QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Goranboy, Tərtər, Füzuli və Cəbrayıl istiqamətində gərginlik yaşanıb

© Sputnik / Murad OrujovCəbhə bölgəsi
Cəbhə bölgəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Mərzili, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Veysəlli kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

BAKI, 21 noy — Sputnik. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 25 dəfə pozub. Sputnik Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, işğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Mərzili, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Xəbər lenti
0