Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

İCTV kanalının çəkiliş qrupuna Azərbaycan icazə verib

23
XİN: "Kanalın işğal olunmuş ərazilərimizdən hazırladığı verilişin mahiyyəti ilə razılaşmasaq da, onun əməkdaşları işğal olunmuş ərazilərimizə Azərbaycanın qanunlarına hörmət edərək, müvafiq icazə və akkreditasiya kartı əsasında səfər ediblər"

BAKI, 15 iyul — Sputnik. "Ukraynanın İCTV kanalının çəkiliş qrupu bir müddət bundan əvvəl Azərbaycanda olub və qoşunların təmas xəttindəki vəziyyət, Ermənistan qoşunlarının mülki Azərbaycan əhalisinə qarşı törətdikləri hücumlar barədə ətraflı və obyektiv veriliş hazırlayıb".

Bunu, İCTV kanalının çəkiliş qrupunun Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə əlaqədar KİV-in sorğusuna cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev eyib: "Bundan sonra İCTV-nin çəkiliş qrupu rəsmən Xarici İşlər Nazirliyinə müraciət edib və Azərbaycanın işğal olunmuş ərazilərində çəkiliş aparılması üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin akkreditasiyası və icazəsini xahiş edib".

İCTV-nin redaktor müavini Viktor Soroka tərəfindən XİN-nə ünvanlamış 12 may 2016-ci il tarixli məktubda isə deyilir: "Jurnalist Yaroslav Marçenko və Oleksandr Kulakov Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə, o cümlədən Azərbaycanın qanunlarına tam hörmət edirlər. Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə səfər heç bir halda işğal edilmiş ərazilərdə yaradılmış qondarma rejimin təşviqinə xidmət etməyəcək. Bununla əlaqədar, İCTV-nin çəkiliş qrupuna Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər üçün icazə və akkreditasiya verməyinizi xahiş edirik".

"Xarici KİV nümayəndələrinin akkreditasiya qaydalarına uyğun olaraq, bu müraciət nəzərdən keçirilmiş və İCTV kanalının çəkiliş qrupuna Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmək üçün icazə və akkreditasiya verilib. XİN tərəfindən xarici KİV nümayəndələrinə verilən akkreditasiya kartı bütün Azərbaycan ərazisində, o cümlədən Xankəndi, Şuşa, Ağdam, Kəlbəcər və digər işğal olunmuş ərazilərimizdə hüquqi gücə malik sənəddir", — H. Hacıyev bildirib.

XİN sözçüsünün dediyinə görə, İCTV kanalının işğal olunmuş ərazilərimizdən hazırladığı verilişin mahiyyəti ilə razılaşmasaq da, bu kanalın Azərbaycanın işğal olunmuş ərazilərimizə Azərbaycanın qanunlarına hörmət edərək, müvafiq icazə və akkreditasiya kartı əsasında səfəri qeyd olunmalıdır: "Bəzi media orqanlarının işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfərlərinə baxmayaraq, Nyu-York Times, Polşanın İctimai Televesiyasi, AlJazeera Arabic və digər KİV nümayəndələri məhz Azərbaycanın icazəsi ilə işğal olunmuş ərazilərə səfər ediblər. Hal-hazırda bu qəbildən olan bir neçə müraciət də nəzərdən keçirilir".

23
Teqlər:
Azərbaycan, Ukrayna, Hikmət Hacıyev, Azərbaycan Xarici İşlər Nazirliyi, kanal, qoşunların təmas xətti, İCTV kanalı
Əlaqədar
Erməni deputat: "İşğal olunmuş ərazilər geri qaytarılmalıdır"
Şuşa şəhərinin işğal edilməsindən 24 il ötür
"Heç bilmirlər ki, işğal olunmuş 7 rayon nədir, Qarabağ harada yerləşir..."
"İşğal altındakı torpaqlarımızda 7880-dən çox abidəmiz var"
Azərbaycan XİN işğal olunmuş ərazilərlə bağlı hesabat hazırlayıb
"İşğal olunmuş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: Zəngəzur koridorunun açılıb-açılmaması siyasi məsələdir

5231
(Yenilənib 14:37 19.09.2021)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün 19 sentyabrda Nyu-Yorka səfər edib.

BAKI, 19 sentyabr — Sputnik. Zəngəzur koridorunun açılıb-açılmaması siyasi bir məsələdir. Sputnik Azərbaycan türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanın koridorun açılmasının əlehyinə olmasına münasibət bildirərkən deyib:

"Bir tərəfdən bunu deyib, digər tərəfdən mənlə görüşmək istəməsi hər halda düşündürücü məqamdır. Əgər Tayyip Ərdoğanla görüşmək istəyirsənsə, bəlli addımlar atılmalıdır. Biz görüşlərə qapalı deyilik. Gürcüstan baş naziri Ermənistan baş nazirinin görüşməklə bağlı təklifini mənə çatdırıb. Ancaq bunun üçün Ermənistanın müsbət addımlar atmalıdır. Bu görüş baş tutarsa, Türkiyə də diplomatik əlaqələrə başlayar", - deyə Ərdoğan Nyu-York səfərindən əvvəl jurnalistlərə bildirib.

Türkiyə lideri həmçinin Zəngəzur koridorunun açılması ilə Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyin aradan qalxacağına da ümidvar olduğunu bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün 19 sentyabrda Nyu-Yorka səfər edib.

Üç gün davam edəcək səfərdə Türkiyə lideri BMT-nin iclasının ilk günündə çıxış edəcək.

Baş Assambleyanın iclası COVID-19 pandemiyasının qarşısının alınması, dayanıqlığın inkişafı və insan hüquqlarına hörmət kimi mövzulara həsr edilib.

Ərdoğan eyni zamanda ABŞ-ın Nyu-York şəhərində 2017-ci ildə təməli qoyulan "Türk evi" binasının da açılışını edəcək.

Açılış mərasimi sentyabrın 20-də baş tutacaq. Pandemiya səbəbindən açılışı təxminən bir il gecikən "Türk evi" binası Nyu-Yorkun ən nüfuzlu yerlərindən birində, BMT-nin baş qərargah binasının qarşısında yerləşir. Binada Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyi və Nyu-Yorkdakı Baş Konsulluğu yerləşəcək.

Türkiyə prezidenti həmçinin bir sıra ölkələrin lideri və BMT baş katibi Antoniu Quterrişlə görüşəcək.

 

5231
Teqlər:
Ərdoğan
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Rusiya Müdafiə Nazirliyinin məlumatı Bakının təəccübünə səbəb oldu

1967
(Yenilənib 01:17 19.09.2021)
Sentyabrın 17-də Şuşa istiqamətində 2 erməni silahlısının yaralanması barədə erməni mənbələrinə istinadən yayılan məlumat Azərbaycan Müdafiə Nazirliyində təəccüb və təəssüf doğurub.

BAKI, 19 sentyabr - Sputnik. Rusiya Müdafiə Nazirliyinin erməni tərəfinə istinadən Azərbaycan Ordusunun

bölmələri tərəfindən guya atəşin açılması nəticəsində sentyabrın 17-də Şuşa istiqamətində 2 erməni silahlısının yaralanması barədə yaydığı məlumat təəccüb və təəssüf doğurur.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov bildirib.

Onun sözlərinə görə, haqqında bəhs olunan hadisə Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndələrinin və Rusiya Federasiyasının Sülhməramlı kontingentinin rəhbərliyinin birgə iştirakı ilə araşdırılıb.
Nəticə etibarilə, qeyd olunan tarixdə və göstərilən istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəşin açılmadığı təsbit olunub.
Hər iki tərəfin iştirakı ilə araşdırılmış məlumatın sonradan tamamilə əks formada təqdim edilməsi anlaşılan deyildir.
Azərbaycan tərəfi üçtərəfli bəyanatın müddəalarına ciddi riayət etməklə ölkəmizin qanunlarına uyğun olaraq bölgədə sabitliyin təmin edilməsi və mümkün təxribatların qarşısının alınması istiqamətində səylərini davam etdirir.

Eləcə də oxuyun:

1967
Teqlər:
Şuşa, erməni təxribatı, məlumat, Rusiya, Müdafiə Nazirliyi
İlyas Hüseynov

Politoloq: “Ermənistan tərəfinə şərtlər irəli sürülüb”

0
(Yenilənib 14:39 20.09.2021)
Politoloq İlyas Hüseynov bildirib ki, əgər bölgənin gələcəyindən söhbət gedirsə, liderlərin təmas qurması mühim xarakter daşıyır
İlyas Hüseynov: “Türkiyə prezidenti ilə Paşinyan arasında görüş keçirilə bilər”

Zəngəzur koridorunun açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək. Bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Politoloq İlyas Hüseynov Türkiyə prezidentinin fikirlərini Sputnik Azərbaycan-a şərh edib. Politoloq bildirib ki, Zəngəzur dəhlizinin açılması həm də Ermənistanla Türkiyə arasında əlaqələrin bərpasını təmin etmiş olacaq: “Dəhlizin açılması iqtisadi fəallığı artırmaqla bölgədə sülhün davamlılığının təmin edilməsinə yönəlib. Təəssüf ki, Ermənistan tərəfi dəhlizin açılmasına tələsmir. Bununla da imzalanmış üçtərəfli bəyanatın tətbiqini çətin vəziyyətdə qoyur. Ola bilsin ki, Türkiyə prezidenti ilə Paşinyan arasında görüş keçirilsin. Əgər bölgənin gələcəyindən söhbət gedirsə, liderlərin təmas qurması mühim xarakter daşıyır. Sərhədlərin açılması məsələsinə yenidən baxıla bilər, ancaq bunun  üçün Ermənistan tərəfinə şərtlər də irəli sürülüb. Hazırda Ermənistan tərəfindən hansısa konstruktiv addımların atılmasını görmürük”.

İlyas Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0