Atəşkəs pozulması

Atəşkəs yenə pozulub

474
Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Baş Qərvənd, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

BAKI, 11 okt — Sputnik. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 17 dəfə pozub. Sputnik Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Baş Qərvənd, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

474
Teqlər:
erməni silahlı bölmələri, Azərbaycan Silahlı Qüvvələri, erməni, cəbhə, düşmən
Əlaqədar
Ermənilər atəşkəs rejiminə məhəl qoymurlar
Tərtər və Goranboy istiqamətlərində atəşkəs pozulub
Cəbhədə birtərəfli atəşkəs pozuntusu halları davam edir
Düşmən iriçaplı pulemyotlarla mövqelərimizə atəş açıb
Düşmən yenə atəşkəsi pozub
Ermənistan atəşkəsi pozub
Erməni tərəfi atəşkəs rejiminə əməl etmir
Politoloq Tofiq Abbasov

Avropa Parlamentinin qərəzli bəyanatının arxasında dayanır? politoloq şərhi

21
(Yenilənib 15:46 03.08.2021)
Politoloq Tofiq Abbasov deyir ki, 30 ilə yaxın bir müddət ərzində boyunlarına götürdükləri iş üçün vaxtı nəyə sərf etdiklərini biz bilirik
Tofiq Abbasov: “Avropa Parlamenti Rusiyanın rolunu azaltmağa çalışır”

Avropa Parlamentində (AP) Cənubi Qafqaz ölkələri iə Əməkdaşlıq Komitəsinin həmsədri M.Kalyurand (Estoniya), Azərbaycan və Ermənistan üzrə AP daimi məruzəçiləri Jelyana Zovko (Xorvatiya) və Andrey Kovaçev (Bolqarıstan) “Azərbaycan və Ermənistan arasında gərginliklə bağlı” Birgə Bəyanat imzalayıblar.

Politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a deyir ki, Avropa parlamentinin Azərbaycana qərəzi həmişə olub: “Bu qərəzin arxasında duran niyyət odur ki, onlar bizim regionda daha geniş formatda iştirak etmək istəyirlər. Çalışırlar Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı öz iştiraklarını həkk etsinlər. Amma bu olan iş deyil. Çünki 30 ilə yaxın bir müddət ərzində boyunlarına götürdükləri iş üçün vaxtı nəyə sərf etdiklərini biz bilirik. Onlar Avropa dəhlizlərində belə taktika həyata keçirmək istəyirlər ki, birincisi Rusiyanın burada rolunu azaltsınlar. Digər tərəfdən əldə olunmuş bəyanatın təsirini zəiflətmək istəyirlər ki, mövcud tablonu sıfırlayaraq özlərinin iştirak etdiyi yeni səhifə açsınlar. Amma bu alınmayacaq, onlar başqalarının gördüyü konstruktiv işə kölgə salmağa çalışırlar”.

Tofiq Abbasovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

21

Qarabağı daha da yaşıllşdırmaq öz əlimizdədir - ianə edək!

19
Erməni işğalçı qüvvələri Qarabağın flora və faunasını məhv edərək bu bölgənin biomüxtəlifliyinə və təbii sərvətlərinə böyük ziyan vurublar

BAKI, 2 avqust — Sputnik. Qarabağın daha da yaşıllaşdırılması üçün #QarabağÜçünİanəEt kampaniyasına başlanılıb. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Qarabağ Dirçəliş Fondu tərəfindən müvafiq aksiyaya start verilib. Fond tərəfindən ölkə ictimaiyyətinə edilən müraciətdə hazırda qardaş ölkədə davam edən yanğınların, ekoloji qətliamın 30 il ərzində işğal altında olmuş torpaqlarımızda da yaşandığına diqqət çəkilib.

"Türkiyənin böyük bir hissəsinin alovlara büründüyü bir vaxtda demək olar ki, hər bir Azərbaycan vətəndaşı qardaş xalqla öz həmrəyliyini nümayiş etdirir. Eyni zamanda xilasedicilərimiz həyatlarını riskə ataraq türkiyəli yanğınsöndürənlərlə çiyin-çiyinə mübarizə aparır, alovu cilovlamağa çalışırlar. Meşələri qəsdən məhv edənləri, heyvanları məhv edənləri, su ehtiyatlarını çirkləndirənləri - bir sözlə, hər birimizin olan ətraf mühitə ziyan vuranları başa düşmək mümkün deyil. Siyasi baxışlarımızdan asılı olmayaraq heç birimiz başqa bir planetdə yaşamırıq, deməli onlar siyasi rəqiblərinə bu şəkildə zərər verməyə çalışmaqla özlərinə də zərər verirlər. Təəssüf ki, bu gün Türkiyənin üzləşdiyi problem bizim üçün yeni deyil", - deyə müraciətdə vurğulanır.

Daha sonra sənəddə erməni qəsbkarlarının Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında törətdikləri ekoloji qətlimalara diqqət çəkilib.

"Təxminən otuz ildir ki, erməni işğalçı qüvvələri Qarabağın flora və faunasını məhv edərək bu bölgənin biomüxtəlifliyinə və təbii sərvətlərinə böyük ziyan vurublar. Ərazilərin davamlı olaraq yandırılması, su ehtiyatlarının çirkləndirilməsi, qiymətli ağac növlərinin kəsilməsi, faydalı qazıntıların amansızcasına çıxarılması, su mənbələrinə və torpağa zəhərli maddələrin atılması, su terroru və s. buna nümunədir. Bütün bunlar onilliklər ərzində Qarabağda baş verirdi, beynəlxalq ictimaiyyət isə bu biabırçılığa, qanunsuz əməllərə biganə yanaşır, yalnız mənasız bəyanatlar verməklə kifayətlənirdi", - deyə sənəddə bildirilir.

Bundan əlavə sənəddə işğaldan azad olunmuş ərazilərdə zərərin miqyasını daha yaxşı başa düşmək üçün bir neçə nümunələrə istinad edilir.

"Əvvəllər işğal olunmuş Qarabağ ərazisində meşə örtüyünün sahəsi 260 min hektar idi. Deməli, işğal illərində təxminən 54 min hektar meşə örtüyü ermənilər tərəfindən məhv edilib. Ermənilərin özlərinin məlumatına görə, yalnız 2014-2018-ci illərdə Qarabağda bütün Ermənistana nisbətən 2,3 dəfə çox ağac kəsilib (404,800 kubmetr / 175,300 kubmetr). Eldar şamı, qoz, palıd, xurma və s. də daxil olmaqla qiymətli ağac növləri ciddi zərər görüb. Karabakh.Center (www.karabakh.center) saytında Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki həmkarlarımızın və müstəqil tədqiqatçıların köməyi ilə Qarabağda erməni işğalçıları tərəfindən törədilmiş EKOSİD haqqında bir çox maraqlı faktlar toplamışıq. Həmin faktlarla üç dildə ətraflı şəkildə tanış ola bilərsiniz. Bu məlumatları oxuyun və paylaşın ki, mümkün qədər çox insan bu cinayətlər haqqında həqiqəti öyrənsin", - deyə müraciətdə bildirilir.

"Hazırda hər birimizin Qarabağın ekologiyasının bərpası prosesini dəstəkləmək imkanı var. Bunun üçün Qarabağ Dirçəliş Fonduna ianə etmək kifayətdir. Fondumuz Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sıx əməkdaşlıq edərək doğma Qarabağımızda pozulmuş ekoloji tarazlığın bərpasına fəal dəstək verəcək. Siz də bu vacib prosesin bir hissəsi ola bilərsiniz", - deyə müraciətdə qeyd olunur.

İanə etmək üçün aşağıdakı linklərdən istifadə etmək olar:

https://qdf.gov.az/iane-et/

Erməni işğalçılarının Qarabağın ekologiyasına vurduğu ziyanla bağlı məqalələrlə bu linklərlə tanış olmaq olar:

AZ: https://story.karabakh.center/az/qarabagda-ekosid

RUS: https://story.karabakh.center/ru/ekotsid-v-karabakhe

ENG: https://story.karabakh.center/en/ecocide-in-karabakh

Eləcə də oxuyun:

 

19
Teqlər:
Qarabağ, Yanğın, ianə, ağac, işğal, zərər, ağacların kəsilməsi, nadir heyvan növləri
 Yardımlıda meşə yanğını

FHN: "Yardımlıda meşə zolağında yanğının söndürülməsi əməliyyatları davam edir"

0
(Yenilənib 19:29 04.08.2021)
Yanğın mürəkkəb relyefli yüksək dağlıq ərazidə baş verdiyinə görə yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur.

BAKI, 4 avqust — Sputnik. Yardımlı rayonunun Honuba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki meşə zolağında baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər fasiləsiz olaraq davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, ilkin hesablamaya əsasən, təqribən 30 hektar ərazi yanıb. Hazırda aktiv yanğın ocaqları, təqribən 1 hektar ərazini əhatə edir. Yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin 1 ədəd helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin və Regional Ekologiya İdarəsinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğın mürəkkəb relyefli yüksək dağlıq ərazidə baş verdiyindən yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək qarşıdakı günlərdə havanın temperaturunun daha da yüksəlməsi fonunda yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.

Həmçinin oxuyun:

Lənkəranın dağlıq ərazisində baş verən meşə yanğınları söndürülüb

Firuddin Əliyev: “Yanğınların 90 faizi antropogen təsirlər nəticəsində yaranır”

0