Atəşkəsin pozulması

Bala Cəfərli istiqamətində atışma

14
Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

BAKI, 20 ok — Sputnik. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 22 dəfə pozub. Sputnik Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

14
Teqlər:
cəbhə, atəşkəs, atəş, erməni, erməni silahlı bölmələri, Azərbaycan Silahlı Qüvvələri
Əlaqədar
Mövqelərimiz atəşə tutulub
Atəşkəs pozulmaqda davam edir
Ermənistan hərbçiləri atəşkəsi pozublar
Mövqelərimiz atəşə tutulub
Atəşkəs yenə pozulub
Ermənilər atəşkəs rejiminə məhəl qoymurlar
Tərtər və Goranboy istiqamətlərində atəşkəs pozulub
Politoloq Tofiq Abbasov

Avropa Parlamentinin qərəzli bəyanatının arxasında dayanır? politoloq şərhi

21
(Yenilənib 15:46 03.08.2021)
Politoloq Tofiq Abbasov deyir ki, 30 ilə yaxın bir müddət ərzində boyunlarına götürdükləri iş üçün vaxtı nəyə sərf etdiklərini biz bilirik
Tofiq Abbasov: “Avropa Parlamenti Rusiyanın rolunu azaltmağa çalışır”

Avropa Parlamentində (AP) Cənubi Qafqaz ölkələri iə Əməkdaşlıq Komitəsinin həmsədri M.Kalyurand (Estoniya), Azərbaycan və Ermənistan üzrə AP daimi məruzəçiləri Jelyana Zovko (Xorvatiya) və Andrey Kovaçev (Bolqarıstan) “Azərbaycan və Ermənistan arasında gərginliklə bağlı” Birgə Bəyanat imzalayıblar.

Politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a deyir ki, Avropa parlamentinin Azərbaycana qərəzi həmişə olub: “Bu qərəzin arxasında duran niyyət odur ki, onlar bizim regionda daha geniş formatda iştirak etmək istəyirlər. Çalışırlar Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı öz iştiraklarını həkk etsinlər. Amma bu olan iş deyil. Çünki 30 ilə yaxın bir müddət ərzində boyunlarına götürdükləri iş üçün vaxtı nəyə sərf etdiklərini biz bilirik. Onlar Avropa dəhlizlərində belə taktika həyata keçirmək istəyirlər ki, birincisi Rusiyanın burada rolunu azaltsınlar. Digər tərəfdən əldə olunmuş bəyanatın təsirini zəiflətmək istəyirlər ki, mövcud tablonu sıfırlayaraq özlərinin iştirak etdiyi yeni səhifə açsınlar. Amma bu alınmayacaq, onlar başqalarının gördüyü konstruktiv işə kölgə salmağa çalışırlar”.

Tofiq Abbasovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

21

Qarabağı daha da yaşıllşdırmaq öz əlimizdədir - ianə edək!

19
Erməni işğalçı qüvvələri Qarabağın flora və faunasını məhv edərək bu bölgənin biomüxtəlifliyinə və təbii sərvətlərinə böyük ziyan vurublar

BAKI, 2 avqust — Sputnik. Qarabağın daha da yaşıllaşdırılması üçün #QarabağÜçünİanəEt kampaniyasına başlanılıb. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Qarabağ Dirçəliş Fondu tərəfindən müvafiq aksiyaya start verilib. Fond tərəfindən ölkə ictimaiyyətinə edilən müraciətdə hazırda qardaş ölkədə davam edən yanğınların, ekoloji qətliamın 30 il ərzində işğal altında olmuş torpaqlarımızda da yaşandığına diqqət çəkilib.

"Türkiyənin böyük bir hissəsinin alovlara büründüyü bir vaxtda demək olar ki, hər bir Azərbaycan vətəndaşı qardaş xalqla öz həmrəyliyini nümayiş etdirir. Eyni zamanda xilasedicilərimiz həyatlarını riskə ataraq türkiyəli yanğınsöndürənlərlə çiyin-çiyinə mübarizə aparır, alovu cilovlamağa çalışırlar. Meşələri qəsdən məhv edənləri, heyvanları məhv edənləri, su ehtiyatlarını çirkləndirənləri - bir sözlə, hər birimizin olan ətraf mühitə ziyan vuranları başa düşmək mümkün deyil. Siyasi baxışlarımızdan asılı olmayaraq heç birimiz başqa bir planetdə yaşamırıq, deməli onlar siyasi rəqiblərinə bu şəkildə zərər verməyə çalışmaqla özlərinə də zərər verirlər. Təəssüf ki, bu gün Türkiyənin üzləşdiyi problem bizim üçün yeni deyil", - deyə müraciətdə vurğulanır.

Daha sonra sənəddə erməni qəsbkarlarının Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında törətdikləri ekoloji qətlimalara diqqət çəkilib.

"Təxminən otuz ildir ki, erməni işğalçı qüvvələri Qarabağın flora və faunasını məhv edərək bu bölgənin biomüxtəlifliyinə və təbii sərvətlərinə böyük ziyan vurublar. Ərazilərin davamlı olaraq yandırılması, su ehtiyatlarının çirkləndirilməsi, qiymətli ağac növlərinin kəsilməsi, faydalı qazıntıların amansızcasına çıxarılması, su mənbələrinə və torpağa zəhərli maddələrin atılması, su terroru və s. buna nümunədir. Bütün bunlar onilliklər ərzində Qarabağda baş verirdi, beynəlxalq ictimaiyyət isə bu biabırçılığa, qanunsuz əməllərə biganə yanaşır, yalnız mənasız bəyanatlar verməklə kifayətlənirdi", - deyə sənəddə bildirilir.

Bundan əlavə sənəddə işğaldan azad olunmuş ərazilərdə zərərin miqyasını daha yaxşı başa düşmək üçün bir neçə nümunələrə istinad edilir.

"Əvvəllər işğal olunmuş Qarabağ ərazisində meşə örtüyünün sahəsi 260 min hektar idi. Deməli, işğal illərində təxminən 54 min hektar meşə örtüyü ermənilər tərəfindən məhv edilib. Ermənilərin özlərinin məlumatına görə, yalnız 2014-2018-ci illərdə Qarabağda bütün Ermənistana nisbətən 2,3 dəfə çox ağac kəsilib (404,800 kubmetr / 175,300 kubmetr). Eldar şamı, qoz, palıd, xurma və s. də daxil olmaqla qiymətli ağac növləri ciddi zərər görüb. Karabakh.Center (www.karabakh.center) saytında Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki həmkarlarımızın və müstəqil tədqiqatçıların köməyi ilə Qarabağda erməni işğalçıları tərəfindən törədilmiş EKOSİD haqqında bir çox maraqlı faktlar toplamışıq. Həmin faktlarla üç dildə ətraflı şəkildə tanış ola bilərsiniz. Bu məlumatları oxuyun və paylaşın ki, mümkün qədər çox insan bu cinayətlər haqqında həqiqəti öyrənsin", - deyə müraciətdə bildirilir.

"Hazırda hər birimizin Qarabağın ekologiyasının bərpası prosesini dəstəkləmək imkanı var. Bunun üçün Qarabağ Dirçəliş Fonduna ianə etmək kifayətdir. Fondumuz Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sıx əməkdaşlıq edərək doğma Qarabağımızda pozulmuş ekoloji tarazlığın bərpasına fəal dəstək verəcək. Siz də bu vacib prosesin bir hissəsi ola bilərsiniz", - deyə müraciətdə qeyd olunur.

İanə etmək üçün aşağıdakı linklərdən istifadə etmək olar:

https://qdf.gov.az/iane-et/

Erməni işğalçılarının Qarabağın ekologiyasına vurduğu ziyanla bağlı məqalələrlə bu linklərlə tanış olmaq olar:

AZ: https://story.karabakh.center/az/qarabagda-ekosid

RUS: https://story.karabakh.center/ru/ekotsid-v-karabakhe

ENG: https://story.karabakh.center/en/ecocide-in-karabakh

Eləcə də oxuyun:

 

19
Teqlər:
Qarabağ, Yanğın, ianə, ağac, işğal, zərər, ağacların kəsilməsi, nadir heyvan növləri
Pandemiya zamanı imtahan, arxiv şəkli

Təhsil naziri: müəllim işləmək istəyənlərin sayı artıb

0
"Orta hesabla hər il 3000 vakant yer təkrar olaraq müsabiqəyə çıxarılır. Orada da ya müddətli vakant yerlər olur, ya da ucqar yerlər olduğu üçün o yerlərə getmirlər"

BAKI, 4 avqust — Sputnik. Azərbaycanda müəllim olmaq istəyənlərin sayı kəskin artıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə bu gün təhsil naziri Emin Əmrullayev özünün sosial şəbəkə hesabında müəllimlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarında iştirak üçün qeydiyyatdan keçənlərin sayı bu il 18 min nəfərdən 60 min nəfərə qədər artıb.

Nazir onu da qeyd edib ki, ümumilikdə müəllim peşəsinə və MİQ imtahanlarına maraq artıb.

"60 minə yaxın namizəd qeydiyyatdan keçsə də, MİQ imtahanlarında 46 930 nəfər iştirak edib. Onların heç də hamısı işsiz müəllimlər deyil. 10259 nəfər dövlət müəssisələrində işləyən şəxslərdir. Bu il ilkin ehtimal edilən vakant yerlərin sayı 7718 olub. Orta hesabla hər il 3000 vakant yer təkrar olaraq müsabiqəyə çıxarılır. Orada da ya müddətli vakant yerlər olur, ya da ucqar yerlər olduğu üçün o yerlərə getmirlər", - deyə nazir vurğulayıb.

Emin Əmrullayev həmçinin deyib ki, Bakı, Sumqayıt, Abşeron üzrə 1055 vakant yer müsabiqəyə çıxarılıb.

"Hazırda ölkədə 13,3 min nəfər ingilis dili müəllimi var. Bu il üçün ingilis dili müəllimliyinə 478 vakant yer çıxarılıb. Riyaziyyat fənni üzrə isə 378 vakant yer təqdim olunub. Həmçinin bu il üçün ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili və riyaziyyat fənləri üzrə ümumilikdə 1412 vakansiya var", - deyə nazir bildirib.

Əmrullayevin sözlərinə görə, müəllimlərin böyük qismi gənclərdir.

Eləcə də oxuyun:

0
Teqlər:
müəllim, müsabiqə, , qəbul, nazir, məktəb, imtahan