Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın üç tərəfli görüşü

Üç prezident iyunun 20-də Sankt-Peterburqda görüşəcək

16394
(Yenilənib 17:19 16.06.2016)

BAKI, 14 iyun-Sputnik. Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla görüşü iyunun 20-də Sankt-Peterburqda keçiriləcək.

Sputnik-in məlumatına görə, prezidentlərin görüş vaxtını Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlayıb.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı detallar müzakirə ediləcək.  

Bu görüş Azərbaycan və Ermənistan prezidentlərinin 16 may Vyana görüşündə planlaşdırılıb.

Xatırladaq ki, bu ilin aprel ayının 1-dən 2-nə keçən gecə erməni silahlı birləşmələrinin təmas xətti boyunca atəşkəsi pozması nəticəsində münaqişə gərginləşib. Ağır silahlı toqquşma ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin, xüsusilə də Rusiyanın müdaxiləsindən sonra dayandırılıb və atəşkəs bərpa edilib. Vasitəçilərin səyi ilə münaqişənin sürətli həlli istiqamətində addımların atılması razılaşdırılıb.

16394