Azərbaycan və Ermənistan prezidentlərinin görüşü

Cari ilin sonunadək prezidentlərin görüşü baş tutmayacaq

42
Ekspert: "Aprel döyüşlərindən sonra belə bir gözlənti vardı ki, böyük dövlətlər Ermənistan hakimiyyətinə təzyiq edəcək, amma bu, baş vermədi"

BAKI, 8 noy — Sputnik. "Həmsədrlər münaqişənin sülh yolu ilə həlli istiqamətində, gələcək addımlar üçün tərəflərlə işləməyə davam edirlər. Bu, çox vacibdir ki, tərəflər həmsədrlərlə və öz aralarında masa üzərində olan təklif və ideyalar, o cümlədən Vyana və Sankt-Peterburq görüşlərində əldə edilmiş razılaşmaların həyata keçirilməsi ilə bağlı ümidlə danışır".

Bunu APA-ya açıqlamasında, Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryanın danışıqlar prosesinin dayandığı barədə bəyanatına münasibət bildirən, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. "Biz dialoqu davam etdirmək üçün Hamburq görüşünü səbirsizliklə gözləyirik və hərtərəfli həllə gətirib çıxaracaq istənilən yollarla tərəflərlə işləməyə hazırıq", — deyə o söyləyib.

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə Sputnik-ə açıqlamasında bildirib ki, Şavarş Koçaryanın sözlərində yeni heç nə yoxdur: "Onsuz da danışıqlar prosesi yerində sayır. Həmsədrlər prezidentlərin görüşünü də təşkil edə bilmirlər. Bunun obyektiv səbəbləri var, çünki danışıqlarda irəliləyiş yoxdur".

"Aprel döyüşlərindən sonra belə bir gözlənti vardı ki, böyük dövlətlər Ermənistan hakimiyyətinə təzyiq edəcək ki, mərhələli həll işə düşsün, heç olmasa ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına başlanılsın. Bu, baş vermədi, əksinə erməni təxribatları davam edir: atəşkəsi daim pozurlar, işğal altındakı torpaqlarda yenə də hərbi təlimlər keçirirlər", — siyasi şərhçi qeyd edib.

Politoloqun sözlərinə görə, belə vəziyyətdə danışıqlarda nəticə əldə etmək mümkün deyil: "Erməni tərəfinin xoş niyyəti yoxdur. Uorlik də digər tərəfdən deyir ki, Hamburqda xarici işlər nazirlərinin görüşü olacaq. Almaniya indi ATƏT-in hazırki sədridir və dekabr ayında ATƏT xarici işlər nazirlərinin şurası olacaq. Bu, sıradan növbəti bir görüşdür və ondan da real nəticə gözləmək əbəsdir. Bu görüşün özünün baş tutub-tutmayacağı sual altındadır. Prezidentlərin görüşü də ilin sonuna qədər baş tutmayacaq".

Elxan Şahinoğlu, politoloq
© Sputnik / Murad Orujov
Elxan Şahinoğlu, politoloq

E. Şahinoğlu hesab edir ki, əgər danışıqlarda yeni predmet yoxdursa və Ermənistan heç bir addım atmırsa, biz də bu danışıqlarda iştirakda maraqlı deyilik: "Mən Minsk qrupu həmsədrlərindən də real fəaliyyət gözləmirəm, çünki onların sonuncu səfərləri də böyük təəssüf doğurdu. Gəldilər, dedilər ki, "bəli, Dağlıq Qarabağ ətrafındakı torpaqların boşaldılması lazımdır, amma bununla paralel status məsələsi də müzakirə olunmalıdır". Faktiki olaraq, bu paket həll variantı bizim maraqlara cavab vermir. Münaqişə mütləq şəkildə mərhələli həll şəklində həll olunmalıdır".

"Həmsədrlərin dediyi isə odur ki, torpaqların boşaldılması statusa bağlanır. Ona görə, həmsədrlərin bu cür fəaliyyəti və açıqlamaları münaqişənin həllinə deyil, onun daha da konservləşdirilməsinə xidmət edir", — təhlilçi vurğulayıb.

Qeyd edək ki, Hamburqda ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək. Toplantıda Azərbaycan, Ermənistan xarici işlər nazirləri və Minsk qrupunun həmsədrləri iştirak edəcək.

42
Teqlər:
görüş, Azərbaycan, Ermənistan, Sankt-Peterburq, Vyana, Minsk Qrupu, həmsədrlər
Əlaqədar
Amerikalı həmsədr Ermənistanı Qarabağı tərk etməyə çağırıb
İlham Əliyev: "Dağlıq Qarabağa dair məqbul güzəşt mümkündür"
İlham Əliyev: "Əgər biz razılığa gəlsək, Dağlıq Qarabağ muxtar respublika ola bilər"
KTMT üzvləri Yerevanda Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
İlham Əliyev: bizə təzyiqlər göstərilir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılıq verək
Qarabağ münaqişəsi həll oluna bilərdi, amma...
Uorlik: "ABŞ Dağlıq Qarabağda sülh prosesinə sadiqdir"

Cəbrayıl rayonunun daha bir azad edilmiş kəndinin görüntüləri yayıldı - VİDEO

24
(Yenilənib 15:40 23.01.2021)
Cəbrayıl rayonunun Aşağı Maralyan kəndi 2020-ci il oktyabrın 3-də Azərbaycan Ordusunun əks-hücumu nəticəsində azad edilib.

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Aşağı Maralyan kəndindən videogörüntülər paylaşıb. Aşağı Maralyan Cəbrayıl rayonunun Karxulu inzibati ərazi vahidinə daxildir və Araz çayının sol sahilində, düzənlikdə yerləşir.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

24
Şəhid Rahim Mikayılovun dəfni

İtkin xəbərindən bir neçə gün sonra oğlu dünyaya gələn şəhid torpağa tapşırıldı

136
(Yenilənib 16:09 23.01.2021)
Sentyabr ayının 29-da şəhid xəbəri çıxsa da, nəşi gəlmədiyindən itkin kimi qeydə alınan Rahim Mikayılovun şəhid olma xəbəri son iki gündə tam təsdiqlənib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 23 yanvar — Sputnik. Bu gün barəsində 107 gün heç bir xəbər çıxmayan şəhid baş leytenant Rahim Qabil oğlu Mikayılov doğulduğu Quba rayonunun İkinci Nügədi kəndində dəfn olunub. Sentyabr ayının 29-da şəhid xəbəri çıxsa da, nəşi gəlmədiyindən itkin kimi qeydə alınan Rahim Mikayılovun şəhid olma xəbəri son iki gündə tam təsdiqlənib və o, bu gün dəfn olunub.

  • Şəhid Rahim Mikayılov
    © Photo : Courtesy of Leyla Abdullayeva
  • Şəhid Rahim Mikayılovun dəfni
    © Sputnik / Leyla Abdullayeva
  • Şəhid Rahim Mikayılovun dəfni
    © Sputnik / Leyla Abdullayeva
1 / 3
© Photo : Courtesy of Leyla Abdullayeva
Şəhid Rahim Mikayılov

Rahim Mikayılov ailəlidir. Şəhid olandan bir neçə gün sonra oğlu dünyaya gəlib.

Onu da qeyd edək ki, Quba bu gün Vətən müharibəsində qurban verdiyi 48-ci şəhidini dəfn edir.

136
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

0
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

0