Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

Erməni kəşfiyyat qrupu pusquya düşdü: düşmən ağır itki verib

2942
(Yenilənib 15:24 29.12.2016)
Cəbhə xəttində erməni tərəfi növbəti dəfə təxribata əl atıb. Nəticədə ordumuzun hərbi qulluqçusu Çingiz Qurbanov itkin düşüb.

BAKI, 29 dek — Sputnik. Dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Bu barədə Sputnik-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Cəbhə bölgəsi
© REUTERS / Zulfiya Safkhanova

Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.

Son zamanlar cəbhə xəttində nisbi sakitliyin hökm sürməsi, görünür Ermənistanı qane etmir və qarşı tərəf məqsədyönlü şəkildə, vaxtaşırı bu kimi təxribatlara əl atır. Müdafiə Nazirliyi bildirir ki, əgər bundan sonra da düşmənin bu cür fəaliyyəti davam edərsə o, daha böyük və ağır itkilərlə üzləşəcək.

Ermənistanın Tavuş əyalətində döyüş toqquşması nəticəsində Ermənistan SQ-nin 3 hərbçisi həlak olub. Həlak olanlardan biri zabitdir. Bu barədə Sputnik Ermənistan-a Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan məlumat verib.

Erməni KİV-in məlumatına əsasən, insident nəticəsində Azərbaycanın bir hərbçisi də həlak olub. Ovannisyan döyüş nəticəsində baş leytenant Şavarş Melikyan, sıravilər Edqar Narayan və Erik Abovyanın həlak olduğunu bildirib. Erməni tərəfi hadisənin Tavuş əyaləti Çinari (işğal olunmuş Tovuz rayonunun Çinarlı kəndi – red.) kəndi istiqamətində baş verdiyinin yazıb.

2942
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı

12
(Yenilənib 19:34 26.01.2021)
Səfirlik əməkdaşı ilə görüşdə Dövlət Dumasının üzvünün Azərbaycan əleyhinə atdığı növbəti təxribatçı addımı Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə zidd olduğu vurğulanıb

BAKI, 26 yanvar - Sputnik. Bu gün Rusiya Federasiyasının Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan XİN-in məlumatında deyilir.

Görüşdə Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan üzvü Vitali Milonovun erməni KİV-nə müsahibəsi zamanı Azərbaycan dövlətinə və xalqına qarşı qəbuledilməz ifadələr işlətməsi məsələsi Rusiya səfirliyinin müvəqqəti işlər vəkili qarşısında qaldırılıb, Dövlət Dumasının üzvünün bu davranışını qəti şəkildə pislənilib.

Həmçinin Rusiya Dövlət Dumasının üzvü V.Milonovun Azərbaycan əleyhinə atdığı növbəti təxribatçı addımı Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə zidd olduğu vurğulanıb. V.Milonovun səsləndirdiyi fikirlərin Moskvanın rəsmi mövqeyini əks etdirmədiyi və bu kimi addımların ölkələr arasında münasibətlərə xələl gətirmək və əldə olunan razılaşmanın həyata keçirilməsinə əngəl törətmək məqsədi daşıdığı vurğulanıb.

12
Teqlər:
diplomat, səfirlik, Rusiya, Azərbaycan, XİN

Dəmirçilər kəndində sükut qulaq batırır - VİDEO

6
(Yenilənib 18:16 26.01.2021)
Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad edilmiş Qubadlı rayonundan yeni videogörüntülər paylaşıb. Həmin görüntülərə Sputnik Azərbaycan-da baxa bilərsiz.

BAKI, 26 yanvar — Sputnik. Qubadlı rayonunun Dəmirçilər kəndindən videogörüntülər yayılıb.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla həmin kənddən çəkilmiş videogörüntüləri təqdim edir.

Dəmirçilər kəndi rayon mərkəzindən 5 km cənubda, Bazarçayın sağ sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsi dəmirçilər nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranıb. XVI əsrdə qızılbaş tayfaları sırasında adları çəkilən dəmirçilər sonralar qazax tayfa birliyinin ən qüdrətli tirələrindən biri olub. 

Bir zamanlar həyat qaynayan kəndi 1993-cü ildə Ermənistan ordusu işğal edərək viran qoyub. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Azərbaycan Ordusu Dəmirçilər kəndini də düşmən tapdağından xilas edib.

6
Teqlər:
video, kənd, Dəmirçilər, Azərbaycan, Qarabağ, Qubadlı

Həftənin sonunadək üç nəhəng asteroid "qonağımızdır"

0
(Yenilənib 20:27 26.01.2021)
Bu gün 2021 AL və 2021 BD3 asteroidləri də planetimizin yanından ötüb. Onlarla aramızdakı məsafə Yerdən Ayadək olan məsafənin 10 qatına bərabər olub.

BAKI, 26 yanvar - Sputnik. Bir neçə asteroid bu həftənin sonunadək Yerin yanından keçəcək. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə NASA-nın Yerətrafı Obyektlərin Öyrənilməsi Mərkəzi məlumat yayıb. 

Məlumata görə, yanvarın 28-də Yerdən Ayadək olan məsafənin 5,5 qatı qədər uzaqlıqdan (təxminən 2,2 milyon km) 2021 BZ asteroidi keçəcək. Onun ölçüsü 29-65 metr arası təxmin edilir. O, Bakı vaxtı ilə təxminən 8:12-də Yerə ən yaxın məsafədən keçəcək. 

Bir qədər iri (47-110 m) 2021 AG7 asteroidi isə cümə günü "qonağımızdır". Onun Yerə ən yaxın məsafədən Bakı vaxtı ilə 12:50-də keçəcəyi təxmin edilir. Bu məsafə planetimizdən Ayadək olan məsafədən 11 dəfə çoxdur. Cümə günü axşam üçüncü bir asteroid - 2021 AF7 - daha da uzaq məsafədən keçəcək. Onun ölçülərinin 24-53 m olduğu təxmin edilir. 

Qeyd edək ki, bu gün 2021 AL2021 BD3 asteroidləri də planetimizin yanından ötüb. Onlarla aramızdakı məsafə Yerdən Ayadək olan məsafənin 10 qatına bərabər olub. Təxminən 67 m böyüklükdə olan asteroid Yerin yaxınlığından  5:01-də, balaca asteroid (19-43 m ölçüdə) isə 13:58-də keçib. 

0
Teqlər:
Yer, asteroid