Fransua Olland və Yoahim Qauk

Fransa Almaniya prezidentləri Serj Sarkisyana yazıblar?

180
(Yenilənib 16:39 13.10.2016)
Fransua Olland və Yoahim Qauk Qarabağ münaqişəsinin həllinə kömək etmək istədiklərini açıqlayıblar

BAKI, 21 sen-Sputnik. Fransa prezidenti Fransua Olland Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində Ermənistan və Azərbaycan prezidentlərini qəbul etməyə hazır olduğunu bildirib.

Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Fransa prezidenti Serj Sarkisyana ünvanladığı məktubda Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə ədalətli həllinə sadiq qaldığını vurğulayıb.

"Uzun müddət davam edən bu münaqişənin həlli prosesinin irəliləməsi ilə bağlı tədbirlərin müzakirəsi üçün Parisdə prezidentlər səviyyəsində görüşü təşkil etməyə hazıram" — deyə Olland məktubda bildirib.

Almaniya da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etməyə hazır olduğunu açıqlayıb.

RİA Novosti-nin məlumatına görə, Almaniya prezidenti Yoahim Qaukun Ermənistan prezidenti Serj Sarkisyana ünvanladığı məktubda bu barədə bildirib.

Qauk qeyd edib ki, Almaniya ATƏT-in fəaliyyətdə olan sədri kimi Qarabağ münaqişəsinin tezliklə həllinə kömək etmək istəyir.

180
Teqlər:
Almaniya prezidenti Yoahim Qauk, Fransa prezidenti Fransua Olland, Ermənistan prezidenti Serj Sarkisyan, Ermənistan, Almaniya
Əlaqədar
Rusiya və Ermənistan XİN rəhbərləri Qarabağ münaqişəsini müzakirə ediblər
"Müzakirə predmeti yeddi rayon yox, Dağlıq Qarabağ olmalıdır"
"Heç Qarabağ döyüşlərində bu qədər insan ölmürdü"
Rusiya və Fransalı nazirlər Dağlıq Qarabağ problemini müzakirə ediblər
Qarabağ danışıqlarıyla bağlı ziddiyyətli məlumatlar haradan qaynaqlanır?
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində

Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını ucaldıb - VİDEO

14
(Yenilənib 21:04 23.11.2020)
Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.

Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

Ağdam rayonu Ermənistan silahlı qüvvələri tərəfindən noyabrın 20-də üçtərəfli bəyanatın şərtlərinə əsasən azad edilib.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 9-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

14
Teqlər:
Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Cümə məscidi, Üçtərəfli bəyanat, Azərbaycan bayrağı, Ağdamın azad olunması
Российские миротворцы в Карабахе, фото из архива

Rusiyalı zabit Qarabağda minaya düşdü - RƏSMİ

104
(Yenilənib 19:58 23.11.2020)
Hadisə nəticəsində həmçinin 4 erməni separatçının yaralandığı və 1 azərbaycanlı zabitin həlak olduğu bildirilir. Həlak olan azərbaycanlı zabit korpus komandirinin müavini, polkovnik Babək Səmidlidir.

BAKI, 23 noyabr — Sputnik. Rusiya sülhməramlı kontingentinin zabiti Qarabağda mina partlaması nəticəsində yaralanıb. Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Məlumata əsasən, mina partlaması nəticəsində yaralanmış rusiyalı zabit Bakıya hərbi hospitala gətirilib. Onun həyatına təhlükə yoxdur.

Hadisə nəticəsində həmçinin 4 erməni separatçıının yaralandığı və 1 azərbaycanlı zabitin həlak olduğu bildirilir. Həlak olan azərbaycanlı zabit korpus komandirinin müavini, polkovnik Babək Səmidlidir.

İnsident Tərtərin Suqovuşan kəndi ərazisində baş verib.

104
Teqlər:
hərbi hospital, polkovnik, zabit, mina
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə