QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan ordusu erməni təxribatının qarşısını alıb

© FlickrAzərbaycan əsgəri
Azərbaycan əsgəri - Sputnik Azərbaycan
Abunə olmaq
Düşmən tərəfinin fəaliyyəti əvvəlcədən aşkar edilərək ona qarşı qabaqlayıcı atəş zərbələri vurulub

BAKI, 27 okt — Sputnik. Oktyabrın 26-da axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri, mürəkkəb iqlim şəraitindən istifadə edərək, cəbhənin cənub istiqamətində mövqelərimizə yaxınlaşmaqla təxribat törətməyə cəhd göstəriblər. Sputnik Müdafiə Nazirliyinin (MN) rəsmi saytına istinadən xəbər verir ki, düşmən tərəfinin fəaliyyəti əvvəlcədən aşkar edilərək ona qarşı qabaqlayıcı atəş zərbələri vurulub.

Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib. Müdafiə Nazirliyi xəbərdar edir ki, qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Xəbər lenti
0