Edvard Nalbandyan

Nalbandyan Azərbaycan əsgərinin meyitini niyə vermədiklərindən danışdı

7735
(Yenilənib 11:58 01.02.2017)
Ermənistan XİN başçısı Çingiz Qurbanovun meyitinin qaytarılmamasının səbəbini aparılan istintaqla əlaqələndirib

BAKI, 31 yan — Sputnik. Azərbaycan əsgərinin meyitinin qaytarılması üçün Ermənistan tərəfi istintaqın başa çatmasını gözləyir. Sputnik Ermənistan-ın məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan jurnalistlərə açıqlamasında deyib.

"Ermənistan heç vaxt ölənlərin meyitinin qaytarılmasına qarşı olmayıb. Hətta bu haqda Həştərxanda Azərbaycanla birgə razılaşma da əldə olunub" — o bildirib.

Qeyd edək ki, ötən ilin dekabrın 29-u səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən, bölmələrimizin pusqusuna düşüb. Atışma zamanı Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanov həlak olub və onun meyiti ermənilərin nəzarətində olan ərazidə qalıb.

Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland, ATƏT-in Minsk Qrupunun həmsədrləri, NATO, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman), Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) və bir sıra digər beynəlxalq qurumlar Ermənistan tərəfini azərbaycanlı əsgərin meyitini gecikdirmədən, dərhal qaytarmağa çağırıb. Beynəlxalq qurumlar bununla bağlı Ermənistanı 2010-cu ildə prezidentlərin Həştərxan razılaşmasına əməl etməyə çağırsa da, qarşı tərəf öhdəliyi yerinə yetirmir. Artıq 34 gündür ki, Çingiz Qurbanovun meyiti erməni tərəfdədir.

7735
Teqlər:
razılaşma, Edvard Nalbandyan, Ermənistan, Azərbaycan, meyit, əsgər
Əlaqədar
Erməni təxribatı baş tutmadı və ədalət öz yerini tapdı
Düşmən təxribatdan əl çəkmir
Azərbaycan ordusu yaxşı ki, erməni tərəfinin bu təxribatına uymadı, yoxsa...
"KTMT-nin bəyanatı siyasi təxribatdır"
"Təxribatdır, oyuna getməməliyik"
Zakir Həsənov erməni təxribatları ilə bağlı amerikalı generalı məlumatlandırdı
Məktəblərin birində, arxiv şəkli

Professor məktəblərdə dərslərlə bağlı təklif irəli sürüb: "Özüm hazırlayıb keçərəm"

3
(Yenilənib 13:08 05.12.2020)
"Düşünürəm ki, ali məktəb rəhbərləri və Təhsil Nazirliyinə müraciət etdikdən sonra məsələni kütləviləşdirmək və reallaşdırmaq olar" - Nəsiman Yaqublu

BAKI, 5 dekabr — Sputnik. Məktəblərdə "Zəfər-Vətən" dərslərinin keçirilməsi ilə bağlı təklif irəli sürülüb. Bakı Dövlət Universitetindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu təkliflə universitetin professoru Nəsiman Yaqublu çıxış edib. O bildirib ki, "Zəfər-Vətən" dərsləri zamanı bütün müəllimlər tarixi qələbəmizdən, o cümlədən bu zəfərin əhəmiyyətindən, azad edilmiş ərazilərimizdən, şəhid və qazilərimizin fədakarlığındann birlik və həmrəyliyimizdən danışsınlar:

"Sərəncama uyğun olaraq hər il noyabrın 8-də ali və orta məktəblərdə xüsusi mövzunun - "Zəfər-Vətən" dərslərinin keçirilməsi müsbət addım olar. Biz bu günləri unuda bilmərik. Düşünürəm ki, müxtəlif görüntülər, slaydlar vasitəsilə zəfər tariximizlə bağlı dərslərin keçirilməsi məqsədəuyğun olar. Şəxsən mən həmin materialları hazırlamağa və dərsi tədris etməyə hazıram".

"Biz gənclərimizi şəhidlərimizin, qazilərimizin ruhunda tərbiyə etməliyik. Düşünürəm ki, ali məktəb rəhbərləri və Təhsil Nazirliyinə müraciət etdikdən sonra məsələni kütləviləşdirmək və reallaşdırmaq olar".

3
Teqlər:
Zəfər Günü, Vətən, BDU, professor, dərs, məktəb
Ermənistanın sabiq prezidenti Robert Köçəryan

Ermənistanın sabiq prezidenti Türkiyəyə qarşı tələ qurduqlarını etiraf etdi

16
(Yenilənib 12:32 05.12.2020)
Ermənistanın ikinci prezidenti olmuş Köçəryan rəsmi İrəvan hökumətinin Dağlıq Qarabağ müharibəsini başlamaq üçün bütün imkanlarından yararlandığını deyib

BAKI, 5 dekabr — Sputnik. Ermənistanın sabiq prezidenti Robert Köçəryan: "Türkiyəni birbaşa müharibəyə cəlb etmək üçün çalışdıq, amma bacarmadıq", - deyə etiraf edib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Ermənistanın ikinci prezidenti olmuş Köçəryan rəsmi İrəvan hökumətinin Dağlıq Qarabağ müharibəsini başlamaq üçün bütün imkanlarından yararlandığını deyərək Türkiyəni də bu müharibəyə cəlb etmək istədiklərini, lakin buna müvəffəq ola bilmədiklərini bildirib. "Fəaliyyətləri ilə Azərbaycana beynəlxalq legitimlik qazandırdılar", - deyə Koçaryan əlavə edib.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb, kəndlərin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüb.

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) isə Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

16
Teqlər:
müharibə, Türkiyə, etiraf, Robert Koçaryan, Ermənistan, Azərbaycan, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə