Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putinlə Ərdoğanın Sankt-Peterburq görüşünün gündəliyi açıqlanıb

© Sputnik / Sergey Guneev / Mediabanka keçidCumhurbaşkanı Recep Tayyip Erdoğan ve Rusya Devlet Başkanı Vladimir Putin
Cumhurbaşkanı Recep Tayyip Erdoğan ve Rusya Devlet Başkanı Vladimir Putin - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə və Rusiya prezidentləri Qarabağ problemini də müzakirə edəcəklər.

BAKI, 4 avq-Sputnik. Moskva ilə Ankara arasında təyyarə böhranından sonra ilk dəfə Rusiya prezidenti Vladimir Putin ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 9 avqustda Sankt-Peterburqda görüşəcəklər. Kremlin sözçüsü Dmitri Peskov görüşdə hansı məsələlərin müzakirə ediləcəyini açıqlayıb.

Sputnik xəbər verir ki, Peskov görüş zamanı münasibətlərin bərpası istiqamətində ciddi müzakirələrin aparılacağını deyib. O, bildirib ki, bundan başqa, iqtisadi məsələlər də diqqət mərkəzində olacaq.

Peskovun sözlərinə görə, görüş zamanı liderlər həm də Suriya da daxil olmaqla bölgədəki problemlərlə bağlı fikir mübadiləsi aparacaqlar.

Türkiyədəki diplomatik mənbə Sputnik-in əməkdaşına bildirib ki, prezidentlərin görüşündə regional münaqişələr müstəvisində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də müzakirə ediləcək.

Xəbər lenti
0