Pedro Aqramunt

"Bütün münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır"

20
(Yenilənib 15:43 10.10.2016)
AŞPA sədri: "Dövlətlərin sərhədləri güclə deyil, yalnız ikitərəfli razılıq əsasında dəyişilə bilər"

BAKI, 10 okt — Sputnik. "Bütün münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir". Sputnik-ə APA-ya istinadən xəbər verir ki, bu sözləri bu gün Strasburqda keçirilən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının ilk iş günündə qurumun sədri Pedro Aqramunt deyib.

Ukraynadakı vəziyyətdən danışan AŞPA sədri bütün üzv dövlətlərdəki münaqişələrinin həll edilməsinin vacibliyini vurğulayıb: "Bütün münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir, bir daha xatırladıram, bütün münaqişələr… Dövlətlərin sərhədləri güclə deyil, yalnız ikitərəfli razılıq əsasında dəyişilə bilər".

"Ukraynada baş verən münaqişə, Krımın ilhaq olunması, eyni zamanda, Gürcüstan, Moldova və Azərbaycandakı münaqişə qəbuledilməzdir. Avropalı olaraq, biz yaşadığımız ümumi məkanımızda baş verən münaqişələri həll etməliyik və burada parlament diplomatiyası siyasi danışıqları ruhlandırmaq istiqamətində adekvat vasitədir. Biz bizi ayıran fərqli fikirləri müzakirə edərək, bunu burada qarşı-qarşıya oturub çəkinmədən etməli, birlikdə çıxış yolları tapmalıyıq", — P. Aqramunt bildirib.

20
Teqlər:
payız sessiyası, Pedro Aqramunt, münaqişə, AŞPA, Avropa Şurası Parlament Assambleyası, ərazi bütövlüyü
Əlaqədar
Prezident: Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir
Roma Papası: Arzu edirəm ki, Qafqaz regionunda münaqişələr həllini tapsın
Qarabağ münaqişəsi ABŞ-ın dəstəyi ilə ədalətli həll oluna bilər
Uruqvay Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəkləyir