Qarabağ

Qarakənd faciəsindən 25 il ötür

64
1991-ci il noyabrın 20-də vertolyotun vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar.

BAKI, 20 noy — Sputnik. Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mi-8” vertolyotunun ermənilər tərəfindən vurulmasından 25 il ötür.

Sputnik-in məlumatına görə, 1991-ci il noyabrın 20-də vertolyotun vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar.

Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də var. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.

1991-ci il noyabrın 20-də “Mi-8” hərbi vertolyotunda həlak olanları bir daha xatırladırıq:

— Tofiq Kazım oğlu İsmayılov — dövlət katibi

— İsmət İsmayıl oğlu Qayıbov — Baş prokuror

— Məhəmməd Nəbi oğlu Əsədov — dövlət müşaviri

— Zülfi Saleh oğlu Hacıyev — Baş nazirin müavini

— Vaqif Cəfər oğlu Cəfərov — millət vəkili

— Vəli Hüseyn oğlu Məmmədov — millət vəkili

— Osman Mirzə Hüseyn oğlu Mirzəyev — Prezident Aparatında şöbə müdiri

— Qurban Hüseyn oğlu Namazəliyev — nazir müavini

— İqor Aleksandroviç Plavski — DQMV-nin prokuroru

— Vladimir Vladimiroviç Kovalyov — DQMV Daxili İşlər İdarəsinin rəisi

— Sergey Semyonoviç İvanov — Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik Şöbəsinin rəisi

— Nikolay Vladimiroviç Jinkin — fövqəladə vəziyyət rayonunun komendantı

— Sanlal Dasumoviç Serikov — Qazaxıstan DİN-in müavini

— Mixail Dmitriyeviç Lukaşov — milis general-mayoru

— Oleq Nikolayeviç Koçerev — polkovnik-leytenant

— Rafiq Məmməd oğlu Məmmədov — dövlət katibinin köməkçisi

— Alı Mustafa oğlu Mustafayev — telejurnalist

— Arif İsmayıl oğlu Hüseynzadə — AzTV-də işıqçı

— Fəxrəddin İbrahim oğlu Şahbazov — video-operator

— Vyaçeslav Vladimiroviç Kotov — vertolyot heyətinin komandiri

— Gennadi Vladimiroviç Domov — vertolyot heyətinin üzvü

— Dmitri Borisoviç Yarovenko — vertolyot heyətinin üzvü

64
Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramov Ermənistanın sərhəddə törətdiyi təxribatlara münasibət bildirib

12
(Yenilənib 15:52 21.09.2020)
Bu gün də iki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində azərbaycanlı hərbi qulluqçunun şəhid olduğunu bildirən nazir bu cinayətin bütün məsuliyyətinin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb

BAKI, 21 sentyabr — Sputnik. "Ermənistan rəhbərliyinin təhrikçi bəyanat və əməlləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə zərbə vurur".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

O sentyabrın 21-də Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya naziri Oleq Tulea telefon danışığı zamanı həmkarına Ermənistanın bölgədə gərginliyi artıran son təxribatçı fəaliyyəti, o cümlədən Ermənistan rəhbərliyinin təhrikçi bəyanat və əməlləri barədə ətraflı məlumat verib, bu kimi fəaliyyətin münaqişənin danışıqlar yolu ilə həllinə zərbə vurduğunu qeyd edib. Bu gün də iki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində azərbaycanlı hərbi qulluqçunun şəhid olduğunu bildirən nazir bu cinayətin bütün məsuliyyətinin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.

12
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Azərbaycan Ordusunun çavuşu şəhid olub
Ordumuzun əsgəri yaralanıb
Qarabağın azərbaycanlı icması: "Xalqımıza silah yönəldərək nəyə nail olmaq istəyir?"
XİN Azərbaycan Ordusunun çavuşunun şəhid olması ilə bağlı açıqlama yaydı
Rəsmi Bakı: Ermənistanın məsuliyyətsiz davranışı bölgədə gərginliyi alovlandırır
Azərbaycan əsgərləri, arxiv şəkli

Ordumuzun əsgəri yaralanıb

945
(Yenilənib 14:43 21.09.2020)
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məhkəmə məsuliyyətinə verilmələri məqsədi ilə zəruri və institusional tədbirlərin görülməsi təmin ediləcək.

BAKI, 21 sentyabr — Sputnik. Ermənistan yeni təxribat planları hazırlayaraq əsl niyyətinin münaqişənin sülh vasitəsilə həlli deyil, Azərbaycan torpaqlarının qanunsuz işğalının davam etdirilməsi olduğunu nümayiş etdirməkdədir.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, Ermənistan tərəfinin cəbhədə törətdiyi təxribatlar və cinayətlər işğalçı ölkənin nəinki danışıqlar aparmağa, əksinə kəsin eskalasiya yaratmaq niyyətindən xəbər verir.

İşğalçı ölkənin silahlı qüvvələrinin təxribat xarakterli hücumları, atəşkəs rejimini pozması və Azərbaycan Silahlı qüvvələrinin hərbi qulluqçularına qarşı törətdiyi cinayətlər sülh prosesinin üzərindən xətt çəkməklə beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamə və qərarlarına qarşı açıq hörmətsizlik xarakteri daşıyır.

Təcavüzkar əməllərini həyata keçirməklə, sülh və insanlıq əleyhinə olan cinayətlər törətməyi davam etdirən Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi növbəti dəfə pozularaq 20 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində Tovuz rayonu, Ağdam kəndi ərazisində yerləşən döyüş postuna odlu silahdan atəş açılıb, nəticədə əsgər Qurbanov Qurban Azad oğlu "sağ çiyin nahiyəsinin kor qəlpə yarası" xəsarəti alıb.

Faktla bağlı Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma) və 29, 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd ) maddəsi ilə cinayət işi başlanıb.

Bundan başqa, öz təcavüzkar niyyətini nümayiş etdirməyə davam edərək, Ermənistan silahlı qüvvələrinin bölmələri 21 sentyabr 2020-ci il tarixdə saat 09 radələrində Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutmuş, düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu Məmmədov Elşən Əli oğlu şəhid olub.

Faktla bağlı Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma) və 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanıb.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məhkəmə məsuliyyətinə verilmələri məqsədi ilə zəruri və institusional tədbirlərin görülməsi təmin ediləcək.

945
Teqlər:
Ağdam kəndi, Tovuz, erməni təxribatı, təxribat, yaralı, əsgər, Azərbaycan ordusu
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ermənistan ordusu müxtəlif istiqamətlərdə atəşkəsi pozub
XİN Azərbaycan Ordusunun çavuşunun şəhid olması ilə bağlı açıqlama yaydı
Rəsmi Bakı: Ermənistanın məsuliyyətsiz davranışı bölgədə gərginliyi alovlandırır
Qarabağın azərbaycanlı icması: "Xalqımıza silah yönəldərək nəyə nail olmaq istəyir?"
Azərbaycan HHM bölmələri Ermənistan PUA-sını məhv edib
Arxeoloji qazıntılar, arxiv şəkli

"Onların işi qazıb təhvil verməkdir" - Tariximizə sahib çıxmaq niyə belə çətindir

13
(Yenilənib 17:45 21.09.2020)
"Nazirlər Kabineti qərar verməlidir ki, yeni aşkar edilmiş abidələr siyahıya alınsın. Siyahıda olmayanda abidələrin qorunmasında çətinlik yaranır" - F. Xəlilli.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 21 sentyabr — Sputnik. Ölkədə son dövrlər "arxeoloji bum" yaşanır. Qədim tarixin təsdiqi olan müxtəlif karvansaralar, kurqanlar, qəbirlər, yaşayış məskənləri aşkarlanır, araşdırmalar aparılır. Ancaq onların sonrakı taleyi qaranlıq qalır. Ya həmin abidələr nəzarətdən kənarda qalıb dağılır, ya da restavrasiya zamanı abidələrin tarixiliyi itir.

Abidələr necə qorunmalı və kim tərəfindən təmir edilməlidir?

Sputnik Azərbaycan bu məsələni araşdırıb. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tarixi abidə, yaşayış məskəni yeni aşkarlanıbsa, üzərində aparılan araşdırmalar hələ bitməyibsə, tapıntı arxeoloqlar tərəfindən qorunmalıdır.

"Abidənin araşdırılması başa çatdıqdan sonra, abidə tarixi əhəmiyyətə malikdirsə, tapıntı dəyərli tapıntıdırsa və tikinti qalıqları tam şəkildə açılıbsa, abidənin konservasiyasına dəstək olması üçün layihə şəklində Mədəniyyət Nazirliyinə və müvafiq qurumlara müraciət edilir", - deyə tarixçi qeyd edib.

Onun sözlərinə görə, qazıntılar zamanı qəbirtipli abidələr aşkar edilərsə (küp qəbirlər, katakombalar, kurqanlar) materiallar götürüləndən və ərazinin CPS kartı qeyd ediləndən sonra həmin maddi-mədəniyyət nümunələrindən iki dənədirsə, biri diyarşünaslıq muzeyinə verilir. Digərləri isə Bakıya gətirliərək tədqiq olunur. Daha sonra həmin abidələr muzeylərdə sərgiyə qoyulur.

Xoşbulaq yaylağında 3000 min il bundan əvvələ aid ibadətgah yeri aşkar edildi - FOTO>>

Tarixçi qeyd edib ki, orta əsr qalaları Mədəniyyət qoruğu tərəfindən inventarlaşdırılır: "Qalalar qeydiyyata alındıqdan sonra Mədəniyyət qoruğu tərəfindən qorunur. Həmin qurumun bölgələrdə əməkdaşları əraziyə mütəmadi baxışlar keçirirlər. Leysan, zəlzələ və s. təbiət hadisələri zamanı dağıntılar baş verərsə, bu barədə Mədəniyyət Nazirliyinə məlumat verilir. Nazirlik həmin qalalar barədə müvafiq qərar verir".

Mütəxəssislərə görə, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanunda abidələrin toxunulmazlıq statusu və onların qorunub gələcək nəsillərə çatdırılması bir daha qeyd edilib.

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, maddi-mənəvi irs abidələrinin qorunması ilə bağlı qanunvercilik aktları var və bu aktlar abidələrin qorunması ilə bağlı hər şeyi - abidələrin qorunması, bərpası, öyrənilməsi və s.-ni özündə ehtiva edir. Eyni zamanda bu məsələ ilə bağlı Nazirlər Kabinetinin təlimatları var və bu işlər həmin təlimatlar əsasında həyata keçirilir.

F.Xəlillinin sözlərinə görə, tarixi abidələrin baxımsız olmasının müxtəlif səbəbləri var.

"Bəzən insanlar özlərini mədəni hesab etsələr də, ətraflarına qarşı belə davranmırlar. Bu, çox böyük bir problemdir. Məsələn, tutaq ki, hər-hansı bir abidə arxeoloji baxımdan öyrənilib. Orada qazılmış sahə əmələ gəlib. Əgər həmin əraziyə arxeoloq davamlı olaraq getmirsə, həmin yeri çevrədəki insanlar zibilliyə çevirirlər. Bu, böyük problemdir. Və ya hər-hansı böyük daş kütləsinə sahib abidənin daşını, kərpicini insanlar daşıyıb aparırlar. Bu, sovet dövründə də belə olub, indi də belə hallara rast gəlinir", - deyən tarixçi tarixi abidələrin qorunmamasını yerlərdə bu işlə məşğul olan insanların ixtisaslı olmaması ilə əlaqələndirib.

Həmçinin F.Xəlilli qeyd edib ki, yerlərdə fəaliyyət göstərən abidə mühafizləri təchiz edilməyiblər.

Yəni hansısa bir rayon ərazisində fəaliyyət göstərən abidə mühafizi dağda və ya çölün düzündə olan abidəni görməyə ezam olmaq üçün hər-hansı bir texnikaya malik deyil: "Sadəcə əmək haqqı alır və ara-sıra gedib abidələri müşahidə edirlər. Abidələr dağılan zaman məlumat verirlər. Hər-hansı bir inşaat şirkəti biləndə ki, hansısa ərazidən abidə aşkarlanıb, ağına-bozuna baxmadan qazırlar. Məlumat aşkarlanana qədər isə iş-işdən keçmiş olur. Toplumun özündə abidələrə qarşı münasibətdə problem var".

Tarixçi bildirir ki, abidələri dağıdan insanlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.

"Məsələn, Cəlilabadda "Qazan köşkü" adlanan ərazini arxeoloq üsulu ilə qazıb, nəsə əlvan metal axtarıblar. Onlar bir qrupdur. Bu yaxınlarda Kürdivan ərazisində, Tovuzda və bir çox yerlərdə aşkar olunmuş mədəni irs abidələri üzərində belə qazıntılar aparılıb, insanlar onları dağıtmağa çalışıblar. Qarşısı alınıb. Son zamanlar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti nəzarəti gücləndirib", - deyə tarixçi vurğulayıb.

Buğurt qalası
© Photo : Azerbaijan National Academy of Sciences

F.Xəlilli xatırladıb ki, 2001-ci ildən bu günə qədər abidələrin yenidən reyestri aparılmayıb. Yəni Nazirlər Kabinetinin yeni qərarı yoxdur.

"Nazirlər Kabineti qərar verməlidir ki, yeni aşkar edilmiş abidələr siyahıya alınsın. Siyahıda olmayanda abidələrin qorunmasında çətinlik yaranır", - deyə F.Xəlilli əlavə edib.

Tarixçi Akif Quliyev xatırladıb ki, qazıntı və tədqiqat işləri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılır. Əldə edilən mədəniyyət nümunələri - saxsı, bəzək əşyaları və digər məmulatlar arxeoloji fonda verilir.

"Materialların bir hissəsi qeydiyyatdan keçəndən sonra bölgə muzeylərinə və Azərbaycan Tarixi muzeyinə verilir.

Ekspert vurğulaylb ki, abidələrin qorunmasına birbaşa Mədəniyyət Nazirliyi nəzarət edir.

Turizm Agentiyinin balansında olan ərazilərə Turizm Agentliyi nəzarət edir. Bərpa və konservasiya işləri də həmin qurumun məsuliyyətindədir: "Arxeoloq sadəcə qazır, aşkarlayır və təhvil verir".

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər-hansı fəaliyyət, təsərrüfat işləri nəticəsində arxeoloji abidə aşkar olunarsa, dərhal işlər dayandırılmalı və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə və AMEA-nın müvafiq institutuna məlumat verilməlidir. Bundan sonra ərazi nəzarətə götürülür, mütəxəssislərin rəyi ilə arxeoloji qazıntı işləri aparılır.

13
Teqlər:
təmir işləri, biganəlik, tarixi abidələr, arxeoloji qazıntı, arxeoloji tapıntı, arxeoloqlar, arxeologiya, AMEA Arxeologiya institutu
Əlaqədar
Kurort və turizm mərkəzi Naftalanda daha bir unikal abidə tapılıb
Yüzilliklər ərzində dünyaya hökm etmiş imperiyanın mirası Azərbaycana nə qazandıracaq?
Qarabağda Neolit dövrünə aid yaşayış məskəni aşkarlanıb –qazıntı yerindən kadrlar
Uşaqları evin içində, böyükləri həyətdə basdırıblar: Lələtəpənin sirrini türklər açacaqlar
Tarixi abidənin yerində restoran tikilməsinin qarşısı alındı - FOTO