QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan ordusu şəhid verib

© Sputnik / StringerAzərbaycan Respublikasının Müdafiə Nazirliyi
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə Nazirliyi: "Ermənistan tərəfinin cəbhə xəttində növbəti təxribatı vəziyyətin gərginləşməsinə səbəb olacaq"

BAKI, 6 okt — Sputnik. Ermənistan yenidən cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi üçün təxribat əməllərinə başlayıb. Sputnik Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 5-də axşam saatlarında qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Məmmədov Sahil Sabir oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir: "Bildiririk ki, qoşunların qarşıdurma xəttində baş verən növbəti qanlı təxribata görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".

Xəbər lenti
0