Hikmət Hacıyev

"Ermənistan KTMT-ni münaqişəyə cəlb etmək istəyir"

214
(Yenilənib 15:29 11.01.2017)
Azərbaycan XİN: Münaqişə nə qədər tez həll olunarsa, bir o qədər tez regionda yaranacaq əməkdaşlıq imkanlarından erməni xalqı faydalana bilər

BAKI, 11 yan — Sputnik. ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfləri bir-birilərini ittiham etməkdən vaz keçməyə çağırsa da, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan həmsədrlərin bəyanatlarını şərh edərkən yenə ittihamlarla çıxış edib. Sputnik APA-ya istinadən xəbər verir ki, Ermənistan tərəfinin ittihamlarına Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev cavab verib.

"ATƏT-in Minsk Qrupu həmsədrlərinin qeyd etdiyi kimi, qarşılıqlı ittihamlardan kənar durmaq üçün hər hansı şərhlə çıxış etmək niyyətində olmamağımıza baxmayaraq, Ermənistanın xarici işlər naziri Nalbandyanın danışıqlar prosesi və həmsədrlərin son bəyanatını təhrif edən ittihamlarını cavablandırmaq məcburiyyətindəyik. Ermənistan xarici işlər nazirinin bu açıqlaması ölkəsinin uğursuz siyasətinə və təxribatlarına bəraət qazandırmaq, erməni xalqını və beynəlxalq ictimaiyyəti aldatmaq cəhdindən başqa bir şey deyil. Bu məqsədlə Edvard Nalbandyan, hətta ATƏT-in Minsk Qrupunun həmsədrlərini ittiham etməkdən çəkinmir. O, 1994-1995-ci illər üzrə atəşkəs rejimini, insidentlərin araşdırılması mexanizmlərini, Vyana və Sankt-Peterburq görüşlərini təhrif olunmuş formada təqdim edir, həmsədrlər tərəfindən Azərbaycan hərbi qulluqçusunun cəsədinin qaytarılması tələb olunsa da, bu məsələnin üzərindən riyakarcasına sükutla keçməyə çalışır".

Ermənistan tərəfinin tez-tez 1994-1995-ci illər üzrə atəşkəs rejimini xatırlatmasını isə mətbuat katibi belə cavablandırıb: "Nalbandyan 1994-1995-ci illər atəşkəs rejiminə toxunsa da, yalnız onun bir epizodunu qeyd edir. İnstitusional yaddaş pozuntusundan əziyyət çəkən Ermənistan xarici işlər nazirinə xatırlatmaq lazımdır ki, 1994-1995-ci il atəşkəs haqqında razılaşmanın xüsusi əlavəsi kimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması barədə vaxt cədvəli hazırlanmışdı. Ermənistan xarici işlər naziri 1994-1995-ci il atəşkəs razılaşmasının məcburi qaydada yerinə yetirilməli olduğunu deyirsə, onda onun tərkib hissəsi olan vaxt cədvəlinə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması da təmin olunmalıdır. Atəşkəs rejimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına və münaqişənin siyasi həllinə şərait yaratmalı olduğu halda, Ermənistan atəşkəsdən bu günə qədər sui-istifadə edir, öz işğalını gücləndirmək və davam etdirmək üçün siyasi möhtəkirlik obyektinə çevirir".

Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan növbəti dəfə insidentlərin araşdırılması mexanizmini gündəmə gətirməsini şərh edən Hikmət Hacıyev, qarşı tərəfin irəli sürdüyü iddianın məntiqsiz olduğunu bildirib: "Ermənistan xarici işlər nazirinin bu iddiası məntiqsizlik olaraq ən elementar şəkildə səbəb-nəticə kateqoriyalarına kökündən ziddir. Səbəbin həmişə nəticədən əvvəl gəldiyi hər kəsə aydın olsa da, Ermənistan xarici işlər naziri bunu hələ də başa düşə bilmir və ya başa düşmək istəmir. İnsidentlər nəticədir, səbəb isə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğudur. Ermənistan qoşunlarının BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasından sonra insidentlərin baş verməsi və nəticə etibarilə, onların araşdırılması üçün səbəb qalmayacaq. Vyana və Sankt-Peterburqda münaqişənin həlli üzrə aparılmış substantiv müzakirələrə uyğun olaraq, insidentlərin araşdırılması kimi texniki-köməkçi məsələ Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması prosesinin tərkib hissəsi olmalıdır. Ermənistan münaqişənin həllinin substantiv məsələlərindən yayınmaq üçün qəsdən diqqəti insidentlərin araşdırılması kimi məsələlərə yönəldir".

Sonuncu döyüşdə həlak olmuş Azərbaycan hərbçisinin cəsədinin təxirə salınmadan qaytarılması tələb olunsa da, Ermənistan xarici işlər naziri bu məsələyə toxunmur. H. Hacıyev Ermənistanın siyasi-hərbi rəhbərliyinin çirkin məqsədləri üçün hər cür avantüraya əl atdığını söyləyib: "29 dekabr 2016-cı ildə Ermənistanın qəsdən Ermənistan-Azərbaycan sərhədində təxribat törətdiyi tam şəkildə aydındır. Ermənistanın dərhal dezinformasiya xarakterli təbliğata başlaması və onun ardınca ermənipərəst mövqeyi ilə fərqlənən Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının artıq sabiq baş katibi Nikolay Bordyujanın məsuliyyətsiz açıqlaması təxribatın əvvəlcədən hazırlanmış ssenari üzrə cərəyan etdiyini bir daha sübut edir. Ermənistanın bu təhlükəli hərbi avantürasının məqsədi KTMT-ni münaqişəyə cəlb etmək, təxribat vasitəsilə danışıqlar prosesini pozmaqdır".

"Göründüyü kimi, Ermənistanın siyasi-hərbi rəhbərliyi çirkin məqsədləri üçün hər cür avantüraya və yalana əl atmağa hazırdır. Həmsədrlərin bəyanatında sırf humanitar əsaslarla, həlak olmuş Azərbaycan hərbi qulluqçusunun cəsədinin təxirə salınmadan qaytarılması tələb olunsa da, Ermənistan xarici işlər naziri bu məqamın üzərindən sükutla keçməyə çalışır. Nalbandyan ölkəsinin beynəlxalq humanitar hüquq, xüsusilə Cenevrə konvensiyalarına kökündən zidd olan qeyri-insani siyasətinə əsassız şəkildə bəraət qazandırmağa çalışır, Ermənistanın sərhəddə törətdiyi son təxribatı nəticəsində itkin düşmüş Azərbaycan hərbi qulluqçusunu, sıravi əsgəri utanmadan diversant adlandırmaqdan çəkinmir. Xüsusi təminatı, geyimi və silah-sursatı olmayan tək əsgər nə vaxtdan diversant oldu? Cenevrə konvensiyalarının tələblərini rəhbər tutaraq, həlak olmuş Azərbaycan hərbi qulluqçusu Çingiz Qurbanovun cəsədinin geri qaytarılması və ailəsinə təhvil verilməsi üçün beynəlxalq təşkilatlarla əlaqəli şəkildə zəruri tədbirlər görülür" — XİN sözçüsü bildirib.

Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri, KTMT-nin üzv dövlətləri və beynəlxalq ictimaiyyət Ermənistanın regional sülh və təhlükəsizliyi ciddi təhdid altına qoyan və münaqişənin həlli üzrə danışıqlar prosesini pozmağa hesablanan bu təhlükəli hərbi avantüra cəhdlərini və çirkin niyyətini ciddi surətdə nəzərə almalıdır: "Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna uyğun olaraq, münaqişənin substantiv danışıqlar yolu ilə mərhələli şəkildə həll edilməsi, regionda davamlı sülh və təhlükəsizliyin bərqərar edilməsi üçün Azərbaycan tərəfi ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə səylərini davam etdirəcək. Ermənistan regionu yeni təhlükələrə və hərbi avantüralara sürükləyən siyasətindən əl çəkməli, Azərbaycan ərazilərinin işğalına son qoymalı və münaqişənin həlli istiqamətində konstruktiv addımlar atmalıdır. Münaqişə nə qədər tez həll olunarsa, bir o qədər də tez regionda yaranacaq əməkdaşlıq imkanlarından erməni xalqı faydalana bilər".

214
Teqlər:
həmsədr, Edvard Nalbandyan, ittiham, ATƏT, Minsk Qrupu, Xarici İşlər Nazirliyi, Hikmət Hacıyev, Ermənistan, Azərbaycan
Əlaqədar
Azərbaycan XİN: "Günahkarların öz layiqli cəzalarını alacaqlarına əminik"
XİN İstanbulda törədilən terror aktını qəti şəkildə pisləyib
Azərbaycan və Qazaxıstan XİN rəhbərləri görüşüblər
XİN: Ermənistan Azərbaycan ərazilərinin anneksasiyası məqsədini güdür
Azərbaycan XİN Yerevanda planlaşdırılan tədbirlə bağlı bəyanat verdi
Partlayış, arxiv şəkli

Ermənistanın səkkiz "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib-VİDEO

71
(Yenilənib 22:23 30.09.2020)
Müdafiə Nazirliyi: Bu gün axşam saatlarında keçirilən döyüş əməliyyatları nəticəsində düşmənin 8 ədəd "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib.

BAKI, 30 sentyabr — Sputnik. Azərbaycan Ordusunun bölmələrinin bu gün axşam saatlarında keçirdiyi döyüş əməliyyatları nəticəsində düşmənin 8 ədəd "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

71
Toçka-U taktiki raket kompleksinin buraxılışı, arxiv şəkli

Ermənistan "Toçka-U" taktiki raket kompleksini tətbiq edib

84
(Yenilənib 22:09 30.09.2020)
Düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz olması səbəbindən atılan raketlərdən üçü partlamayıb.

BAKI, 30 sentyabr — Sputnik. Bir müddət əvvəl Ermənistan silahlı qüvvələri "Toçka-U" taktiki raket kompleksini tətbiq edib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

"Düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz olması səbəbindən atılan raketlərdən üçü partlamayıb", - məlumatda vurğulanıb.

84
Xalq artisti Arif Babayev, arxiv şəkli

Xanəndə Arif Babayevdən üzücü xəbər

0
(Yenilənib 22:58 30.09.2020)
Yaşar Babayev: "Təəssüf ki, atam Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimizin işğaldan azad edilməsi xəbərindən bixəbərdir"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 30 sentyabr — Sputnik. Xalq artisti Arif Babayev bir neçə gün öncə insult keçirib. Xanəndənin səhhəti stabil olaraq qalır. Bu barədə Sputnik Azərbaycan-a Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib: "Arif Babayev hal-hazırda evdədir. Təəssüf ki, atam Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimizin işğaldan azad edilməsi xəbərindən bixəbərdir. Çünki, atam həmin hadisədən 1 gün qabaq xəstələnib. Ona həyəcanlanmaq olmaz, ona görə də bu xəbəri ona verməmişik. Çox sevincliyik, inanırıq ki, atam sağalana qədər torpaqlarımız işğaldan azad olar, biz də ona bu müjdəli xəbəri verərik".

Məlumat üçün bildirək ki, Arif Babayev XX əsrin ikinci yarısından etibarən Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri sayılır. Onun yaradıcılığında "Şur", "Seygah" muğam dəstgahları, "Arazbarı", "Qarabağ şikəstəsi" zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, "Seygah" muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxuyub. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir.

O, müxtəlif illərdə "Azərbaycan SSR Əməkdar artisti", "Azərbaycan SSR Xalq artisti", "Şöhrət" ordeni, "İstiqlal" ordeni, "Qızıl çinar" beynəlxalq mükafatı və "Şərəf" ordeni ilə təltif olunub.

0