QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ordumuzun mövqeləri pulemyot və snayper tüfənglərindən atəşə tutulub

© REUTERS / Zulfiya SafkhanovaАзербайджанские военнослужащие на боевом посту. Архивное фото
Азербайджанские военнослужащие на боевом посту. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimi ümumilikdə 14 dəfə pozulub.

BAKI, 12 avq — Sputnik. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 14 dəfə pozub.

Sputnik-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Berdavan, Barekamavan, İcevan rayonunun Paravakar, Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Həmçinin Ağdam, Xocavənd, Cəbrayıl rayonlarındakı mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Xəbər lenti
0