QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan silahlı qüvvələrinin pilotsuz uçuş aparatı ələ keçirilib

© AR Ministry of DefenseПерехвачен БПЛА вооруженных сил Армении
Перехвачен БПЛА вооруженных сил Армении - Sputnik Azərbaycan
Abunə olmaq
Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus PUA aşkar olunaraq yerə endirilib.

BAKI, 29 dek — Sputnik. Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) ələ keçirilib. Bu barədə Sputnik Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Məlumata əsasən, dekabrın 29-da axşam saatlarında cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq xüsusi üsulla yerə endirilib.

Xəbər lenti
0