Atəşkəs pozulması

Düşmən təxribat törətməkdə davam edir

5
Ağdam, Xocavənd və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

BAKI, 9 sen — Sputnik. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 24 dəfə pozub. Sputnik Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qorqan, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

5
Teqlər:
Azərbaycan Silahlı Qüvvələri, düşmən, erməni, cəbhə, atəşkəs, atəş
Əlaqədar
Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs pozulub
Atəşkəs pozulması davam edir
Atəşkəs pozulması halları davam edir
Erməni əsgərləri atəşkəsi pozublar
Qazax və Gədəbəy istiqamətində atəşkəs pozulub
Sutka ərzində atəşkəs rejimi 16 dəfə pozulub
Atəşkəs pozulub

Müharibənin əks-sədası: torpaqların təmizlənməsini gözləmək lazımdır - VİDEO

25
(Yenilənib 17:15 22.04.2021)
Azərbaycanın müharibə bölgəsindəki kəndlərinin sakinləri vaxtaşırı düşmənin yerləşdirdiyi minaya düşürlər. Kəndlilər belə bir həyat haqqında nə düşünürlər. Bu barədə daha ətraflı Sputnik Azərbaycan-ın videosunda.

Azərbaycan torpaqlarını işğal edərkən Ermənistan tərəfi məqsədyönlü şəkildə bu əraziləri minalayıb. Üçtərəfli atəşkəs bəyannaməsi imzalanandan bəri mina partlaması nəticəsində Azərbaycanın 20 mülki vətəndaşı və hərbçisi ölüb, daha 85 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Sakinlər inanırlar ki, səbrlə bu ərazilərin minalardan təmizlənməsini gözləməlidirlər. Çünki Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin əməkdaşları azad edilmiş ərazilərdə intensiv rejimdə işləyirlər.

Düşmən Tərtər bölgəsindəki Qapanlı kəndinin sakinlərini daim qorxu içində saxlamağa çalışaraq, bu illər ərzində həmin kəndə bütün növ silahlardan atəş açıblar, eyni zamanda təxribatçı qruplar oraya minalar yerləşdiriblər.

Mülki əhali "müharibənin əks-sədası"ndan əziyyət çəkməyə və ölməyə davam edir. Ermənistan tərəfinin minalanmış ərazilərin xəritələrini verməkdən imtina etdiyini nəzərə alsaq, bütün bu torpaqların minalardan tamamilə təmizlənməsini hələ uzun müddət gözləmək lazım gəlir.

 

25
Teqlər:
video, işğaldan azad edilmiş ərazilər, Qarabağ, mina
Rusiya sülhməramlıları Kəlbəcərə 200 ton yükün çatdırılmasını təmin ediblər

Rusiya sülhməramlıları Kəlbəcərə 200 ton yükün çatdırılmasını təmin ediblər - FOTO

12
(Yenilənib 12:58 22.04.2021)
Rusiya sülhməramlılarının vasitəçiliyi ilə on üç avtomobil kolonnası vasitəsilə 2400 tondan çox yük daşınıb. Budəfəki yük elektrik avadanlığı, tikinti avadanlığı və materiallarından ibarət olub.

 

BAKI, 22 aprel — Sputnik. Qarabağa yerləşdirilən Rusiya sülhməramlıları Azərbaycanın işğaldan azad olunan əraziləri arasında humanitar yüklərin tranzitini təmin etməyə davam edirlər. Bu barədə Sputnik Azərbaycan Rusiya Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir.

"Sosial obyektlər və yaşayış evlərinin elektrik və su ilə təminatının bərpası üçün Humanitar Yardım Mərkəzinin 17 "KamAZ" markalı hərbi avtomobil və onları müşayiət edən maşınlardan ibarət kolonnası Suqovuşan-Kəlbəcər marşrutu üzrə Kəlbəcər rayonuna təxminən 200 ton həcmində yük çatdırıb. Yük elektrik avadanlığı, tikinti avadanlığı və materiallarından ibarət olub", - deyə məlumatda bildirilir.

1 / 4
Rusiya sülhməramlıları Kəlbəcərə 200 ton yükün çatdırılmasını təmin ediblər

Qeyd olunur ki, Rusiya sülhməramlılarının vasitəçiliyi ilə on üç avtomobil kolonnası vasitəsilə 2400 tondan çox yük daşınıb.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

 

12
Teqlər:
sülhməramlılar, Rusiya, yük, Azərbaycan, Qarabağ, Kəlbəcər
Volkswagen ID.4

Bu ilin ən yaxşı avtomobili elan olundu

0
(Yenilənib 23:53 22.04.2021)
2021-ci ildə heç bir maşın onu qabaqlaya bilmədi: Bu alman avtomobil markası Yaponiya istehsalı olan iki rəqibini xeyli geridə qoyub.

BAKI, 23 aprel — Sputnik. "World Car Awards"-un münsiflər heyəti elektrikli heçbek "Volkswagen ID.4"-ü 2021-ci ilin ən yaxşı avtomobili elan edib. Səsvermənin nəticələri müsabiqənin saytında yerləşdirilib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla məlumat yayıb.

"Bu böyük qələbə münasibətilə "Volkswagen"-i ürəkdən təbrik edirik. Yalnız üçüncü elektrikli avtomobil (yarış tarixində) bu prestijli mükafatı qazandı!", – deyə təşkilatçılar müsabiqənin "Twitter"-dəki səhifəsində yazıblar.

"Volkswagen"-in əsas rəqibləri "Toyota Yaris" və elektrikli "Honda E" olub. Qalib 798 bal, digər avtomobillər isə müvafiq olaraq 742 və 732 bal toplaylıblar.

Bununla belə, "Honda E" "Ən yaxşı şəhər avtomobili" adına layiq görülüb.

Bundan başqa, "Porsche 911 Turbo" "Ən yüksək performanslı", "Mercedes-Benz S-Class" "Ən dəbdəbli" və "Land Rover Defender" ən yaxşı dizayna malik avtobil kimi mükafata layiq görülüb.

Qeyd edək ki, "World Car Awards"-un versiyasına əsasən, 2020-ci ildə ən yaxşı avtomobil mükafatını "Kia Telluride" qazanmışdı.

0