan da istifadə etməklə cəbhə xəttində növbəti dəfə atəşkəs rejimini pozub. Azərbaycan Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bölmələrimiz tərəfindən təxribatın qarşısı alınarkən düşmən atəşindən Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçusu çavuş İsayev Rauf Məhəmməd oğlu yaralanıb.
Ona təxirəsalınmaz tibbi yardım göstərilib. Hazırda vəziyyəti sabitdir, həyati təhlükə yoxdur. Müdafiə Nazirliyi bildirir ki, düşmənin bu cür hərəkətlərinə qarşı lazımi cavab tədbirləri görüləcək.
Əslən Kəlbəcərdən olan Şəmsəddin Ağdamda doğulub və Qarabağ atlarını saxlamaq həvəsi də onda uşaqlıqdan yaranıb. Onun atası da 1948-ci ildən Qarabağ cinsindən atları yetişdirib. Şəmsəddin Atayevin sözlərinə görə, onların at ilxısı Ağdamın Eyvazxanbəyli kəndində olub. 1993-cü ildə kənd işğal olunandan sonra həmin Qarabağ atlarını Bakıya gətirib və Cıdır meydanında saxlamağa başlayıb.
Hazırda burada 8 baş Qarabağ atı var. Onlara qulluq göstərənlər də Şəmsəddin Atayevin qardaşı, eləcə də özünün və qardaşının övladlarıdır. Təsərrüfat sahibi deyir ki, Qarabağ atlarına xüsusi qulluq olunmalıdır. Bu atlar rənginin dəyişməməsi, sahibinə sadiqliyi və bir sıra xüsusiyyətlərinə görə də digər cinslərdən fərqlənir.
Şəmsəddin Atayevin niyyəti Eyvazxanbəyli kəndinə qayıtmaq və orada kürən Qarabağ atlarını yetişdirməkdir.
"Nəsil olaraq bizim peşəmiz budur. Tezliklə Ağdama qayıdacağıq və bu işlə məşğul olacağıq. Qarabağ atlarını Qarabağda yetişdirəcəyik tezliklə", - atların sahibi Şəmsəddin Atayev deyib.
Atayevlərin "Köhlən" adlı komandaları da var ki, bu komanda ilə yarışlarda uğur da qazanıblar.
Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 20 yanvar — Sputnik. Tanınmış müğənni, "Yeni ulduz" müsabiqəsinin qalibi, Azərbaycanın Böyük Vətən müharibəsinin qazisi Vüqar Muradov 17 dekabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində minaya düşərək şəhid olmuş baş leytenant Asəf Ağayev də daxil olmaqla, bütün şəhidlərə mahnı həsr edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənninin "Şəhid" ("Qarabağ") adlı mahnısının sözləri Abil İslama, musiqisi Arif Səlimova məxsusdur. Klipin rejissoru Tural Nusalovdur.
Məlumat üçün bildirək ki, Asəf Ağayev 2020-ci il sentyabr 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonundan Şuşa şəhərinə qədər döyüş yolu keçib. Şuşa şəhərinin işğaldan azad edilməsində şücaət göstərmiş hərbçilərimizdən biri olub. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən, Asəf Ağayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Bundan başqa, Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Asəf Ağayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
BAKI, 22 yanvar — Sputnik. Dünya şöhrətli fransız aktyoru və rejissoru Alen Delonun xanımı Natali Delon dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aktyorun oğlu Antoni Delon "Instagram" səhifəsində paylaşım edərək "Rahat yat, ana!" yazıb. Aktrisanın ölüm səbəbləri hələlik məlum deyil.
Qeyd edək ki, Alen Delon və Natali Delon 1964-ci ildə evləniblər. Natali ilə olan evlilikdən onun Antoni adlı bir oğlu var.
View this post on Instagram
Onu da bildirək ki, Natali Delon 1964-1968-ci illərdə Alen Delonla evli olduğu zamanlarda, ərinin sayəsində kinoya gəlib. Birlikdə çəkdikləri ilk "Samuray" filmi ilə böyük bir uğur qazanıb. Boşandıqdan sonra Natali digər məşhur rejissorlarla işləməyə davam edib. Sonra rejissorluq etməyə və ssenari yazmağa başlayıb.