Atəşkəs pozulması

Ermənistan hərbçiləri atəşkəsi pozublar

17
(Yenilənib 10:44 13.10.2016)
Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

BAKI, 13 okt — Sputnik. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 28 dəfə pozub. Sputnik Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

17
Teqlər:
erməni silahlı bölmələri, atəş, Azərbaycan Silahlı Qüvvələri, atəşkəs, cəbhə, ordu, əsgər
Əlaqədar
Mövqelərimiz atəşə tutulub
Atəşkəs yenə pozulub
Ermənilər atəşkəs rejiminə məhəl qoymurlar
Tərtər və Goranboy istiqamətlərində atəşkəs pozulub
Cəbhədə birtərəfli atəşkəs pozuntusu halları davam edir
Düşmən iriçaplı pulemyotlarla mövqelərimizə atəş açıb
Düşmən yenə atəşkəsi pozub
Ermənistan atəşkəsi pozub
Politoloq Elşən Manafov

Politoloq: “Bunlar Ermənistan hakimiyyətində illuziyaların yaranmasına səbəb olub”

8
(Yenilənib 16:09 23.07.2021)
Politoloq Elşən Manafov deyir ki, parlament seçkilərindən sonra da Paşinyan hakimiyyəti çıxılmaz vəziyyətdədir
Elşən Manafov: “Ermənistanda siyasi böhranın olması aşkardır”

“Prezidentin bölgələrə səfəri zamanı verdiyi bəyanatlarda ən diqqət çəkənlər biri də Rusiya prezidenti ilə qarşılıqlı münasibətləri barədə olan fikirlərdir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Elşən Manafov deyib.

 O bildirib ki, Moskvada prezidentlər arasında əldə olunmuş razılıqlardan biri Rusiyanın moderatorluğu ilə imzalanmış üçtərəfli bəyanatların həyata keçirilməsidir. Həmin razılıqlar bölgədə nəqliyyat-kommunikasiya xətlərinin açılmasını özündə ehtiva edir. Ermənistanda siyasi böhranın olması aşkardır. Görünür ki, parlament seçkilərindən sonra da Paşinyan hakimiyyəti çıxılmaz vəziyyətdədir. Amma bununla belə Ermənistan hakimiyyətində müəyyən ümidlər var. Bu ümidlər Avropa Birliyi sədrinin bölgəyə səfərindən sonra arta bilər. Bütün bunlar Ermənistan hakimiyyətində müəyyən illuziyaların və ümidlərin yaranmasına səbəb olub”.

Elşən Manafovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

8

Göytəpə kəndinin xarabalıqları - Müdafiə Nazirliyi ürək ağrıdan görüntüləri paylaşdı

20
(Yenilənib 14:11 23.07.2021)
Müdafiə Nazirliyi işğaldan azad edilmiş Ağdam rayonunun Göytəpə kəndindən çəkilmiş ən son videogörüntüləri ictimaiyyətə təqdim edib.

Müdafiə Nazirliyi Ağdam rayonunun Göytəpə kəndindən videogörüntülər yayımlayıb.

Göytəpə — Azərbaycan Respublikasının Ağdam rayonunun Göytəpə kənd inzibati ərazi dairəsində kənddir. Bu kənd 1990-cı illərdə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilib. 

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Üçtərəfli bəyanat nəticəsində azad edilən kəndlərdən biri də Göytəpədir. İndi bu kənddən ancaq xarabalıqlar qalıb. 

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin Göytəpə kəndindən çəkilmiş ən son görüntüləri təqdim edir.

20
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Müdafiə Nazirliyində təyinatlar davam edir - SƏRƏNCAMLAR

123
(Yenilənib 19:50 23.07.2021)
Ali Baş Komandan İlham Əliyev imzaladığı sərəncamlarla Müdafiə Nazirliyində bir sıra yeni təyinatlar həyata keçirib.

BAKI, 23 iyul - Sputnik. General-mayor Ənvər Zəkəriyyə oğlu Əfəndiyev müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Ə.Əfəndiyev Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Həmçinin General-leytenant Nizam Ramazan oğlu Osmanov müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, N.Osmanov Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

General-mayor Kənan Əlihüseyn oğlu Seyidov isə Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini - qərargah rəisi vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, K.Seyidov 5-ci Ordu Korpusunun komandiri təyin olunub.

Prezidentin daha öncə imzaladığı sərəncamlarla General-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib, Ayaz Binnət oğlu Həsənov isə Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müavini – Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

.

123